Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-458/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evinin naturada ayrılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən paylı mülkiyyətdə olan 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 225.4 m2 olan fərdi yaşayış evin 3/15 hissəsinin iddiaçıların birgə mülkiyyəti kimi naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahisəli evin və torpaq sahəsinin paylara uyğun bölünməsi texniki cəhətdən mümkündür. Məhkəmənin ona mübahisəli daşınmaz əmlakın texniki pasportunun məhkəməyə təqdim edilməsi ilə əlaqadar təklifinə cavab olaraq bildirmişdir ki, həmin sənəd iş üzrə Cavabdeh1 olduğundan onu məhkəməyə təqdim edə bilmir. Ekspertin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə tanış olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı3 iddia tələbini müdadiə edərək iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, mübahisəli ev və həyətyanı torpaq sahəsi onun babasına məxsus olmuşdur. Babası həmin evi onlar üçün tikmişdir. Babasının və anasının vəfatından sonra dayısı Cavabdeh1 onları aldadaraq həmin evin sənədlərini onlardan almışdır və qapının açarını dəyişərək onları həmin evə buraxmır. Məhkəmənin ona mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun mövcudluğuna dair hüquqmüəyyənedici sənədin və həmin əmlakın texniki pasportunun məhkəməyə təqdim edilməsi ilə əlaqadar təklifinə cavab olaraq bildirmişdir ki, həmin sənəd iş üzrə Cavabdeh1 olduğundan onu məhkəməyə təqdim edə bilmir və həmçinin həmin daşınmaz əmlaka mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. Ekspertin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə tanış olmuşdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iştirak edən iddiaçı X3 iddia tələbini müdadiə edərək iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, mübahisəli ev babası həmin evi onlar üçün tikmişdir. Babasının və anasının vəfatından sonra dayısı Cavabdeh1 onları həmin evə buraxmır. Ekspertin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə tanış olmuşdur. Məhkəmənin ona mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun mövcudluğuna dair hüquqmüəyyənedici sənədin və həmin əmlakın texniki pasportunun məhkəməyə təqdim edilməsi ilə əlaqadar təklifinə cavab olaraq bildirmişdir ki, həmin sənəd iş üzrə Cavabdeh1 olduğundan onu məhkəməyə təqdim edə bilmir və həmçinin həmin daşınmaz əmlaka mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin təşəbbüsü ilə müıki iş üzrə üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Ekspert qarşısında Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən sahəsi 0,09 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 225,4 kv.m. olan fərdi yaşayış evinin 1/15 və 3/15 paylara uyğun naturada ayrılmasının mümkünlüyü barədə suallar qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə ekspert təəfindən məhkəməyə “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat təqdim edilərək, imtinaya əsas kimi fərdi yaşayış evinin həyatyanı sahəsinin giriş qapısı bağlı olduğundan və cavabdeh baxışda iştirak etmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından və texniki pasport ekspertə təqdim edilmədiyi göstərilmişdir. Eyni zamanda qərardadda qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair texniki pasportun təqdim edilməsinin və baxış keçirilməsinin təşkil edilməsinin zəruriliyi qeyd edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddia tələbi torpaq sahəsinin və üzərində inşa edilmiş evin natura qaydasında bölünməsi ilə əlaqadar olmasına baxmayaraq mübahisəli daşınmaz əmlaka dair iddiaçılar İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqlarının mövcud omasına dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin məhkəmənin İddiaçı3 və İddiaçı2 mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun mövcudluğuna dair hüquqmüəyyənedici sənədin və həmin əmlakın texniki pasportunun, iddiaçı X2 texniki pasportun məhkəməyə təqdim edilməsi ilə əlaqadar təklifinə cavab olaraq iddiaçılar həmin sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 259.0.12 maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia tələbini əsaslandıran sənədlərin iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməməsi səbəbindən işə baxmaq mümkün olmadığından qeyd edilən hal işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədir. Məhkəmə işin bu halını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 149.2.3, 149.4, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-458/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-458/2024
30.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver