Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3585/2025 08.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi (bacısı) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bahadır qızı, Cavabdeh2 Əlıağa oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzizağa oğlunun, Cavabdeh3, Cavabdeh4 və azyaşlı uşağı X9 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilində olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı xx.xx.1962-ci ıl tarixdə Lənkəran şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzilində yaşayır. Həmin mənzil mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və bu barədə adına çıxarış da verilmişdir. Sözügedən mənzili cavabdeh olan şəxsdən almışdır. Cavabdehlər iddiaçıya məxsus olan mənzilə yaşamamaqla yanaşı hazırda onların özlərinin mülkiyyətlərində evləri vardır. Cavabdehlər və azyaşlı uşağının iddiaçının mənzilində qeydiyyatları formal xarakter daşıyır. Onlar həmin mənzildə qeydiyyatda olduqlarından bu iddiaçının mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneçilik törədir Mənzil tam mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində iddiaçının adına qeydə alınmışdır. İş üzrə cavabdehləri və azyaşlı uşağı mülkiyyətində olan mənzilindən qeydiyyatdan çıxarılmaları üçün Lənkəran şəhər rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, polis şöbəsi göstərilən şəxslərin qeydiyyatdan çıxarılmasına imtina edərək bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməyi barədə məktubla cavab vermişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 Bahadır qızı, Cavabdeh2 Əlıağa oğlu, Cavabdeh3 və Cavabdeh4 xəbərdar edilmələri üçün Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmiş məhkəmə bildirişləri, cavabdehlərin həmin ünvanda yaşamamaları barədə müvafiq qeyd yazılaraq, onlara təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan 19 mart 2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/5, mənzil 19 ünvanında yerləşən mənzili X7 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli və **********49-093008 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AZ-İ seriyalı, 007606 nömrəli “adın, ata adın və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin durətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X1 “Məhərrəmova” soyadına, adı isə “Maya” adına dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Asan-Lənkəran tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Əzizağa oğlu, Cavabdeh3, Cavabdeh4 və X3 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/5, mənzil 19 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında Lənkəran Şəhər rayon Polis Şöbəsindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 96/2-25943/25 nömrəli məktubdan görünür ki, Cavabdeh1 Bahadır qızı 03.12 2007-cı il tarixdən, Cavabdeh2 xx.xx.2007-ci ıl tarixdən. Cavabdeh3 xx.xx.2006-cı il tarixdən və Cavabdeh4 21 07.2010-cu il tarixdən ünvan 2 ünvanında yaşayış yen üzrə daimi qeydiyyatdadırlar. Beləliklə də, iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən olunur ki, alqı-satqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzizağa oğlu, Cavabdeh3 və Cavabdeh4ı həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışlardan müəyyən edilmişdir ki, cavabdehlərdən xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh2 cavabdeh xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh3 atası, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1 onun (Sulduzu) anasıdır. Cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh4 X10 (mənzilin əvvəlki mülkiyyətçisinin) həyat yoldaşı,xx.xx.2011-ci il təvəllüdlü X14 da onların övladıdır. İnsan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzizağa oğlunun, Cavabdeh3, Cavabdeh4 və X9 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən yaşayış yeri kimi istifadə etmədiklərindən və həmin mənzildə qeydiyyatları formal xarakter daşıdığından – onların həmin mənzildə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzizağa oğlunun, Cavabdeh3, Cavabdeh4 və X9 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3585/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3585/2025
08.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver