Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1797/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Ərizəçi tələbini ərizə və ona əlavə edilmiş sənədlərə əsasən onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Siyavar Bələdiyyəsi (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxs kimi xx.xx.2010-cu il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Lənkəran rayonu Siyavar Bələdiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Vergi öhdəliklərinə görə xx.xx.2023-cü il tarixə Lənkəran rayonu X2 Sosial Müdafiə Fonduna 2678.26 manat, İcbari Tibbi Sığorta Fonduna 206.4 manat, İşsizlikdən Sığorta Fonduna 38.26 manat- cəmi 2922.92 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********885400, **********594800 və **********195800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi borc məbləğini tam şəkildə ödəməmişdir. Reyestr məlumatlarına əsasən Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri xx.xx.1960-cı il tarixdə Lənkəran rayonu Xolmili kəndində anadan olmuş Maraqlı şəxsdur və o, hazırda Lənkəran rayonu Vel kəndində yaşayır. Vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Maraqlı şəxs - vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, tələbin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə maraqlı şəxs - vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsinin şəxsi hesab vərəqəsi, hüquqi şəxs haqqında məlumat vərəqəsi, xx.xx.2022-ci il tarixli **********885400, **********594800 və **********195800 nömrəli bildirişlər, vergi borcunun miqdarı və öhdəliklərin icra edilməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq barədə məlumat ilə müəyyən edildi ki, Lənkəran rayonu Siyavar Bələdiyyəsi vergi ödəyicisi olan hüquqi şəxs kimi xx.xx.2010-cu il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. Lənkəran rayonu Siyavar Bələdiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Vergi öhdəliklərinə görə xx.xx.2023-cü il tarixə Lənkəran rayonu X2 Sosial Müdafiə Fonduna 2678.26 manat, İcbari Tibbi Sığorta Fonduna 206.4 manat, İşsizlikdən Sığorta Fonduna 38.26 manat- cəmi 2922.92 manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi borc məbləğlərini tam şəkildə ödəməmişdir. Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri xx.xx.1960-cı il tarixdə Lənkəran rayonu Xolmili kəndində anadan olmuş Maraqlı şəxsdur və o, hazırda Lənkəran rayonu Vel kəndində yaşayır. Vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün ərizəçi həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, tələbə dair etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hesablanmış cəmi 2922.92 manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hazırki ərizə təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsinn. Vergi ödəyicisi olan hüquqi şəxs Lənkəran rayonu Siyavar Bələdiyyəsinin icra orqanının rəhbəri, xx.xx.1960-cı il tarixdə Lənkəran rayonu Xolmili kəndində anadan olmuş və hazırda Lənkəran rayonu Vel kəndində yaşayan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 3067559) ölkədən getmək hüququ cəmi 2922.92 manat vergi borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Məhkəmə qətnaməsi dərhal qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1797/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1797/2023
27.04.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver