Məhkəmə qərarları › İş №2(049)-2506/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2506/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2506/2022 03.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 AZN məbləğində verilmiş sığorta ödənişinin və 30,4 AZN məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 730.40 AZN pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C 240 ” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində “Mercedes Benz” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olmağı Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 3(007)-67/2016 saylı qərarında öz əksini tapmışdır. xx.xx.2016-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 700 AZN zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq 700 AZN sığorta ödənişini həyata keçirmişdir. Hadisə zamanı Cavabdeh avtomobilə sürücülük hüququ olmadan idarə etiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçının nümayəndəsi 28 iyul 2022-ci il tarixli, 845 nömrəli məktubla məhkəməyə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılması və tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməməsininə görə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Kərimov X4 rayonu, Biləsər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AB N 918074 nömrəli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz C240» minik markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış ƏN-V№ 075050 Nəqliyyat vasitəsinin etibarnaməsinin surətindən görünür ki, X3 tərəfindən Cavabdeh «Mercedes Benz C240» minik markalı **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 04 oktyabr 2016-cı il tarixinə qədər etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış KYP 188805 saylı X8 qərardan görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 152.4-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-67/2026 saylı qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 152.4-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, zərərçəkən «Mercedes Benz C240» markalı **-VT-*** dövlət qeydiyyat nişanlı atomobilin sahibinə dəyən ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi 700 manat məbləğində hesablanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış 07 iyun 2022-ci il tarixli prentenziya məktubun surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumillikdə həyata keçirilən 700 manat sığorta ödənişini 5 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış DİN Bakı Şəhəri Nizami RPİ-ninTexniki ekspertiza şöbəsi tərrəfindən tərtib edilmiş hesabatdan görünür ki, “Mercedes Benz C” markalı ** EG *** dövlət qeydiyyat nişanlı atomobilə 700 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalıya sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh sürücülük vəsiqəsi yoxdur. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC ilə İlqar Balacayev arasında sığorta müqaviləsi bağlanılmışdır. X3 tərəfindən Cavabdeh «Mercedes Benz C240» minik markalı **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 04 oktyabr 2016-cı il tarixinə qədər etibarnamə verilmişdir. Hadisə isə xx.xx.2016-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C 240 ” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Babək prospekti ilə M.Əliyev küçəsinin kəsişməsində X5 idarə etdiyi “Mercedes Benz” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olmağı Nizami Rayon Məhkəməsinin 3(007)- 67/2016 saylı X8 Qərarında öz əksini tapmışdır. xx.xx.2016-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 700 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq 700 manat sığorta ödənişini həyata keçirmişdir. Hadisə zamanı Cavabdeh avtomobilə sürücülük hüququ olmadan idarə etdiyinə görə ona qarşı İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-nin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. MPM-in 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanmış normaları hazırki işin hallarına tətbiq edərkən məhkəmə hesab edir ki, Cavabdeh ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində onun tərəfindən idarə olunan sığortalanmış İlqar Balacayevə məxsus «Mercedes Benz C240» markalı **- VT-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsus “Mercedes Benz C» markalı **-EG- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncunun avtomobilinə maddi zərər yetirmişdir və həmin zərərin məbləği İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış şəxsə ödənilmişdir. Belə olan halda İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğini avtomobilin mülkiyyətçisindən və zərər vuran şəxsdən tələb etmək hüququ yaranır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir, ona görə də həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 700 AZN məbləğində verilmiş sığorta ödənişi və 30,40 AZN məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 730.40 AZN pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar