Məhkəmə qərarları › İş №2(049)-2943/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2943/2023

18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2943/2023 18.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı “Azəriqaz” İstehsalat Biirliyinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İlkin idia üzrə İddiaçı “Azəriqaz” İstehsalat Biirliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi», qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin idia üzrə İddiaçı “Azəriqaz” İstehsalat Biirliyi Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi», qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi üzrə iddiaçı X1 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Qarşı tərəf işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Qarşı tərəf işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin vəsatəti təmin edilərək ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən və MPM-in 259, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İlkin idia üzrə İddiaçı “Azəriqaz” İstehsalat Biirliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi», qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi üzrə iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar