Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-28/2025 08.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X23, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X10, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, **********68 reestr nömrəli əsasında Lənkəran rayon Separadi kənd ərazisində yerləşən 0,2864 kv metr olan torpaq sahədə İddiaçı adına qeyd olunan ¼ hissə torpaq sahəsinin naturada bölunməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968- ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuşdur. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvlərimiz olan X3, anası X5 qızı, İddiaçı və cavabdeh qismində qeyd etdiyi, qardaşı Cavabdeh, Lənkəran rayonu, Separadi kənd ərazisində həyətyanı torpaq sahə qismində 0,29 hektar torpaq sahəsi ayrılaraq ümumi mülkiyyətimizə verilmiş və buna dair Kod-80220018 JN- 279 "A" nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. X3 xx.xx.2012-ci il tarixdə, anası X20 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin sağlığı dövründə və ondan sonrakı dövrdə ümumi mülkiyyətlərinə verilmiş qeyd etdiyi ölçüdə torpaq sahədən birgə istifadə etmişlər. Həmin torpaq sahədə valideynləri tərəfindən, 10 ədəd mişar daş üzərində dörd otaqdan və yardımçı otaqlardan ibarət bir mərtəbəli ev inşa olunmuş və bütün ailə üzvləri, həmçinin iddiçı həmin evdə yaşamışlar. Valideynlərinin sağlığı zamanı iddiaçı Teymur Dadaşovla ailə qurub evlənmişlər. Bu nikahdan xx.xx.2003-cü il tarixdə Seymur adlı uşağı doğulmuşdur. Uşaq doğulandan bir müddət sonra nikahı pozulmuş və o azyaşlı uşaqla birlikdə ata evinə köçüb, doğulub boya-başa çatdığım yuxarıda qeyd olunan bir mərtəbəli evin bir otağına köçmüş və orada yaşamışdır. Ümumi mülkiyyətlərində verilən torpaq sahədən birgə istifadə etməklə, uşağın saxlamışdır. Valideynlər vəfat etmişdir. Pandemiya xəstəliyi olan vaxt onunla birgə ata evində yaşayan cavabdeh qardaşı Cavabdehla belə bir qərara gəlmişlər ki, atadan miras qalmış əmlakı 4 otaqdan ibarət bir mərtəbəli evi söküb yerində təzə ev tikmək istəyir,onun üçün ayrıca həyətdə ev tikəcək və onlar ana-bala həmin evə köçüb yaşayacaqlar. Onunla razılaşmalı olmuş, onun fikrilə digər vərəsələr də razılaşdılar. O, evi söküb yerində iki mərtəbəli dörd otaq, mətbəx və zaldan ibarət ev inşa edib ora köçməli oldular. Lakin onu və oğlunu evə buraxmayıb, O, oğlu Seymurla bərabər böyük qardaşı mərhum X8 evinə köçmək məcburiyyətində qalaraq orda yaşamışlar. Mərhum qardaşının ailə üzvləri çoxdur. Olduqca darısqal bir şəraitdə yaşayırlar. Odur ki, qardaşlarla məsləhətləşib, ümumi mülkiyyətlərinə verilən torpaq sahədə yer ayrılıb, orada özümə bir yaşayış otağı qardaşlarının köməyi ilə inşa etsin. Odur ki, fikrini cavabdeh qardaşı Qorxmaza danışmışdır. Lakin qardaşı onu həyətdən qovub, ona torpaq verməyəcəyini bildirmişdir. Odur ki, o, məcburiyyət qarşısında qalıb, ümumi mülkiyyətində verilən 0,29 hek. torpaq sahədə payçıların paylarının müəyyən olunması barədə Lənkəran Rayon Məhkəməsinə iddia tələbimlə müraciət etməli olmuşdur. Lənkəran Rayon Məhkəməsi iddia tələbimə baxaraq iddiamın təmin edilməsi Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1098-ci il tarixli 09 saylı qərarı ilə "Torpağın mülkiyyətinə verilməsinə dair Kod-80220018 №279 "A" saylı şəhadətnamə əsasında X11, X12, İddiaçı və Cavabdeh ümumi mülkiyyətinə verilmiş 0,29 hektar torpaq sahəsi üzərində İddiaçı ¼ hissə payın müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli 2(049)-533/2024 saylı qətnamə çıxarmışdır.Məhkəmənin müvafiq qətnaməsi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs xidmətinə müraciət edib, həmin xidmət payçıların hər birinə həmçinin mən İddiaçı 0,2864 kv metr olan torpaq sahədən % hissə torpağın ayrılmasına dair xx.xx.2024-cü il tarixli əmlakın reyestr nömrəli **********68 saylı Hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vermişdir. Bütün bunlara baxmayaraq Cavabdeh ümumi mülkiyyətdə olan 1/4 torpaq hissədə özünə yaşamaq üçün ev inşa etməyinə və pay torpaq sahə üzərində hüquqlarını tam bərpa edib, həmin torpaq sahədən istifadə etsin.. Məhz bu səbəbdən ümumi mülkiyyətdə olan 0,2864 kv metr torpaq sahədən 1/4 hissəsinin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən .2864 ha torpaq sahəsi 1/4 hissədə İddiaçı, 1/4 hissədə X11, 1/4 hissədə X21, Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli 12-5/717 nömrəli Lənkəran Şəhər İHB-nın Sepradi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, İddiaçı həqiqətən Lənkəran rayonun Separdi kənd sakinidir hal-hazırda həmin kənddə ailə üzvi xx.xx.2003-cü il təvəllüdlü X18 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış JN-279A kod 80220018 nömrəli dövlət aktıından görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Lənkəran rayonun Separdi kəndində yerləşən 0.29-ha torpaq sahəsi Dadaşov X13, İddiaçı, X14, Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Ləkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Furidin qızı xx.xx.1968-ci il tarixdə Lənkəran rayon Şağlaser kəndində doğulmuş, atası X1 Tehran Yaqub qızıdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Ləkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Dadaşzadə teymur Teymur oğlu xx.xx.2002-cü il tarixdə Lənkəran rayon Separdi kəndində doğulmuş atası X2 Vəzifə Firudin qızıdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/415 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 24.12.24 tarixli 3-21-3-43/2-4167/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********68 reyestr nömrəli Çıxarışla İddiaçı, X7, X16 və Cavabdeh paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə yerində baxış keçirilməklə döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********68 reyestr nömrəli Çıxarışla İddiaçı, X7, X16 və Cavabdeh paylı mülkiyyətlərində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və köməkçi tikililərin (tövlə, saraylar, hin, təndirxana, sanitar qovşağı) mövcud olması səbəbindən həmin 0,2864 ha torpaq sahəsinin təsərrüfat təyinat pozulmadan naturada ayrılmasının mümkün olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 02 iyun 2025-ci il tarixli, 3-16-16/2-10/415 nömrəli təkrar məhkəmə mühəndis-texniki ekspertizası rəyində göstərilmişdir ki, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,2864 kvm olan torpaq sahəsinin 3 təərfdən qonşu sahələrlə,1 tərəfdən yol ilə əhatə olunduğunu,torpaq sahəsində fərdi yaşayış evinin və digər tikililərin mövcud olduğunu,tikililərin torpaq sahəsində yerləşmə vəziyyətini nəzərə alaraq, həmin torpaq sahəsinin paylara uyğun ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 123 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; MM-nin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Lənkəran rayonu Separdi kəndində yerləşən 0,2864 kvm olan torpaq sahəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün deyildir. Məhkəmə paylı mülkiyyətdə olan Lənkəran rayonu Separdi kəndində yerləşən 0,2864 kvm olan torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığını müəyyən edən müvafiq ekspert rəyini nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətdə olan mənzillər mülkiyyətçilər arasında bölünə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün smetada nəzərdə tutulan ödənilmiş 95 manat iddiaçının özünüə aid edilməlidir. İş üzrə məhkəmə ekspertizaların keçirilməsinə sərf edilmiş ümumilikdə 200 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı qıznın torpaq sahəsinin naturada bölunməsinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün smetada nəzərdə tutulan ödənilmiş 95 manat İddiaçı aid edilsin. İş üzrə məhkəmə ekspertizaların keçirilməsinə sərf edilmiş 200 manat məbləğində pul iddiaçı X9 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-28/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-28/2025
08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver