Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4064/2023 04.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: «Azəriqaz» İB-i Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq “Azəriqaz” İB-nin X8 İstismarı İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin küçə qapısının qarşısından keçən qapısının qarşısından keçən 57-mm diametrili, orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin L=4pm hissəsinin üstünnün və mühafizə zonasının Cavabdeh tərəfindən beton və metlaxla örtülməsi müəyyən etmişdir ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Beləki ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol vermir”. Sadalananları nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyinə məxsus X8 İstismarı İdarəsinin Lənkəran rayonu üzrə Xidmət sahəsinin istismarında olan, ünvan 2 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evin küçə qapısının qarşısından keçən 57 mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin mühafizə zonasının Cavabdeh Ağa oğlu trəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 20.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383, VÖEN:**********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərardadı ilə qaz kəmərinin mühafizə zonasının cavabdeh tərəfindən bərpa edilib əvvəlki vəziyyətə gətirilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Həmin iş növbəti ilə keçdiyi üçün işə 2(049)-4064/2023 saylı nömrə verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 oktabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, məhkəmə baxış iclasının xx.xx.2023 cü il tarixə təyin olunmuşdur. Məhkəmə baxış iclasında «Azəriqaz» İB-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdeh X3 ərizə yazaraq iddianı qəbul etdiyini və müəyyən vaxt ərzində Qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətinə qaytaracağını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Azəriqaz İBnin Qaz nəzarəti şöbəsinin nümayəndələri tərəfindən aparılan yoxlamalar zamanı ünvan 3 ünvanında yaşayan Cavabdeh məxsus evin küçə qapısı qarşısında keçən D 57 mm-lik orta təziqli küçə qaz kəmərinin L=4pm-lik hissəsinin üstünün qanunsuz olaraq betonlandığı aşkar edlimişdir. İşdə olan və məhkəmənin şifahi sorğusuna verilmiş X8 İstismarı İdarəsinin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, adı çəkilən ünvanda tədqiqat obyektinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonası bərpa edilməmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə görə 20 manat dövlət rüsumunu ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, “Azəriqaz” İB-nə məxsus Lənkəran RQİİ-nin Lənkəran rayonu üzrə Xidmət sahəsinin istismarında olan, ünvan 2 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evin küçə qapısının qarşısından keçən 57 mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin mühafizə zonasının Cavabdeh Ağa oğlu trəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməli, iddiaçı tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Azəriqaz» İB-nin Cavabdeh qarşı Qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə iddiası təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinə məxsus X8 İstismarı İdarəsinin Lənkəran rayonu üzrə Xidmət sahəsinin istismarında olan, ünvan 2 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evin küçə qapısının qarşısından keçən 57 mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin mühafizə zonasının Cavabdeh Ağa oğlu trəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilsin. İddiaçının ödədiyi 20 manat dövlət rüsumu 0,40 manat xidmət haqqı cavabdehə aid edisin və sonuncudan tutularaq iddiaçının Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(049)-4064/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4064/2023
04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver