Məhkəmə qərarları › İş №2(049)-32/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-32/2025

05.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-32/2025 05.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayonu Şiləvar Bələdiyyəsinin sədri X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yolunun açılması” tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Digah kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gedən eni 4 metr, uzunluğu 50 metr hissədə olan yolun cavabdehin hesabına açılması, yola çəkilmiş dəmir çəpər (setka)in cavabdehin hesabına sökülməklə yolun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdeh X3 əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə X1 Lənkəran rayonun Digah kəndində alqı-satqı qaydasında 0.06 ha həyətyanı torpaq sahəsi almışdır. Buna dair DƏDRX-in Lənkəran şöbəsi tərəfindən ona ********** saylı, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Aldığı həmin torpaq sahəsi ilə qonşuluqda Cavabdeh torpaq sahəsinə gedən yolu zəbt edərək həmin yolu setka ilə çəpərə almış onu öz torpaq sahəsinə gedib-gəlməyə qoymur. Həyətinə gedən yolun eni 4 metr olmaqla, qonşunun çəpərə aldığı yolun uzunluq hissəsi isə 50 metrdir. Cavabdeh ona öz torpaq sahəsinə gedib gəlməyi üçün yolu açmadığından Lənkəran rayonun Şiləvar Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin iştirakı ilə əraziyə baxış keçirilmiş və kəndin baş planında nəzərdə tutulmuş yol onunla birlikdə digər qonşularının da istifadəsində olması müəyyən edilmiş və cavabdehlə yolun açılması ilə bağlı fərdi söhbətlər aparılmış, lakin heç bir müsbət nəticə olmamışdır. Hazırda cavabdeh onun mülkiyyəti üzərində sahiblik və istifadə hüquqlarını pozur, onun qanunsuz hərəkətləri nəticəsində öz mülkiyyətinə gedə və ondan istifadə edə bilmir, artıq necə aydır ki, bu belə davam edir. Hesab edir ki, qonşu qanunsuz hərəkətlərinə son qoymalı, torpaq sahəsinə gedən yolu açmalı və yolda quraşdırdığı dəmir çəpər (setka)ləri öz hesabına sökməlidir. Odur ki, Lənkəran rayonun Digah kəndində mülkiyyətində olan 0.06 ha torpaq sahəmə gedən gediş-gəliş yolunun eni 4 metr, uzunluğu 50 metr hissəsi cavabdehin qanunsuz sahibliyindən geri alınması, yolun açılması, yola çəkilmiş dəmir çəpər (setka)in cavabdehin hesabına sökülməsi və yolun cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verdi, ekspertiza rəyi ilə razı olduğunu bildirib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun evinin yanında olan torpağı X2 2023-cü ildən yox, 10 il olar almışdır. İddiaçı torpağı alanda X6 və X7 ilə razılığa gəlmişdilər ki, yol Gülayənin torpağından veriləcək. İddiaçı və Gülayə Qafarova çəpər çəkib qapıya darvaza qapı qoymalı idilər. İddiaçı icra nümayəndəsi Rüfət Seyfullazadəni və kəndin keçmiş polis sahə rəisini çağırıb şikayət etmişdi ki, Gülayə Qafara onun yolunu bağlamışdır. İcra nümayəndəsi Rüfət Seyfullazadə və kəndin keçmiş polis sahə rəisi əraziyə baxış keçirdikdən sonra İddiaçı bildirmişlər ki, onun şikayəti haqlı deyil. Hətta icra nümayəndəsi Rüfət Seyfullazadə və kəndin keçmiş polis sahə rəisi İddiaçı bildirmişlər ki, “Gülayə Qafarova sənə öz həyətindən yol ayırıb verir. Səndə ona şərt olaraq çəpər çəkməlisən”, lakin Kamil Kaızmov onlarla razılaşmırdı. 2023-cü ilin sentyabrın 30-da İddiaçı Gülayə Qafarovaya zəng vurub zabor çəkməyəcəyini bildirmişdi. İddiaçı onlara bildirirdi ki, “nə olursa olsun mən öz yolumu Sizdən alaram”. Ondan yol istəməyən İddiaçı ona xəbər yollayaraq ona yol verməsini bildirdikdə, o da buna editraz etməmiş, yol verəcəyini, lakin onun çəkdiyi xərcin heç olmasa 1/2 və ya 1/3 hissəsini ona verilməsini bildirmişdir. Cavabdeh göstərilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Rayonu Şiləvar Bələdiyyəsinin sədri X9 göstərmişdir ki, İddiaçı müraciəti üzrə o, hər iki tərəflə görüşmüşdür. Həmçinin iş üzrə təyin edilmiş mühəndis-texniki ekspertizası keçirilən zaman da iştirak etmişdir. Tətqiqat zamanı müəyyən edilmişdir ki, ümumibirgə istifadədə olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Kəndin baş planında həmin torpaq sahəsinə ayrılan yol qonşularla birgə istifadədir. Həmin torpaq sahəsindən yol verilməsi Cavabdeh izah edilmişdir. Həmçinin Cavabdeh izah edilmişdir ki, bələdiyyə mülkiyyətində olan ümumibirgə torpaq sahəsini heç bir şəxs zəbt edə bilməz. Cavabdeh bələdiyyə mülkiyyətində olan ümumibirgə torpaq sahəsini çəpərə aldığı üçün həmin çəpərə çəkdiyi xərcin ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Hesab edir ki, İddiaçı iddiasında haqlıdır, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə bələdiyyə mülkiyyətində olan ümumibirgə torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə etməlidir. Odur ki, iddianın təmin edilməsinə etirazının olmadığını bildirir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********67 olan Çıxarışdan görünür ki, Lənkəran rayonu, Digah kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli, ********** №-li ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28.02.205-ci il tarixli, 10/9581 nömrəli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-3669/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-144A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə, eləcə də sənədə əsasən həmin torpaq sahəsinin qərb istiqamətindən gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Araşdırma zamanı kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gedişgəliş yoluna uyğun olmaması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-144A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə və eləcə də kompleks yerquruluşu layihəsində öz əksini tapan hemin gediş-gəliş yolunun naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənədici sənəd JN-144A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə və eləcə də kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolunun uyğun naturaya gəlməməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı faktiki istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinə cənub-qərb istiqamətindən nəzərdə tutulmuş gediş-gəliş yolunun faktiki vəziyyətdə Cavabdeh tərəfindən istifadə olunması və həmin yolun əsas yola (küçəyə) giriş-çıxış hissəsində Cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-144A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kompleks yerqurluşu layihəsinə və eləcə də kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolunun naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində və faktiki İstifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsinə Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolunun əsas yola (küçəyə) girişçıxış hissəsinə Cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılması müəyyən olunmuşdur. İddiaçı cavabdeh X3 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin sərhəd hüdudlarının daxilindən faktiki vəziyyətdə yol kimi iddia etdiyi torpaq sahəsinin də əsas yola (küçəyə) giriş-çıxış hissəsinə cavabdeh X7 tərəfindən dəmir darvazanın qoyulması və iddia olunan torpaq sahəsinin üzərində cavabdehə məxsus çoxillik əkmələrin (ağacların) mövcud olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********67 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənədici sənəd JN-144A nömrəli 'Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında) İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə və eləcə də kompleks yerquruluşu layihəsində öz əksini tapan həmin gediş-gəliş yolunun naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində və faktiki istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinə Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolundan başqa digər hər hansı ərazidən alternativ yolun mövcud olmaması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə cənub-qərb istiqamətindən nəzərdə tutulmuş gediş-gəliş yolunun faktiki vəziyyətdə Cavabdeh tərəfindən istifadə olunması və həmin yolun əsas yola (küçəyə) giriş-çıxış hissəsində Cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılması, eləcə də İddiaçı mülkiyyətində və faktiki istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinə Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan həmin gediş-gəliş yolundan başqa digər hər hansı ərazidən alternativ yolun mövcud olmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırda cavabdehin qanunsuz hərəkəti ekspert rəyi ilə təsdiq olunduğundan iddiaçının mülkiyyət hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlarına aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Qeyd olunan hüquq normalarının tələbi baxımından müəyyən olunur ki, hazırki iş üzrə açılması tələb edilən ümumi istifadədə olan yol bələdiyyənin mülkiyyətindədir. Bundan başqa, Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolu Cavabdeh hesabına açılmalı və həmin yolun əsas yola (küçəyə) giriş-çıxış hissəsində Cavabdeh tərəfindən quraşdırılmış dəmir darvaza cavabdehin hesabına sökülməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat pul cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Digah kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolu Cavabdeh hesabına açılsın. Həmin yolun əsas yola (küçəyə) giriş-çıxış hissəsində Cavabdeh tərəfindən quraşdırılmış dəmir darvaza cavabdehin hesabına sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Cavabdehdan tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar