Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3547/2022 12.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “vətəndaşlıq vəziyyəti aktı qeydləri kitabında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Cavabdehnə qarşı “vətəndaşlıq vəziyyəti aktı qeydləri kitabında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddi ərizəsi onunla əsaslandırımışdlr ki, iddiaçı 2003-cü ildə əri X3 ilə birlikdə İran İslam Respublikasının Qum şəhərinə təhsil almaq üçün getmiş və 2009-cu ildə orada olarkən Fatimə adlı qızı doğulmuşdur. Qum şəhərində Azərbaycan Respublikasının Konsulluğu tərəfindən qızı Fatiməyə doğum haqqında şəhadətnamə verilmiş, lakin şəhadətnamədə 2009-cu il əvəzinə 2007-ci il tarix qeyd edilmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra qızı Fatiməyə doğum haqqında şəhadətnamə alarkən də doğum tarixini 1.07.2009-cu il tarix qeyd edilmiş, lakin Azərbaycan Respublikasının Tehran Səfirliyində vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında xx.xx.2009-cu il tarixli 23 saylı akt qeydi kitabında həmin tarix xx.xx.2007-ci il kimi qeyd edilmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb Cavabdehnə müraciət etmiş, lakin qeydiyyatda şöbəsindən iddiaçıya məhkəməyə müraciət etməsii bildirilmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərziəsinə uyğun izahat verərək X1 adına Azərbaycan Respublikasının Tehran Səfirliyində vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında qeyd edilmiş xx.xx.2009-cu il tarixli 23 saylı akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. . Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını və ərizəyə əlavə edilmiş sənədləri araşdırıaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, əsas tələb vətəndaşlıq vəziyyəti aktları kitabnda qeydlə düzəliş edilməsi və etibarsızlığı olmuşdur. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 1391 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 101 manat dövlət rüsumu ödəmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində göstərilit ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Plenum qərarının 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı Cavabdehnə qarşı “vətəndaşlıq vəziyyəti aktı qeydləri kitabında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3547/2022
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3547/2022
12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver