Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-5/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ : Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçılar Nümayəndə1 və İddiaçı2, sonuncunun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi X8 cəlb edilməklə iddiaçılar Nümayəndə1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddiaları üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçılar Nümayəndə1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək;
1. Müvafiq olaraq “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” **********3 və **********84 reyestr nömrəli Çıxarışlarla İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 ümumi birgə mülkiyyətlərində olan və Lənkəran rayonunun Xarxatan kəndində yerləşən müvafiq olaraq 0,9274 ha və 0,2384 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyətçilərin paylarının müəyyən edilməsi və həmin torpaq sahələrinin naturada bölünməsi,
2. "xxxx" kiçik müəssisəsi MMC-yə məxsus çayxana, mağaza və avtoyuma məntəqəsinin qanuni sahibi olaraq atası Nümayəndə1 həmin tikililərin naturada bölünən və onun, yəni İddiaçı2 payına düşən torpaq sahələrinə daxil edilməsinə etiraz etmədiyindən həmin tikililərin onun mülkiyyətində olan torpaq sahələrinə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, o, İddiaçı2 Lənkəran rayonunun Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin kənddə yerləşən 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri onun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsi tərəfindən ona və digər mülkiyyətçilərə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq Çıxarışlar da verilmişdir. Həmin birgə mülkiyyətlərində olan 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 1995-ci ildə atası olan iddiaçı Nümayəndə1 tərəfindən tikilən çayxana, mağaza və avtoyuma məntəqəsi mövcuddur. Çayxana və mağazanın inşasına Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 17 may 1996-cı il tarixli 913 saylı sərəncamı ilə icazə verilmişdir. Belə ki, həmin sərəncama əsasən Lənkəran rayonunun Xarxatan kəndində - Şağlaser yolunun sol tərəfində, “Göyərçin” Koorperativində, kərpic sexi üçün ayrılmış torpağın istifadəsiz hissəsində, "xxxx" kiçik müəssisəsinin tərkibində 80 kv.m. sahədə tikintisinə başladığı mağaza və çayxananın tikintisinin davam etdirilməsinə icazə verilmişdir. Tikinti başa çatdıqdan sonra şəhər dövlət vergi müffətişliyinə məlumat verilmişdir. "xxxx" kiçik müəssisəsi MMC-nin nizamnaməsindən də görünür ki, həmin MMC-nin təsisçisi atası Nümayəndə1dur. Çayxana, mağaza və avtoyuma məntəqəsinin tikintisində işləyən usta və fəhlələr də həmin obyektlərin inşası xərclərinin bütünlüklə atası Nümayəndə1 tərəfindən ödənildiyini təsdiq edə bilərlər. Cavabdeh2 2013-cü ildə ona və atasına məxsus olan mağazanı 01 il müddətinə icarəyə götürmüşdür. Bu barədə Cavabdeh2 öz xətti ilə yazıb imzaladığı, şahid X6 və digər cavabdeh X9 birgə imzaladığı və onun da də imzası olan akt tərtib edilmişdir. Yəni, cavabdehlər öz imzaları və yazıları ilə qəbul etmişlər ki, mağaza atası Nümayəndə1 məxsusdur, onu 01 il müddətinə 100 manat icarə haqqı verilməsi şərti ilə Cavabdeh2 icarəyə götürmüşdür və bir illik müddət bitdikdən sonra mağazanı boşaltmağa söz vermişdir. Lakin hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 atası Nümayəndə1 məxsus tikililərin istifadəsinə maneçilik yaradır və hər vəchlə atası ilə birlikdə normal olaraq sahibkarlıq fəaliyyətini həyata keçirməylərinə mane olurlar. Hesab edir ki, cavabdehlərin hərəkətləri qərəzlidir və mülkiyyətində olan torpaq sahəsi və atasına məxsus tikililərin istifadəsinə mane olmaqla mülkiyyət və sahiblik hüquqlarını pozmağa yönəlmişdir. Qeyd edir ki, mübahisəli torpaq sahələrində atası Nümayəndə1 1995-ci ildə mağaza və çayxana tikərkən Cavabdeh1 12 yaşı, Cavabdeh2 isə 10 yaşı olmuşdur. Yəni cavabdehlərin həmin yaşlarda çayxana və ya mağaza tikmələri və bu tikililərin xərcini ödəmələri heç bir halda ağlasığan deyil. 180 kv.m.-dən ibarət çayxana, həmçinin mağaza və avtoyuma məntəqəsi atası Nümayəndə1 tərəfindən tikilmiş və ona məxsus olmuşdur. Bu tikililər "xxxx" kiçik müəssisəsi MMC-nin tərkibində olmuşdur, həmin müəssisənin təsisçisi isə atası Nümayəndə1dur. "xxxx" kiçik müəssisəsi MMC-nin nizamnaməsində digər payçılar da yoxdur. Müəssisənin adı da rəmzi olaraq onun adını daşıyır. Adından da görünür ki, müəssisə atasına məxsusdur və hazırda tərəfindən işlədilir. "xxxx" kiçik müəssisəsi MMC 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən qeydiyyata da alınmış və atası X11 müəssisənin qanuni təmsilçisi kimi müəyyən edilmişdir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" ASC X13 Şəbəkəsi” MMC-nin xx.xx.2014-cü ii tarixli arayışına əsasən "xxxx" kiçik müəssisəsi MMC-nin rəhbəri Nümayəndə1 məxsus Xarxatan kəndində yerləşən çayxana, mağaza və avtoyuma emalatxanasının elektrik təchizatı üçün "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü ii tarixli xx/xx-8541 (027849) saylı texniki şərtin 1.1-ci bəndinin yerinə yetirildiyi göstərilmişdir. Daha sonra elektrik təchizatının quraşdırılması üçün 40,59 və 460 manat xərclər müəyyən edilmiş və Nümayəndə1 tərəfindən ödənilmişdir. "Seyid-Nasir” kiçik müəssisəsi MMC-nin təbii qaz yanacağı ilə təmin edilməsi üçün də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təchizatının quraşdırılması təmin edilmiş və müvafiq xərclər Nümayəndə1 tərəfindən ödənilmişdir. Həm “Şirvan REŞ MMC, həm də “Azəriqaz” İB tərəfindən Nümayəndə1 müvafiq texniki şərtlər verilmiş və müqavilə bağlanmışdır. Yəni "xxxx" kiçik müəssisəsi MMC-nin tərkibində olan çayxana, mağaza və avtoyuma məntəqəsi illərdir ki, onların istifadələrindədir və çəkilən qaz və elektrik xətləri atası Nümayəndə1 adınadır. Çayxananın həyətində şirin su çıxmadığından atası Nümayəndə1 təxminən 500 metr uzaqlıqda, öz vəsaiti ilə quyu qazıb çayxanaya su xətti də çəkdirmişdir. 1995-ci ildə çayxananı tikdirdikdən sonra Nümayəndə1 öz vəsaiti hesabına çayxananın həyətində bağ salmış, ordakı ağacları əkib-becərmiş və onlara hər il qulluq etmişdir. Hesab edir ki, torpaqla bağlı mübahisənin həll edilməsi üçün onun tərəflər arasında naturada bölünməsi zəruridir. Məhkəmə baxış iclasında iddiaçılar iddia tələbini müdafiə edib, ekspert rəyi ilə razılaşaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Vəkil ayrı-ayrılıqda ekspert və mütəxəssis rəyləri ilə razı olmayıb iddianın təmin olunmamasını xahiş etmişlər. Cavabdeh2 ona təqdim edilmiş əlyazmanı nəzərədən keçirib əlavə olaraq göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə yzılmış əlyazma ona məxsusdur, həmin əlyazmada dükanı xx.xx.2013-cü il tarixdən 100 manat icarə haqqı ödəməklə qardaşı olan iddiaçı Namiqdən icarəyə götürdüyünü göstərsə də, əslində həmin tikilini onların ataları tikmiş, üç qardaş belə razılığa gəlmişlər ki, həmin tikilini qardaşı Namiq istifadə edəcək, əvəzində kərpiç sexi ona və digər qardaşına qalır. O, üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, qardaşı Namik yerinə yetirməmişdir. Atasının tikdirdiyi həmin tikililərlə bağlı məhkəmədə mübahisə qaldırmamışdır. Vəkil əlavə olaraq göstərmişdir ki, həmin rəylərdə torpaq sahələri bərabər olmaqla düz xətlə çəkilməli olduğu halda, çayxana və digər tikili olan sahə düz xətlə çəkilməmiş, mütəxəssis həmin torpaq sahəsini elə çəkmişdir ki, çayxana və digər tikili onun çəkdiyi torpaq sahəsinin daxilində olsun və bunun nəticəsində həmin torpaq sahəsi iddiaçılara ayrılsın. Bu hal qeyri bərabərlik yaradır. Bundan əlavə torpaq sahəsinin hər 1/5 hissəsi ayrı-ayrılıqda qiymətləndirlməlidir. Çünki, həmin hissələrdən birinin dəyəri digərindən dəyərindən qiymətli ola bilər. Bunlara cavab olaraq iddiaçı Nümayəndə1 bildirmişdir ki, qardaşlar arasında tikilinin özü tərəfindən istifadə ediləcəyi, əvəzində kərpiç sexinin digər qardaşına qalacağı ilə bağlı hər hansı bir razılıaşma olmamış, həmin tikililər onun vəsaiti hesabına tikilmiş, bir müddət həmin tikililəri ayda 100 manat olmaqla, qardaşı Bünyaminə icarəyə vermişdir. Buna görə də qardaşının göstərdiyi hallar əsassızdır. Vəkil dediklərinə gəldikdə isə bildirir ki, mütəxəssis çayxana və digər tikili olan sahəni düz xətlə ona görə çəkməmişdir ki, düz xətlə çəkdiyi halda, torpaq sahəsinin sərhədi faktiki olaraq üzün illərdir ki, faktiki olaraq istifadəsində olan və öz vəsaiti hesabına tikdirdiyi çayxana və digər tikilinin ortasından keçəcəkdir. Özü həmin tikililəri tikdirərək ətrafında ağaclar əkmiş, həmin ağaclar böyümüş, həmin ərazini əhatəyə almış, bu səbəbdən də, mütəxəsiss həmin tikililərin yerləşdiyi və ağacların bitdiyi 0,9274 ha torpaq sahəsinin 1/5 hissəsini, onun faktiki istifadə etdiyi əraziyə uyğun olaraq çəkmişdir ki, həmin tikililər və ağaclar ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 1/5 hissəsinin daxilində olsun. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1 və 3-cü şəxs X8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏDQİQ EDİLMİŞ SÜBUTLAR :
“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq **********3 və **********84 reyestr nömrəli Çıxarışların və “Torpaq sahəsinin planı və ölçüsü” adlandırılan sənədlərin surətlərindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən müvafiq olaraq 0,9274 ha və 0,2384 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3cü şəxs X1 ümumi birgə mülkiyyətlərindədir. "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin hüquqi ünvanı Lənkəran rayonunun Xarxatan kəndi, təsisçisi isə iddiaçı Nümayəndə1dur. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 17 may 1996-cı il tarixli 913 saylı sərəncamdan Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində - Şağlaser yolunun sol tərəfində “Göyərçin” Koorperativində kərpic sexi üçün ayrılmış torpağın istifadəsiz hissəsində "xxxx" kiçik müəssisəsinin tərkibində 80 kv.m. sahədə tikintisinə başladığı mağaza və çayxananın tikintisinin davam etdirilməsinə icazə verilmişdir. Tikinti başa çatdıqdan sonra şəhər dövlət vergi müffətişliyinə məlumat verilsin. 6 saylı Ərazi Vergilər İdarəsinin iddiaçı Nümayəndə1 verdiyi **********7 nömrəli arayışının surətindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən mağaza xx.xx.2016-cı ildə uçota alınmışdır. 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş sənədinin surətindən görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, VÖEN nömrəsi **********-dir, hüquqi ünvanı Lənkəran rayonunun Xarxatan kəndidir, təsisçisi və qanuni təmsilşisi iddiaçı Nümayəndə1dur. “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosunun 2012-ci ildə tərtib edilmiş cizginin surətindən görünür ki, həmin cizgidə Lənkəran rayonunun Xarxatan kəndində yerləşən "xxxx"-nin qazlaşdırırılması planı göstərilmişdir. “Azəriqaz” İB ilə iddiaçı Nümayəndə1 arsında başlanmış xx.xx.2012-ci il tarixli, 1939 nömrəli müqavilənin surətindən görünür ki, iddiaçı 151.44 manat ödəməyi, icraçı isə "xxxx"-nin qazlaşdırırılmasını öz öhdəsinə götürür. "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü ii tarixli 027849 nömrəli texniki şərtin surətindən görünür ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən "xxxx"-nin rəhbəri Nümayəndə1 məxsus Xarxatan kəndində yerləşən və gücü 7,5 kv.t İİİ kategoriyalı istehlakçı olan çayxana, mağaza və avtoyuma emalatxanasının 110/35/10 kv-luq Lənkəran-İ y/st-dan çıxan 10 kv-luq Pravda h/x-dən el.enerjisi ilə təchiz olunması üçün müvafiq tələblərin yerinə yetirilməsinə etiraz etmirlər. "xxxx" MMC ilə iddiaçı Nümayəndə1 arasında imzalanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2014-cü ii tarixli 027849 nömrəli texniki şərtə əsasən 110/35/10 kv-luq Lənkəran-İ y/st-dan çıxan 10 kv-luq Pravda h/x-dən qidalanan 10/0.4 kv-luq 250 kva transformatorun 0,4 kv-luq tərəfində 1 saylı fiderin 8 saylı d/beton dayağından budaqlanma götürülən nöqtədən balans mənsubiyyəti sərhədi sayılsın və həmin nöqtədən tələbatçıya sarı 80 metr 380 v-luq kabel xətti və işlədicilər çayxana, mağaza və avtoyuma emalatxanasının sahibi Nümayəndə1 balans mənsubiyyətinə daxil edilsin. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiaçı Nümayəndə1 verdiyi xx.xx.2022-ci il tarixli arayışından görünür ki, o, Lənkəran rayonunun Xarxatan kəndində yaşamaqla həmin kənddə çayxana, mağaza və avtoyuma məntəqəsi vardır. Hal-hazırda onlar fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixli, 11849 nömrəli qəbzin surətindən görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı Nümayəndə1 DƏDK və RPHŞ 10 saylı Əİ-nin hesabına 95 manat ödəniş etmişdir. Lənkəran rayonu Şağlaser Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 64 nömrəli arayışından görünür ki, Bələdiyyə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********84 reyestr nömrəli Çıxarışla İddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan 0,2384 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bələdiyyəyə məxsus torpaq sahəsindən girişinə etiraz etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8062 nömrəli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin (bundan sonra DƏDK və RPHŞ 10 saylı Əİ) xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2377/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********83 reyestr nömrəli Çıxarışla İddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,9274 ha (torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətdən avtomobil yolu ilə, şimal və qərb istiqamətdən təsərrüfatdaxili yol ilə sərhəd olması müəyyən olunmuşdur. Sözügedən 0,9274 ha (faktiki 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla (iddiaçı və cavabdehlərin faktiki istifadələrində olan tikililərin onların payına düşməsi şərtilə) texniki cəhətdən naturada bölünməsinin mümkün olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında torpaq sahələrinin planlı yerləşməsi və ölçüləri göstərilmişdir. Məhkəmə qeyd edir ki, 0,9274 ha (faktiki 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə (0,1819 ha) olmaqla naturada ayrılması planı işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində öz əksini tapmışdır. Qeyd olunan ekspert rəyində daha sonra göstərilmişdir ki, DƏDK və RPHŞ 10 saylı Əİ-nin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2377/2024 saylı mütəxəssis rəyində Lənkəran rayonu, Xarxatan kəndi ərazisində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********84 reyestr nömrəli Çıxarışla İddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən gediş-gəliş yolunun mövcud olmaması səbəbindən həmin torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla texniki cəhətdən naturada bölünməsinin mümkün olmaması müəyyən olunmuşdur. Ekspert tərəfindən qeyd olunur ki, Bələdiyyəyə məxsus torpaq sahəsindən gediş-gəliş yolunun verilməsinə dair Lənkəran rayonu, Şağlaser Bələdiyyəsinin razılığı nəzərə alınmaqla **********84 reyestr nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən Çıxarışda göstərilmiş və Lənkəran rayonu, Xarxatan kəndində yerləşə 0,2384 ha kənd təsərrüfatı, təyinatlı torpağı həmin torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla texniki cəhətdən naturada bölmək texniki cəhətdən mümkündür. DƏDK və RPHŞ 10 saylı Əİ -nin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2377/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqiarın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********83 reyestr nömrəli Çıxarışla İddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,9274 ha (faktiki 0,91 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində çayxana və mağaza tikilisinin (bir damın altında yerləşən) və köməkçi tikilinin (anbarın) mövcud olması müəyyən olunmuşdur. Sözügedən çayxana və mağaza tikilisinin faktiki olaraq iddiaçılar Nümayəndə1 və İddiaçı2 istifadəsində olması, köməkçi tikilinin (anbarın) isə faktiki olaraq cavabdehlərin istifadəsində olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı avtoyuma məntəqəsinin isə sözügedən torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********84 reyestr nömrəli Çıxarışla İddiaçı2 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində isə tikilinin mövcud olmaması müəyyən olunmuşdur. DƏDK və RPHŞ 10 saylı Əİ-nin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2377/2024 saylı mütəxəssis rəyinə əsasən, qeyd olunan 0,9274 ha (faktiki 0,91 ha) torpaq sahəsinin tikililər (çayxana və mağaza tikilisi) də daxilində olmaqla mülkiyyətçilərindən biri olan İddiaçı2 düşən 1/5 hissə üzrə naturada ayrılması texniki cəhətdən mümkündür. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspetiza xərci 50 manat təşkil eləyir. Məhkəmə eklspert rəyinə əsasən Bələdiyyəyə məxsus torpaq sahəsindən gediş-gəliş yolunun verilməsinə dair Lənkəran rayonu, Şağlaser Bələdiyyəsinin razılığı nəzərə alınmaqla **********84 reyestr nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən Çıxarışda göstərilmiş və Lənkəran rayonu, Xarxatan kəndində yerləşə 0,2384 ha kənd təsərrüfatı, təyinatlı torpağı həmin torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə olmaqla texniki cəhətdən naturada bölməsi mümkün olduğunu nəzərə alaraq bölgü variantının sxematik planının məhkəməyə təqdim edilməsi üçün qərardad qəbul edib icra oluması üçün DƏDK və RPHŞ 10 saylı Əİ-nə göndərmişdir. Oradan daxil olmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş planda 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin hər birinin payı 1/5 hissədə (0,04768 ha) olmaqla naturada ayrılması variantı öz əksini tapmışdır. “xx.xx.2013” başlığı altında olan əlyazmadan görünür ki, Cavabdeh2 qardaşı olan iddiaçı Nümayəndə1 məxsus dükanı xx.xx.2013-cü il tarixdən icarəyə götürür və 100 manat icarə haqqı vermədiyi anadan və ya icarə müddəti bitdikdən sonra dükanı boşaldır. İcarə razılaşması 01 il müddətə bağlanmışdır. Məhkəmə qeyd edir ki, işdə olan digər sənədlər işin həllinə təsir olmadığından, onların tədqiqinə zərurət yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ:
Məhkəmə iddiaçıların, məhkəmə iclasına gəlmiş cavabdehin və digər cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mütəxəssis rəyləridə göstərilmiş bölgü planını, ekspertiza rəyini nəzərə alaraq, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İlk növbədə məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı verməyə subyektiv hüquqlarının olub-olmadığını araşdırmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə1 hazırki iddianı verməyə subyektiv hüququ olmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, mübahisələndirlən torpaq sahələrinin mülkiyyətçiləri İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs X2r. İddiaçılardan Nümayəndə1 isə həmin torpaq sahələrinin mülkiyyətçisi deyildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarınau yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.... Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi 02 sentyabr 2000-ci ildə vəfat etmiş A.Mövsumovun vərəsəsi kimi onunla nikahda olmuş Z.Həsənovanın iddiasının təmin olunmasına dair 30 noyabr 2006-cı il tarixdə qətnamə çıxardıqda, sonuncunun MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. M.Bağırov isə iddia edir ki, Z.Həsənova ilə A.Mövsumov arasında bağlanmış nikah ləğv edilmişdir. Belə ki, əvvəlki MM-in 24 və 26-cı, qüvvədə olan MM-in 49.1-ci maddələrinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. "xxxx" MTK-nın, yəni hüquqi şəxsin Nizamnaməsinin 51 və 55-ci bəndlərinə əsasən isə kooperativin ali orqanı ümumi yığıncaqdır. Yığıncaqlararası dövrdə idarəçiliyi kooperativin idarə heyəti keçirir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən və nizamnaməyə müvafiq olaraq kooperativin fəaliyyətinə görə məsuliyyəti heç bir halda M.Bağırov daşımır, ona görə ki, konkret olaraq bu işdə iddia tələbi hüquqi şəxsin vəzifələrinə aiddir və idarə heyətinin sədri kimi fiziki şəxs M.Bağırovla bağlı deyildir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Nümayəndə1 mülkiyyətində olmayan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsinə dair tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia, Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair hissəsində təmin edilməməlidir. Digər İddiaçı2 gəldikdə məhkəmə hesab edir ki, onun hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Belə ki, yuxarıda qeyd olundu ki, o, paylarının müəyyən edilməklə naturada bölünməsi tələb olunan torpaq sahələrinin mülkiyyətçilərindən biridir. Onun cavabdehlərə qarşı iddia tələbinə qiymət verərək məhkəmə qeyd edir ki, həmin hissədə onun iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışlardan məlum olur ki, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən müvafiq olaraq 0,9274 ha və 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçı X10, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs X3 ümumi birgə mülkiyyətlərindədir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 17 may 1996-cı il tarixli, 913 saylı sərəncamından, Vergilər İdarəsinin qeydiyyat sənədlərindən, "xxxx" kiçik müəssisəsi MMC-nin Nizamnaməsindən, habelə Qaz və İşıq idarələrinin sənədlərindən məlum olur ki, mübahisəli 0,9274 ha torpaq sahəsində olan çayxana və mağaza "xxxx" kiçik müəssisəsi MMC-yə məxsusdur və həmin müəssisənin rəhbəri iddiaçı Nümayəndə1dur. Lakin iddiaçıların istinad etdikləri avtoyuma məntəqəsi qeyd olunan torpaq sahəsinin hüdudlarında deyil, onun hüdudlarından kənarda yerləşir. Nümayəndə1, özünə məxsus çayxana və mağazadan digər iddiaçı olan oğlu İddiaçı2 tərəfindən istifadə etməsnə etiraz etmir. Onlar bərabər olaraq həmin obyektlərdən istifadə edirlər. Yuxarıda qeyd olunanlarla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə iclasında müəyyən olundu ki, yuxarıda qeyd olunmuş torpaq sahələrinə mülkiyyət hüququ təsdiqləyən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışlar mövcuddur və onlar qüvvədədirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, birgə mülkiyyətçilər arasında payların müəyyənləşdirlməsi ilə bağlı razılaşma əldə olunmamışdır. Buna görə də iddiaçılar məhkəməyə müraciət etmişlər. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-ci maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, mübahisə predmetinə aid, ümumi birgə mülkiyyətində olan torpaq sahələrində mülkiyyətçilərin payları müəyyən edilməklə, həmin paylar məhkəmə qaydasında naturada bölünərək ayrılmalıdır. Qeyd olunan torpaq sahələrində cavabdehlərin, 3-cü şəxsin və iddiaçının hər birinin 1/5 hissədə paylarının olması nəzərə alınmaqla, İddiaçı2 atası Nümayəndə1 ilə birlikdə faktiki istifadəsində olan, xx.xx.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş varianta, yəni, “iddiaçı Nümayəndə1 istifadəsində olan çayxan və mağaza (bir dam altında yerləşir)” sözləri ilə işarələnmiş torpaq sahəsinin bir hissəsi, cavabdehlərin faktiki istifadələrində olan, “Cavabehlərin istifadəsində olan köməkçi tikili (anbar)” sözləri ilə işarələnmiş torpaq sahəsinin bir hissəsi və daha iki hissəsi, 3-cü şəxsin torpaq sahəsinin bir hissəsi, xx.xx.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş varianta torpaq sahəsinin bir hissəsi iddiaçının, 3 hissəsi cavabdehlərin, bir hissəsi isə 3-cü şəxsin payları olaraq naturada ayrılmalıdır. Qeyd olunan hissələrinin faktiki olaraq tərəflərin bəzilərinin ayrıayrılıqda istifadələrində olduğundan, habelə mütəxəssis və məhkəmə ekspertizasının rəylərinin nəticələri nəzərə alınmaqla mübahisəli torpaq sahələrinin onlar arasında bölünməsinin ən münasib və əlverişli variantı kimi həmin sxemlərdə göstərilmiş payın naturada bölünərək ayrılmaqla tətəflərə verilməsi qanunauyğun hesab edilir. Məhkəmə hesab edir ki, İddiaçı2 "xxxx" MMC-yə məxsus avtoyuma məntəqəsinin naturada ona düşən pay torpaq sahəsinə daxil edilməsinə dair tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, həmin avtoyuma məntəqəsi naturada payların müəyyən edilməsi tələb olunan torpaq sahələrinin hüdudlarından kənarda yerləşir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan torpaq sahələrinin naturada bölünərək ayrılmasının mümkünlüyü ilə əlaqədar yarandığını, iddia tələbinin İddiaçı2 münasibətdə qismən təmin edildiyini, habelə işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci cavabdehlərə aid edilməli və onlardan müştərək qaydad tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə eləcə də hesab edir ki, iddia, iddiaçı Nümayəndə1 münasibətdə təmin edilmədiyindən, onun tərəfindən DƏDK və RPHŞ 10 saylı Əİ-nin hesabına ödənilmiş 95 manat onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
NƏTİCƏ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qətetdi:
İddia qismən təmin edilsin. Lənkəran rayonu, Xarxatan kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş - reyestr nömrəsi **********83 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışında göstərilən 0,9274 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs X1 hər birinin payı 1/5 hissədə müəyyən edilsin və İddiaçı2 düşən 1/5 hissə, faktiki onunla atası Nümayəndə1 istifadəsində olan, xx.xx.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş variantda, “iddiaçı Nümayəndə1 istifadəsində olan çayxana və mağaza (bir dam altında yerləşir)” sözləri ilə işarələnmiş bir hissəyə uyğun olaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 düşən hissə, faktiki onların istifadələrində olan, “Cavabehlərin istifadəsində olan köməkçi tikili (anbar)” sözləri ilə işarələnmiş bir və digər iki hissəyə uyğun olaraq, 3-cü şəxs X4 isə bir hissəyə uyğun payları bölünərək ayrılsın. Lənkəran rayonu, Xarxatan kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş - reyestr nömrəsi **********84 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışında göstərilən 0,2384 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs X1 hər birinin payı 1/5 hissədə müəyyən edilsin və həmin torpaq sahəsi, İddiaçı2 düşən 1/5 hissədə, xx.xx.2025-ci il tarixli mütəxəsis rəyindəki sxemdə (bölgü planında) göstərilmiş variantda torpaq sahəsinin bir hissəsinə uyğun olaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 düşən hissələrə və 3-cü şəxs X5 isə bir hissəyə uyğun olaraq naturada, təcrid şəkildə bölünərək ayrılsın. İddia, Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair, eləcə də İddiaçı2 "xxxx" MMC-yə məxsus avtoyuma məntəqəsinin naturada ona düşən pay torpaq sahəsinə daxil edilməsinə dair hissələrində təmin edilməsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid edilsin və onlardan müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İddiaçı Nümayəndə1 DƏDK və RPHŞ 10 saylı Əİ-nin hesabına ödənilmiş 95 manat onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X16