Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-357/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Osaküçə kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Lənkəran rayon Osaküçə kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə adına çıxarış vərəqəsi də verilmişdir. Cavabdeh qismində qeyd etdiyi Ə.Telli onun evində yaşamasada, o, ona məxsus fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdeh ona məxsus olan fərdi yaşayış evində yaşamamaqla yanaşı hazırda onun evi vardır. Cavabdehin evində qeydiyyatı formal xarakter daşıyır. O, onun evində qeydiyyatda olduğundan bu onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Lənkəran rayon Osaküçə kəndi yerləşən fərdi yaşayış ev tam mülkiyyət hüquqi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmışdır. İş üzrə cavabdeh Ə.Telli onun (Ə.Allahverənin) mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdan çıxarılması üçün Lənkəran rayon Polis şöbəsinə ərizə ilə müraciət etsə də, Polis Şöbəsi göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasına imtina edərək, bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməyi barədə məktubla cavab vermişdir. Ona bildirilmişdir ki, cavabdehin onun özünə məxsus olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Ona görə də, o, Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus olan Osaküçə kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə Muxtar oğlu ilkin məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddia tələbini müdafiə etdiyini bildirmiş, eləcə də məhkəmə iclası zamanı məhkəməyə ərizə təqdim edərək onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qeydiyyat ünvanı (Lənkəran ray., Osaküçə kəndinə) məhkəmə bildirişi və iddia ərizəsi nüsxəsi göndərilsə də, ünvançı ünvanda olmadığından geri qayıtmış, buna görə də, AR MPM-in 147-ci maddəsinə əsasən məhkəmə cavabdeh Ə.Tellinin yaşayış yeri üzrə icra nümayəndəliyinə məhkəmə bildirişi göndərmiş, Osaküçə kəndi üzrə İcra nümayəndəliyindən bildirmişdir ki, cavabdeh Osaküçə kəndində yaşamır, buna görə də, cavabdeh Ə.Telli məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən Cavabdeh göndərilmiş bildirişlərin cavabdehin məlum olan axırıncı yaşayış yerləri üzrə Lənkəran şəhər İcra Hakimiyyəti Başıçısının Lənkəran rayon Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi alındığı iş materialları ilə təsdiq olunur. Məhkəmə baxışı zamanı iddiaçının şahidi qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 20 dekabrda döyüş meydanında aşkar olunmuş nəşin şəhid X5 məxsus olması təsdiq olunmuş, və o, dəfndə iştirak etmiş və onun həyat yoldaşı Cavabdeh görmüşdür. Həmin ərəfələrdə onların övladı dünyaya gəlmiş və həmin uşaq Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyata alınmışdır. Osaküçə kəndində Ə.Tellini cəmi 2-3 dəfə görmüş və onun həyat yoldaşı, şəhid Ə.Qardaşxanın şəhid olmasının bir ili tamam olmamış, Ə.Telli uşağı götürüb aparmışdır. Hal-hazrda onların övladı babasının himayəsindədir. Lənkəran rayonunun Osakücə bələdiyyəsində çalışdığı zaman Cavabdeh çalışdığı ərazinin sakini olmuş və o, onu tanıyır. Cavabdeh uzun müddətdir ki, kəndə gəlmir və Osaküçə kəndində yerləşən evdən ümumiyyətlə istifadə etmir. Məhkəmə baxışı zamanı iddiaçının şahidi qismində dindirilmiş qızı ifadəsində bildirmişdir ki, Əliyeva X1 1 il yarım qalmış daha sonra isə çıxıb getmişdir, o, şəhid X4 xalasıdır. Cavabdeh Bakı şəhərində yaşayır və Osaküçə kəndinə gəlmir və fərdi yaşayış evindən istifadə etmir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, həqiqətən də, İddiaçı, Nümayəndə atasıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən, ölüm haqqında şəhadətnamədən, Şəhid Ailəsi üzvünün vəsiqəsindən görünür ki, X7 döyüş bölgəsində şəhid olmuş və o, Nümayəndə övladıdır, beləliklə, iddiaçı və iddiaçının nümayəndəsi şəhid ailəsi üzvüdürlər. AZEMİS elektron məhkəmə informasiya sistemində verilmiş müvafiq sorğuya əsasən təsdiq olunur ki, həqiqətən də, Əhmədov X3 rayonu Osaküçə qeydiyyatındadır və AR ƏMDK yanında DƏDRX-in çıxarışı ilə təsdiq olunur ki, Lənkəran rayon, Osaküçə kəndində yerləşən fərdi yaşayış evi onun mülkiyyəti kimi daşınmaz əmlakın reyestrində qeydə alınmışdır. İş materiallarında olan Lənkəran ŞHİB Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 422/12-5 nömrəli, xx.xx.2024-cü il tarixli təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, 05 nömrəli təsərrüfat kitabın, 321 nömrəli təsərrüfatının sahibi X2r. Həmin təsərrüfat 1982-ci ildə inşa edilmiş, 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 90 kv metr, yaşayış sahəsi 90 kv. metrdir. Həmin təsərrüfatda Nümayəndə, X8, X11, Cavabdeh, X12 və X6 qeydiyyatdadır. AZEMİS elektron məhkəmə informasiya sistemində verilmiş müvafiq sorğuya əsasən təsdiq olunur ki, həqiqətən də, Əliyeva X9 rayonu Osaküçə qeydiyyatındadır. İş materiallarında olan Lənkəran ŞHİB Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 423/12-5 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Əliyeva X9 rayon, Osaküçə kəndində qeydiyyatda olsa da, hazırda ərazidə yaşamır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsi tərəfindən AR MPM-in 147-ci maddəsinə əsasən məhkəmə sənədinin cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq icra orqanına göndərilmiş məktubuna əsasən verilmiş Lənkəran ŞHİB Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 88/12-3 nömrəli 28 dekabr 2024-cü il tarixli və 05/12-3 nömrəli 22 yanvar 2025-ci il tarixli məktublarından görünür ki, Əliyeva X9 rayon, Osaküçə kəndində qeydiyyatda olsa da, hazırda ərazidə yaşamır və Lənkəran Rayon Məhkəməsi tərəfindən göndərilmiş sənədlər Ə.Telli əraziyə gəldiyi təqdirdə daimi qeydiyyatda olduğu ünvana qayıtdıqda ona çatdırılmasından ötrü nümayəndəlikdə saxlanılmışdır. İş materiallarında olan və iddiaçının nümayəndəsi Ə.Elxan tərəfindən məhkəmə hazırlıq iclası zamanı təqdim olunmuş 14 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh 01 fevral 2022-ci il tarixdən Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini və iddiaçının nümayəndəsi Nümayəndə dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, mənzilin iddiaçının mülkiyyətində olması, cavabdein isə mənzildə qeydiyyatda olmasına baxmayaraq iş materiallarında olan sənədlərə əsasən Lənkəran rayonu, Osaküçə kəndində yaşamadığı sübuta yetirilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Nəhayət, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan evə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Lənkəran rayonu, Osaküçə kəndində yerləşən (321 nömrəli təsərrüfatına) fərdi yaşayış evinə istifadə hüququna xitam verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyindən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-357/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-357/2025
30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver