Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2856/2024 16.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X18 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X17, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6, Cavabdeh8 və azyaşlı uşağı X9, Cavabdeh9 və azyaşlı uşağı X5, Cavabdeh7 və azyaşlı uşağları X2 və X1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, Şeyx Zahid küç,ev 4 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə adına Çıxarış vərəqəsi də verilmişdir. Cavabdehlər qismində qeyd etdiyi şəxslər mülkiyyətində olduğu evdə faktiki olaraq yaşamasalar da, onlar həmin evdə pasport qeydiyyatındadırlar. Cavabdehlərin ona məxsus fərdi yaşayış evində yaşamamaqla yanaşı, hazırda onların faktiki olaraq harada yaşadıqlarını da bilmir. Onların onun evindəki qeydiyyatları formal xarakter daşıyır. Onların onun evində qeydiyyatda olmaları ona mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədilir. Cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün Lənkəran rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, polis şöbəsi göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasına imtina edərək, bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməyi barədə məktubla cavab vermişdir. Buna görə də cavabehlərin mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə cavabehlər arasında hər-hası bir qohumluq əlaqələri və ailə münasibətləri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli isə xx.xx.2024-cü il tarix olan Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən və sahəsi 104 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Asan-Lənkəran tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* №li arayışdan görünür ki, X17 xx.xx.2004, X6, xx.xx.2019, Cavabdeh2, xx.xx.1992, X10, xx.xx.2007, Cavabdeh3, xx.xx.1956, Cavabdeh4, xx.xx.1956, X8, xx.xx.1962, Cavabdeh6, xx.xx.1976, Cavabdeh7, xx.xx.1975, X14, xx.xx.2015, Cavabdeh8, xx.xx.1991, X3, xx.xx.2017 və Cavabdeh9, xx.xx.1979 ünvan 3 ünvanında qeydiyyatdadırlar. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29 maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Şərifova X7 şəhəri, Şeyx Zahid küçəsi, ev 4 ünvanında yerləşən və sahəsi 104 kv.m. olan fərdi yaşayış evinə dair mülkiyyət hüququna malikdir, cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda olmaqla, faktiki olaraq orada yaşamırlar. Onların göstərilən evdə qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Cavabdehlər faktiki olaraq həmin evdə yaşamamaqla həmin evdən istifadə etmək hüquqlarını itirmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh6, Cavabdeh8 və azyaşlı uşağı X9, Cavabdeh9 və azyaşlı uşağı X5, Cavabdeh7 və azyaşlı uşağları X2 və X1 ünvan 3 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-2856/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2856/2024
16.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver