Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-296/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 cavabdeh ƏMDX yanında DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsi və üçüncü şəxs Həsənova (Səfərova) Qənimət Səfər qızına qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi, müəyyən edilmiş payın naturada ayrılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 cavabdeh ƏMDX yanında DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsi və üçüncü şəxs Həsənova (Səfərova) Qənimət Səfər qızına qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi, müəyyən edilmiş payın naturada ayrılması” tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçılar tərəfindən verilmiş ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, verilmiş ərizə iddiaçıların qanunla müəyyən edilmiş hüquqlarından irəli gəlir, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə bu prosessual hərəkəti qanunamüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və İddiaçı4 cavabdeh ƏMDX yanında DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsi və üçüncü şəxs Həsənova (Səfərova) Qənimət Səfər qızına qarşı “ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi, müəyyən edilmiş payın naturada ayrılması” tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onlara qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-296/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-296/2023
08.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver