Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-215/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Elvin oğlu, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul və mənəvi ziyanın” ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 700 manat bank Kredid Aqroya 2556 manat bank of bakuya cəmi 2386 manat maddi ziyan və 115 maant odənilmiş dövlət rüsumu 7000 manat maddi və mənəvi ziyan cəmi 10.332 manat pukun qaytaraılması barədə qətnamə çıxatılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2009-cu il 1 iyun tarixində saat 10 radələrində 35 illik ailəvi dostu Cavabdeh1 zəng edərək qohumu üçün 1000 (bir min) ABŞ dolları zamin durmağını xahiş etmiş və onu şəhərə dəvət etmişdir. İlk olaraq dostu Rahim onunla bacanağının yaşadığı evinə yaxın səkinin qırağında maşınını saxlamış, onu aldatmaqdan ötrü səkidə, qohumunun yanında 02 (iki) kisə 10 (on) kq-lıq un, 4 kisə 5 kq-lıq kömür, 4-5 ədəd küçə süpürən, 2-3 kq toyuq dəni vardı ki, Rahim qohumunun dükanı olduğunu bildirmişdir və omu qohumu ilə brgə "Bank of Bakuya" gətirmişdir. Bankda əksər stulların boş olmasına baxmayaraq Rahim və qohumu şəhər sakini, bank kredit ekperti X6 qarşısında oturmuşlar. Sənədlərin hazır olduğunu görmüşdür. Rahim ona qarant olmaqla şifahi öhdəliyinə əsasən tanımadığı, heç vaxt görmədiyi qohumu Cavabdeh2 "Bank of Bakunun" Lənkəran filialında 1000 (bir min) ABŞ dolları kredit almaqdan ötrü 24 aylığa zamin qalmışdır. Sənədlərə imzalarını atıb, Rahim qohumu ilə pul almağa qalmış, o isə məktəbə yollanmışdır. İyunun 09- da saat 10 radələrində Rahim ona zəng edərək Gəncə şəhərindən un gətirməkdən ötrü "X12" Lənkəran filialında 12 aylığa 2000 ABŞ dolları almaqdan ötrü təkrarən qohumu Cavabdeh2 zamin qalmağını xahiş etmiş və Rahimin sözünü yerə salmayıb zamin qalmışdır. Bir aydan sonra ona məlum olmuş ki, Cavabdeh1 etibardan sui-istifadə edərək qabaqcadan əlbir olub, Cavabdeh2 və Bank eksperti X10 ilə qrup halında onu aldatmış, "Bank of Bakudan"1000 (bir min) deyil, Cavabdeh2 adına 12.500 (on iki min beş yüz) ABŞ dollarlıq saxta Girov Müqaviləsinə əsasən qanunsuz olaraq 10.000 (on min) ABŞ dolları kredit almışlar. Qanunsuz verdiyi kreditin tərəfindən ödəniləcəyini bilən Bank eksperti isə dərhal işdən çıxmışdır. 09 ildən sonra rayona qayıtmış və hazırda yüksək maaşı olan işdə çalışır. O da məlum oldu ki, Kazımın Banka 4500 ABŞ dollar kredit borcu olmuş, 5500 (beş min beş yüz) ABŞ dolları da alaraq bank eksperti 10.000 ABŞ dollarlıq yeni müqavilə tərtib etmişdir. Halbuki, borc ödənilmədən kredit müqaviləsi bağlana bilməz. Kazımın banka 4500 borcu barədə nə bank eksperti, nə Rahim, nə də qohumu tərəfindən ona heç bir məlumat verilməmişdir. Bu zaman ərzində 2019 -11-12 tarixdə 136 manat 44 qəpik, 2021-ci il 11-15 də Lənkəran rayon DSMS-də təqaüdündən 177 manat, sonra banka nağd ödədiyi hər ay 70 manat olmaqla 1001 manat, icra şöbəsindən 23 yanvardan iyul ayının 15-nə qədər hər ay 54 manat olmaqla 381 manat pul tutulmuşdur. xx.xx.2019-cu ildən xx.xx.2020-ci ildə daxil olmaqla qalan aylarda çoxu 70 manat olmaqla, nağd qaydada kassa aparatı sistemi ilə Kazımın adına ödəmələr aparmışdır. Çekləri hər dəfə baş inspektora göstərmişdir, o bunu danmır. Terminaldan çıxan həmin qəbzlər 4-5 günə yazılar itir və boş kağıza çevrilir. Terminala cəmi ödəmə baş inspektorun hesablanmasına görə 1005 manat olmuşdur. Rahim özü və ya maşınını girov qoyub kredit ala bilərdi, ailəsində müəllim işləyən də var idi. Rahimin məqsədi isə bir mənalı olaraq onu aldatmaq olmuşdur. — Krediti Cavabdeh2 adına Cavabdeh1 ona görə sənədləşdirmişdir ki, yaşayış evi, nə maşını, nə mağazası, nə də stabil aylıq qazancı olmamışdır. Adına məhz heç nəyin olmaması və Girov Müqviləsinin də daxta olmasına görə 13 ildir Bank krediti Cavabdeh2 almağa cəhd etmir, onun təqaüdündən tutulur. Onu Bankdan narahat edəndə o Rahimlə görüşüb vəziyyəti ona bildirir, o, (yəni Cavabdeh1) onu maşınına əyləşdirib Kazımın yanına aparmış, onlar qıraqda qalmış, və onlarla isə 3-4 dəqiqə söhbət edib və ayrılmışdır. Ancaq bu görüşlər zamanı Rahim nə Bank söhbəti, nə kreditin qaytarılması, nə də 1000 ABŞ dollarının 10.000 ABŞ dolları ilə necə əvəzlənməsi, nə də banka olan 4500 ABŞ dollar kredit borcu olması barədə heç bir söhbət aparmamışdır. Aldadıldığına tam əmin olduqdan sonra 2009-cu ilin sentyabr ayında o rayon prokurorluğuna rəsmi müraciət etmiş. İzahatı alınmış. Cavabdeh1 da prokurorluqda dindirilmiş, üzləşmə prosesi keçirilmişdir. Bankda imzaladığı sənədlərdən yalnız 02 vərəq prokurorluğa təqdim olundu. Prokuror köməkçisi Cavabdeh1 demişki : "Əyər istəyirsən başın ağramasın, müəllimi zaminlikdən azad et. Rahim Rusiyada əvvələr həbs olunmuş və bir müddətdən sonra Azərbaycana ekstradisiya edilmiş, 2004-cü ildə 9 ili tamam olmuş, azadlığa buraxılmışdır. Elə həmin gün ona məlum olmuş ki, Cavabdeh2 də eyni maddə üzrə 09 il RF-da məhkumluğu olmuş, cəzasını bitirdikdən sonra Azərbaycana deportasiya olunmuşdur. Pulları olmadığından "Bank of Bakuda" kredit eksperti işləyən dostu X10 ilə əlaqəyə girmişdir. Ağayev Emil narkotik alverçilərini maliyyələşdirərək əvvəl 3000 (üç min), sonra 5000 (beş min), üçüncü dəfə 7000 (yeddi min) ABŞ dolları kredit vermiş, 7000 min ABŞ dollarından 4500 ABŞ dollar kredit borcu olmuş, 5500 ABŞ dolları da əlavə edərək 10.000 ABŞ dolları qanunsuz olaraq istehlak krediti kimi 24 aylığa Cavabdeh2 adına kredit vermişdir. Əslində 10.000 ABŞ dolları biznes kreditidir. Aldadıldığı azmış kimi 4500 ABŞ dollar qalıq borcu da adına hesablanması qanunamüvafiq sayıla bilməz. Sonuncu söhbətində Cavabdeh1 ona bildirmiş: "Narahat olma yaxşı olar, onu (yəni Cavabdeh2) qoymuşam güllə qabağına". Bankın sabit direktoru S.Bağırov verilmiş 10.000 ABŞ dollar kreditin qanunsuz verildiyini bildikdən sonra inzibati yolla pulun alınmasına cəhd etdi və işi Lənkəran ŞRPŞ-də hazırda rəis müavini çalışan İltifat Yusubova tapşırmışdı. Kazım isə gizlənirdi... 2010-cu ilin təxminən avqust ayında Az.TV-nin "Lider" kanalında Xəbərlər proqramına baxarkən 02-03 dəqiqəlik Bakının Xəzər rayonunun Maştağa qəsəbəsində Kazımın narkotiklə polislər tərəfindən qardaşının evində tutulmasını göstərən xüsusi reportaj verildi. Onda, Rahimin ona dediyi "narahat olma yaxşı olar, onu qoymuşam güllə qabağına" ifadəsinin mənasını anlamışdır. Kazım cəzasını çəkib azadlığa buraxılmışdır. Bu zaman ərzində "X14" ödədiyi 700 manat pulun qaytarılmasını Rahimdən bir neçə dəfə xahiş etsə də nəticəsi olmamışdır. Kazımın azadlığa çıxmasını ona ilk bildirən Rahim olmuşdur və bildirdi: Kazım gəlib, get 700 manat pulunu al". Bank of Bakunun" baş idarəsindən Kazıma həm telefon vasitəsi ilə, həm də rəsmi qaydada müraciətlər olunur ki, pulu ödəyin, yeni müqvilə bağlayın, dolları manata çevirin, yeni zamin saxlayın və s. Yeni müqavilə bağlanmadığından 100 ABŞ dolları 180 azn hesablanır. 2020-ci ilin yayında Rahim zaminliyini dəyişəcəyinə söz versə də, sözünü tutmadı. Bu illər ərzində keçirdiyi əsəb və streslərdən 3 dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr qəbul etmişdir, (iki dəfə Nevroloji, bir dəfə Kardioloji şöbəsində.) 2009-cu ilin dekabr ayında, güclü yağışda "Bank of Bakuda" halı pisləşmiş, Rahimə zəng etmişdir. Onu ilk olaraq həkimə özü aparmışdır ki, ondan sonra əbədi olaraq sağlamlığını itirmiş olmuşdur. "Maşınımı satar, səni darda qoymaram" deyən dostu Rahim onu daimi dərmanlarla yaşamağa məhkum etmişdir. Hazırda ambulatur müalicələr hesabına yaşayır. Hüquqi sənəd olan Lənkəran ŞRPŞ-nin X2 Rahim izahatında onu Bank of Bakuda 1000 (bir min) ABŞ dollarına zamin saxlamasını göstərir. Kazım isə izahatında təhqiqatçının "Rahim biləndə ki, adına 10.000 ABŞ dollar almısan 9000 min ABŞ dollarını alıb niyə Banka qaytarmadı?" Kazım izahatında bildirir ki, Rahimin 10.000 ABŞ dollarından məlumatı vardı və pulu ikimiz birlikdə almışıq. Təhqiqat qərarında onun Rahim və Bankın sabiq kredit eksperti Emil Ağayev tərəfindən aldadılmağı sübuta yetirilir. Məhkəmə iclasında İddiaçı izahatında iddianı təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı tam qəbul edir, həmin pulları Cavabdeh1 vermişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədəd məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun tanışıdır və sonuncu onun yanında 700 manat banka köçürmə etmiş və Cavabdeh2 adına ödənuiş etdiyini bildirmişdir. İddiaçı uzun müddətdir ki, zamin kimi Kazım Mustaafayevin adına kredit ödəmişdir, dediyinə görə həmin krediti Rahim adlı tanışının xahişi ilə götürmüşdür. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Bank of Baku ASC-də məhkəmə və icra işləri üzrə aparıcı ekspert işləyir. İddiaçı zamin kimi, 01 iyun 2009-cu il tarixli müqavilə üzrə 2018-2012-ci illərdə 947 manat və 1737 manat olmaqla 2685 manat ödəniş etmişdir. İş materiallarında olan 01 iyun 2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, Bank of Baku ASC tərəfindən Cavabdeh2 10.000 manat kredit verilmişdir. İş materiallarında olan 01 iyun 2009-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Bank of Baku ASC tərəfindən Cavabdeh2 10.000 manat kredit verilməsi üzrə İddiaçı zamin olmuşdur. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, İddiaçı xəstəliklərdən əziyyət çəkir. İş materiallarında olan 09 sentyabr 2021-ci il traixli qərardan görünür ki, İddiaçı müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş bank sənədlərindən görünür ki, iddiaçı tərəfndən 2019 -11-12 tarixdə 136 manat 44 qəpik, 2021-ci il 11-15 də Lənkəran rayon DSMS-də təqaüdündən 177 manat, sonra banka nağd ödədiyi hər ay 70 manat olmaqla 1001 manat, icra şöbəsindən 23 yanvardan iyul ayının 15-nə qədər hər ay 54 manat olmaqla 381 manat pul tutulmuşdur. xx.xx.2019-cu ildən xx.xx.2020-ci ildə daxil olmaqla qalan aylarda çoxu 70 manat olmaqla, nağd qaydada kassa aparatı sistemi ilə ödəmələr aparılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 115 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. MM-nin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. MM-nin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçının və cavabdeh X1 etiraf edici izahatından və şahidlərin ifadələrindən müəyyən olunur ki, iddiaçı cavcabdeh Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlik üçün zamin qismində çıxış etmiş və əsas borclu qismində Cavabdeh2 öhdəliyi icra etmədiyi üçün iddiaçı zamin kimi öhdəliyi tam icra etmişdir. Məhkəmə iddiaçı tərəfindən göstərilən 2685 manat məbləğin cavabdeh X4 izahatı ilə yanaşı, iş üzrə şahid ifadəsi və bank sənədləri ilə təsdiq edilməsini, 700 manatın isə cavabdehi Cavabdeh2 izahatı ilə qəbul edilməsini nəzərə alır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə yanaşı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan pul məbləğlərinin Cavabdeh1 tərəfindən əldə edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, sübutlara qiymət verərkın ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni şahid ifadələri mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “03” noyabr 2008-ci il tarixli, 7 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə iddiaçının yaşını, xəstəlikdən əziyyət çəkməsini və mövcud mübahisə üzrə uzun müddət ödənişlər etməsini, cavabdeh tərəfindən süründürməçiliyə məruz qalmasını nəzərə alır. Eləcə də, məhkəmə hazırkı iş üzrə təzminat kimi tələb edilmiş pul məbləğinin miqdarını nəzərə alaraq qeyd edir ki, ödənilməli olan zərərin məbləği düzgün balansın əldə edilib-edilmədiyini qiymətləndirərkən nəzərə alınmalı olan amildir. Dəymiş ziyanın ödənilməsi ziyan dəymiş nüfuza, habelə, cavabdehin gəlirlərinə münasibətdə ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Həmçinin təyin ediləcək pul məbləği elə miqdarda olmalıdır ki, bu gələcəkdə qətnamənin icrasını çətinləşdirməməklə yanaşı, iddiaçının əsassız olaraq varlanması ilə də nəticələnməsin. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3385 manat maddi ziyan və 1000 manat məbləğində mənəvi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 115 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-215/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-215/2023
10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver