Məhkəmə qərarları › İş №2(049)-2258/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2258/2023

02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2258/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «Azəriqaz» İB-i Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X6 İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə Lənkəran Xidmət Sahəsi üzrə abonentlərin mənzillərinin qaz təsərrüfatına baxış keçirilmiş və baxış zamanı Lənkəran rayonu Şirinsu kənd sakini Cavabdeh tərəfindən ona məxsus olan fərdi yaşayış evində qeyri-metal boru ilə sayğacdankənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə olunması halı aşkar edilmişdir. Belə ki, Lənkəran Xidmət Sahəsi tərəfindən 17 oktyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Şirinsu kəndində aparılan yoxlama zamanı Şirinsu kənd sakini Cavabdeh evindən 200 metr kənardan keçən qaz xəttinə qeydiyyatsız, sayğacdankənar, rezin boru vasitəsilə qeyri-qanuni olaraq qoşularaq təbi qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. Cavabdehə etdiyi əməlin qanundankənar olduğu və ətrafdakı abonentlərə də təhlükə yaratdığı izah olunaraq sayğacdankənar xətt ləğv olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə cavabdehin yenidən özbaşına yolu qazaraq ətrafda yaşayan abonentlərin təhlükəsizliyini düşünmədən yeraltı daşıyıcı 160 mm-lik polietilen qaz kəmərini zədələyərək qeydiyyatsız olaraq rezin boru vasitəsilə yenidən təbii qazdan qeyriqanuni istifadə etdiyi Lənkəran Xidmət Sahəsi tərəfindən aşkarlanmışdır. Qeyri-qanuni çəkilmiş qaz xətti Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən şəbəkədən ayrılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Lənkəran Xidmət Sahəsi tərəfindən əraziyə ekskovator aparılaraq qazıntı işləri aparılmış və qanunsuz çəkilmiş qaz xətti ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən X6 İstismari İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin qaz işlədicilərdən qənaətli su qızdırıcı maksimal saatlıq qaz sərfi 3,5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3 saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün istifadə etdiyi qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, cəmi 18576 m3 olmaqla 2229,12 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdehin qanunsuz çəkdiyi qaz xəttinin ləğvi zamanı 617,60 manat nəqliyyat xərcləri hesablanmışdır. Ümumilikdə cavabdeh tərəfindən 2846,72 (2229,12+617,6=2846,72) manat maddi ziyan ödənilməmiş qalmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədilə tərəflərindən xx.xx.2023-cü il tarixli 14-2-2-10/2-608/2023 saylı xəbərdarlıqla cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən 2846,72 manat borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 282.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Lənkəran rayon prokurorluğu tərəfindən cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Energetika Nazirliyi tərəfindən çıxarılmış 06 dekabr 2022-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərara əsasən o, 100 manat məbləğində inzibati cəriməyə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq, X6 İstismarı İdarəsinə vurulmuş 2846,72 manat məbləğində maddi ziyanın, ödənilmiş 48,46 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 2895,58 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. İclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Energetika Nazirliyi tərəfindən çıxarılmış 06 dekabr 2022-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, aparılan yoxlama zamanı təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmış və sayğacdankənar xətt ləğv edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə qeydiyyatsız olaraq rezin boru vasitəsilə yenidən təbii qazdan qeyri –qanuni istifadə etdiyi Lənkəran Xidmət Sahəsi tərəfindən aşkarlanmışdır, buna görə də İXM-nin 281.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə görə 48.46 manat dövlət rüsumunu ödəmişdir. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsi”ndən görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış ziyan 2229.12 manat məbləğindədir. İşdə olan cavabdehin qanunsuz çəkdiyi xəttinin ləğvi zamanı nəqliyyat xərclərinin hesablanması cədvəlindən görünür ki, Cavabdeh qanunsuz çəkdiyi qaz xəttinin ləğvi üçün 617.6 manat nəqliyyat xərcləri hesablanmışdır. Beləliklə məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiasıya ümumilikdə 2846.72 manat dəyərində ziyan dəymişdir. Həmin ziyanın 2229.12 manatını itirilmiş qazın bərpası, 617.6 manatını nəqliyyat xərcləri təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh qeydiyyatsız olaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni olaraq istifadəsinə görə «Azəriqaz» İstehsalat Birliyinə ümumilikdə 2846.72 manat maddi ziyan dəymişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əsaslıdır, Cavabdeh maddi ziyan əvəzində 2846.72 manat məbləğində pul alınaraq iddiaçı «Azəriqaz» İstehsalat Birliyinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan, iddiaçının ödədiyi 48.46 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Azəriqaz» İB-nin nümayəndəsi X1 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası təmin edilsin. Cavabdeh itirilmiş qazın bərpası üçün 2229.12 manat, qanunsuz çəkdiyi qaz xəttinin ləğvi zamanı hesablanmış 617.6 manat, ümumilikdə 2846.72 (iki min səkkiz yüz qırx altı) manat 72 qəpik məbləğində pul tutulub iddiaçı Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına köçürülsün. İddiaçının ödədiyi 48.46 manat dövlət rüsumu 0,40 manat xidmət haqqı cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar