Məhkəmə qərarları › İş №2(049)-2297/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2297/2024

15.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2297/2024 15.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh1 iştirakı ilə İddiaçı Mirəmməd oğlunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüquqlarım itirilmiş hesab edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdə Lənkəran rayon Kərgəlan kəndində anadan olmuşdur. Hazırda yuxarıda qeyd etdiyi ünvanda yaşayır. ünvan 3şən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə adına qeydiyyat vəsiqəsi da verilmişdir. Cavabdeh qismində qeyd etdiyi şəxslər evində yaşamasalar da, onlar, ona məxsus fərdi yaşayış mənzilində qeydiyyatdadırlar. Cavabdehlər ona məxsus olan fərdi yaşayış mənzilində yaşamamaqla yanaşı hazırda onların harada yaşadıqlarını belə bilmir. Onların onun evində qeydiyyatı formal xarakter daşıyır. Onlar, onun evində qeydiyyatda olduğlarından bu onun mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneçilik törədilir. Yuxarıda qeyd etdiyim kimi Lənkəran şəhəri, Şəhidlər Xiyabanı k. ,ev46/12, m.26 ünvanda yerləşən mənzil tam mülkiyyət hüquqi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmışdır, iş üzrə cavabdehlərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün Lənkəran rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsəm də, polis şöbəsi göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasına imtina edərək, bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməyim barədə məktubla cavab vermişdir. Odur ki, adları qeyd etdiyi şəxslərin mülkiyyətində olan mənzildə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini bildirərək, izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil əvvəllər ona məxsus olmuşdur. 10 iyul 2003-cü il tarixdə həmin mənzili notariat kontorunda rəsmiləşdirdiyi alqı-satqı müqaviləsi əsasında İddiaçı sataraq oradan köçmüşdür. Hazırda Lənkəran şəhərində özünə başqa mənzil alaraq ailə üzvləri ilə birlikdə orada yaşayır. Lakin yaşadığı mənzilin sənədləri qaydasında olmadığı üçün orada pasport qeydiyyatına düşə bilmir. İş üzrə digər cavabdeh Ruslan onun oğludur və hazırda həbsdədir. Cavabdeh Anar isə onun nəvəsidir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişi göndərilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehiç izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 1733 qeydiyyat nömrəli xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Lənkəran rayon Dövlət Notariat kontoru tərəfondən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 178593 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X7 tərəfindən İddiaçı satılmışdır. Asan – Lənkəran tərəfindən verilmiş ******* saylı xx.xx.2024-cü il tarixli “yaşayışyeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Suvarov X8 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev46/12, m.26 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, hər bir vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanunvericiliyin birbaşa tələbidir. Yəni qanun faktiki yaşayış ünvanına uyğun olmayan formal qeydiyyatı qadağan edir və hər bir şəxsin məhz yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu baxımdan cavabdehin uzun müddətdir ki, başqa ünvanda yaşadığı halda mübahisəli evdən qeydiyyatdan çıxmaması qanunsuzdur. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun müddətdir yaşadıqları yeni ünvanlar üzrə qeydiyyata alınmalı idilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, iddiaçı X1 rayonu, Liman şəhəri, X9 küçəsində yerləşən 17 saylı evin mülkiyyətçisidir. Cavabdeh X3 həmin evdə pasport qeydiyyatında olmaqla, həmin evdə yaşamır və iddiaçının ailə üzvü deyildir. Cavabdehin iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olması evdə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun olması müəyyən edilməyən cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3şən mənzildə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar