Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-210/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı «paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən X2, X10, İddiaçı, X3 və X4 birgə mülkiyyətində olan 0,15 na torpaq sahəsindən onun 4/15 hissə payını naturada ayıraraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X9, anası isə X15 olmuşdur. Onlar rəsmi nikaha daxil olaraq evlənmişblər. Onların birgə nikahlarından 6(altı) uşaqlan anadan olmuşdur. Onlar ailəlikcə Lənkəran rayonu, Türkəkəran kəndində atası X5 məxsus fərdi yaşayış evində yaşayıblar. Onların yaşadığları ev atası X9 tərəfindən inşa edilmişdir. Sonradan bacıları ailə quraraq ərə getmişlər. O isə xəstə olduğu üçün həmişə, yəni həm atasının sağlığında, həm də atası vəfat etdikdən sonra atasının inşa etdiyi evdə yaşamışlar. Sonralar, yəni 1996-cı il tarixdə Lənkəran rayonunda islahat keçirərkən atasının inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsi həmin vaxtı evdə qeydiyyatda olan atası X9, anası X16 və bacıları X11 və X4 mülkiyyətinə verilmişdir. Bundan sonra atası X9 01 may 2007-ci il tarixdə vəfat etmişdir. X7 isə 19 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra onun xəbəri olmadan mərhum bacısı X12 və onun əri iş üzrə Cavabdeh anasının adından saxta vəsiyyətnamə tərtib etmişlər və həmin vəsiyyətnamədə qeyd edilmişdir ki, guya mərhum anası özünə məxsus evi və torpaq sahəsini qızı X8 vəsiyyət etmişdir. Baxmayaraq ki, həmin vaxtı anasının adına nə ev, nə də torpaq sahəsi olmuşdur. Həmin ev atasına məxsus olmuş, evin yerləşdiyi 0.15 ha torpaq sahəsi isə Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə atası X9, anası X16, İddiaçı, bacıları X11 və X4 mülkiyyətinə verilmişdir. Sonradan iş üzrə Cavabdeh və mərhum bacısı X12 onu evdən qovmuş və sonradan isə mərhum atası tərəfindən inşa edilmiş evi də sökmüşlər. İş üzrə cavabdeh eyni zamanda onun xəbəri olmadan da onu təsərrüfatbaşı kitabdan qeyddiyatdan da çıxarmışdır. Buna görə də o və bacısı Arzu Quliyeva miras əmlakın vərəsələr arasında bölünməsi tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə onların iddia tələblərinə baxaraq özünün 2(049)-1802/2021 saylı 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edib, mərhum X15 tərəfindən X6 adına verilmiş və Lənkəran Şəhər İHB-nın Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 may 2008-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 19 saylı qərarı ilə X2, X10, İddiaçı, X3 və X4 birgə mülkiyyətinə verilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində mərhum X2 payına münasibətdə vərəsə İddiaçı 1/3 hissədə payının müəyyən olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 10 saylı Ərazi İdarəsinə göndərilmişdir. Hazırda isə o qətnaməyə uyğun olaraq adına çıxarış almaq istəyir. Cavabdeh gedərək çıxarış almış və həmin çıxarışda onun adı da qeyd edilmişdir. Həmin çıxarışa əsasən X2, X10, İddiaçı, X3 və X4 birgə mülkiyyətinə verilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsinin 4/15 hissəsi onun mülkiyyətindədir. Hazırda öz payını ayırmaq istəyir ki, bacısı Arzu orada onun üçün ev tiksin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayonu Türkəkəran kəndində yerləşən xüsusi təyinatlı 0,15 ha torpaq sahəsinin 4/15 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-1802/2021 saylı qətnaməsindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 19 saylı qərarı ilə X9, X17, İddiaçı, X11 və X4 birgə mülkiyyətinə verilmiş Lənkəran rayonu Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində mərhum X2 payına münasibətdə vərəsə İddiaçı 1/3 hissədə payı müəyyən olunması qət edilmişdir. Hüquqların dövlət qeyidyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində X6 1/5 hissə, X2 2/15 hissə, X13 1/5 hissə, İddiaçı 4/15 hissə və Maraqlı şəxs3 isə 1/5 hissə payı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/736 №-li, 25 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən X6, X2, X13, İddiaçı, Maraqlı şəxs3 ümumi birgə mülkiyyətində olan 0.15 ha torpaq sahəsindən İddiaçı 4/15 hissə (400 kv.m) payına uyğun sahənin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün həyətə giriş hissəsində qonşu çəpərdən 3.6 metr məsafə buraxmaqla torpaq sahəsinin daxilinə doğru (tövlə istiqamətində) 30 metr, fərdi yaşayış evi istiqamətdə 11.8 metr, boş torpaq sahəsinə tərəf 20.3 metr, yenidən qonşu torpaq sahəsi tərəfə 13.2 metr sərhəd hasarı çəkilməlidir. Bölgü zamanı həyətdə inşa edilmiş tövlə tikilisi ayrılması nəzərdə tutulan 4/15 hissə (400 kv.m) payın daxilində qalacaqdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0,15 ha torpaq sahəsi üzərində X6 1/5 hissədə, X2 2/15 hissədə, X13 1/5 hissədə, İddiaçı 4/15 hissədə və Maraqlı şəxs3 isə 1/5 hissədə paylı mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsindən özünə düşən payın naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/736 №-li, 25 aprel 2023-cü il tarixli rəyinə əsasən payın naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu bildirilmiş, bunun üçün həyətə giriş hissəsində qonşu çəpərdən 3.6 metr məsafə buraxmaqla torpaq sahəsinin daxilinə doğru (tövlə istiqamətində) 30 metr, fərdi yaşayış evi istiqamətdə 11.8 metr, boş torpaq sahəsinə tərəf 20.3 metr, yenidən qonşu torpaq sahəsi tərəfə 13.2 metr sərhəd hasarı çəkilməlidir. Bölgü zamanı həyətdə inşa edilmiş tövlə tikilisi ayrılması nəzərdə tutulan 4/15 hissə (400 kv.m) payın daxilində qalacaqdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin maddənin tələbinə görə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbi baxımından iddia təmin edlməli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/736 №-li, 25 aprel 2023-cü il tarixli qeyd olunan «Sxem» əsasında Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən fərdi yaşayış evinin altındakı 0,15 ha torpaq sahəsindən (həyətə giriş hissəsində qonşu çəpərdən 3.6 metr məsafə buraxmaqla torpaq sahəsinin daxilinə doğru (tövlə istiqamətində) 30 metr, fərdi yaşayış evi istiqamətdə 11.8 metr, boş torpaq sahəsinə tərəf 20.3 metr, yenidən qonşu torpaq sahəsi tərəfə 13.2 metr sərhəd hasarı çəkilməklə) 400 kv.m ölçüdə torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilməlidir. Əks hal mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının, yəni mülkiyyətindəki əmlaka dair sərəncam vermək, ona sahiblik və istifadə etmək hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat cavabdehlər X14 və X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/736 №-li, 25 aprel 2023-cü il tarixli qeyd olunan «Sxem» əsasında Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən fərdi yaşayış evinin altındakı 0,15 ha torpaq sahəsindən (həyətə giriş hissəsində qonşu çəpərdən 3.6 metr məsafə buraxmaqla torpaq sahəsinin daxilinə doğru (tövlə istiqamətində) 30 metr, fərdi yaşayış evi istiqamətdə 11.8 metr, boş torpaq sahəsinə tərəf 20.3 metr, yenidən qonşu torpaq sahəsi tərəfə 13.2 metr sərhəd hasarı çəkilməklə) 400 kv.m ölçüdə torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh aid edilməklə sonuncudan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-210/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-210/2023
02.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver