Məhkəmə qərarları › İş №2(049)-33/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-33/2025

08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-33/2025 08.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X7, İddiaçı: İddiaçı, Cavabdeh: X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “nikahın pozulması və uşağın atanın himayəsində saxlanması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 ilə 16 sentyabr 2010-cu il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 29 saylı nikah aktının pozulması və 07 dekabr 2011-ci il tarixdə doğulmuş X6 onun himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2010-cu il tarixdə ailə qurmuş və nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Son zamanlar münasibətləri gərginləşməyə başlamış, ailədə hər gün söz-söhbət yaranmış, vəziyyət dözülməz həddə çatmışdır.Bu səbəbdən ailə münasibətləri dağılmışdır. Bundan sonra ər-arvad kimi yaşamaqları qeyri-mümükündür. Nikahın pozulması üçün ciddi əsaslar vardır. Artıq bir neçə aydır ki, cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Nikah formal xarakter daşıyır və qalmasının heç bir hüquqi əhmiyyəti yoxdur. Hazırda uşaqlardan biri xx.xx.2011-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədir. O, hər cür qayğı ilə əhatə olunmuşdur. Uşağın manefeyi ilə bağlı olan vacib məsələləri aydınlaşdırmadan uşağı iddiaçıya vermək təhlükəlidir. Uşağın iddiaçının himayəsində qalmasının heç onun mənafeyinə zidd olmasına dair heç bir səbəb yoxdur. Buna görə də uşaqlardan birinin yəni X6 iddiaçının himayəsində qalması onun cəmiyyətdə bir şəxsiyyət kimi formalaşması və gələcəkdə daha yaxşı təhsil və tərbiyə almasına kömək edəcək.Bundan əlavə X9 iddiaçıya çox bağlıdır. Onun iddiaçının himayəsində yaşamaması onun psixologiyasına mənfi təsir göstərəcək. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, iddianı müdafiə edir. İddiaçı ilə cavabdeh artəq bir neçə aydır faktiki olaraq ayrı yaşayırlar. Birgə nikahlarından iki uşaqları var, qız övladı ananın yanında qalır və buna etirazı yoxdur, oğlu isə neçə müddətdir ki, onunla qalır. Cavabdehdən heç aliment tələbi yoxdur. Qız ovladı ilə ünsiyyətdə olmasına dair hər hansı münahisəsi yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında göstərdi ki, iddianı tam qəbul edir. İddiaçı ilə birgə nikahdan iki övladı var, qız övladı onun yanında qalır. Oğlu isə iddiaçı ilə yaşayır və buna etirazı yoxdur. İddiaçıdan qızının onun yanında qalması ilə bağlı hər hansı aliment tələbi yoxdur. Oğlu ilə ünsiyyətdə olmasına dair mübahisə yoxdur. Məhkəmədən iddianın təmin edilməsi, yəni nikahın pozulması və oğlunun atasının yanında qalmasının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında fikri öyrənilmiş X8 bildirdi ki, anası ilə atasının boşanmasını bilir. O anası ilə yaşayır. Atası ilə də münasibətləri normaldır və görüşürlər. Anasının yanında qalmaq istədiyini bildirdi. Məhkəmə iclasında fikri öyrənilmiş X9 bildirdi ki, anası ilə atasının boşanmasını bilir. O atası ilə yaşayır. Anası ilə də münasibətləri normaldır və görüşürlər. Atasının yanında qalmaq istədiyini bildirdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 13 iyun 2024-cü il tarixli, 1422 nömrəli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 16 sentyabr 2010-cu il tarixdə 29 nömrəli nikah akt qeydi ilə Lənkəran Rayon Veravul kənd icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Nikah baölandıqdan sonra ərə Nəzirov, arvada Nəzirova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 20 iyun 2024-cü il tarixli, 1451 nömrəli arayışından görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur, atası İddiaçı, anası X3r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 20 iyun 2024-cü il tarixli, 1453 nömrəli arayışından görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış X4 İştirak edilməsi barədə olan arayışdan görünür ki, Cavabdeh nikahın pozulması tələbindən irəli gələn ailə mübahisəsi üzrə X4 iştirak etməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış qəzblərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün 60 manat, məhkəmə müraciət etmək üçün isə 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəməyə təqdim edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının 05 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, 07 dekabr 2011-ci il tarixdə doğulmuş X6 atası- İddiaçı ilə birlikdə qalması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəfindən tərəflərə barışması üçün 3 ay vaxt verilmiş, lakin tərəflərin barışması mümkün olmamış, iddiaçı nikahın pozulmasında təkid etmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinin tələbinə görə, ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş Nihan Nəzirli və xx.xx.2011-ci il tarixdə doğulmuş İlyas Nəzirli doğulmuşdur. xx.xx.2010-cu il tarixdə doğulmuş Nihan Nəzirlinin anası- Gülşən Nəzirovanın yanında qalmasına, eləcə də xx.xx.2011-ci il tarixdə doğulmuş İlyas Nəzirlinin atası- İddiaçı yanında qalımasına tərəflərin etirazı olmamışdır. Habelə məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, eyni zamanda məhkəmə iclasında fikri dinlənilmiş uşaqların bildirdiklərinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2010-cu il tarixdə doğulmuş Nihan Nəzirli anası- Gülşən Nəzirovanın yanında, eləcə də xx.xx.2011-ci il tarixdə doğulmuş İlyas Nəzirli atası- İddiaçı yanında saxlanılmalıdır. Tərəflər arasında aliment və saxlanılma xərcləri ilə bağlı, eləcə də ünsiyyət hüququna dair mübahisə olmaması, habelə bu tələblərin irəli sürülməməsi nəzərə alınmalıdır. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş tərəfləri, araşdırılmış sübutları, eləcə də cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, iddiaçı ilə arasında nikah pozulmalı, tərəflərə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin üç illik müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri, qeyd olunan Konstitusiya Məhkəməsinin qərarı, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarı baxımından da əsaslı hesab edir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. İddiaçı ilə X5 arasında 16 sentyabr 2010-cu il tarixdə Lənkəran Rayon Veravul kənd icra nümayəndəliyində 29 nömrə ilə qeydə alınmış nikah aktı pozulsun. Nikah pozulduqdan sonra İddiaçı ilə X1 birgə nikahından 18 avqust 2010-cu il tarixdə doğulmuş X8 anası-X1 yanında, 07 dekabr 2011-ci il tarixdə doğulmuş X9 atası-İddiaçı yanında saxlanılsın. Tərəflərin aliment tələbinin olmaması nəzərə alınsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı və cavabdehə onların birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən üç illik müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar