Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-55/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı «pul və mənəvi ziyan» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi verərək, Cavabdeh2 2500 manat, Cavabdeh1 oğlundan isə 2000 manat ziyan pulu və hər iki cavabdehdən müştərək qaydada 3000 manat mənəvi ziyan pulu və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin iyun ayının sonunda Lənkəran rayonunun Şağlaser kəndində özünə məxsus evində tikinti-təmir işləri görmək qərarına gəlmiş, həmin vaxt rayon mərkəzinin «Ləvəngi» adlanan ərazisində yerləşən «Ağlay» daş sexinə gedib sexin müdiri kimi özünü təqdim edən Əflatun adlı şəxslə görüşmüş, ona evinin ətraf divarını bir metr hündürlüyündə ağlay daş vurmaq istədiyini bildirmişdir. Əflatun ona daşları göstərmiş və bir kvadratın qiymətinin 5-6 manatdan başlanmasını, 25 manata qədər olmasını bildirmişdir. O Əflatundan bir kvadratı 10 manata olan daşdan 100 kvadrat metr istəmişdir. Əflatuna daşların səhər gələcəyini və dəqiq nə qədər daş lazım olacağını deyəcəyini bildirmişdir. Eyni zamandan Əflatundan daşların vurulması üçün bir usta verməsini demişdir. Əflatun ona rayonun Sinovli kəndində yaşayan Ziyad adlı ustanı telefon nömrəsini vermişdir. Onun yanında usta Ziyad ilə söhbət etmiş, Ziyad ona axşamüstü evinə gələcəyini və işə baxacağını bildirmişdir. Ziyad evinə gəlmiş, evə baxdı və onunla birlikdə nə qədər daş istifadə olunacağını hesablamışdır. Ziyad daşın hər bir kvadrat metrinin hörülməsinə 7 manat alacağını bildirmişdir. Ona daşı divara vuracağını, sonda daşları yonub hamarlayacağını və lak vuracağını demişdir. Həmçinin Ziyad «sokolun hər bir metri (paqon) üçün 6 manat, pəncərə karnizin hər metri (paqonu) üçün 6 manat və pəncərə yanı və sokolüstü «şapka»nın hər paqon metrini 0,5 paqon ilə, yəni karnizin və ya sokolun yarı qiyməti ilə vuracağını bildirmiş və o da Ziyadla razılaşmışdır. Ona evin tinlərini kalon vuracağını, buna görə 35X35 ölçüdə daş alacağını demişdir. Ziyad kalonu paqon metri ilə 7 manata vuracağını bildirmiş və o da Ziyadla razılaşmışdır. Səhər yenə daş sexinə getmiş və Əflatun ilə görüşmüşdür. Ona 80 kvdrat metr daş - 40 kvadrat 30X35, 22 kvadrat 35X35 və 40 kvadrat 35X75 ölçüdə kitab şəkilli daşlar, 52 metr sokol və pəncərə karniz və yanlıqlarını sifariş etmişdirHəmin vaxt Əflatun ona təklif etmişdir ki, 10 manatlıq daşlarda palçıq çuxurlar, ləkələr və ya xətlər olur. Həmin daşları evin divarlarına vurmuq məsləhət deyil. Həmin qiymətdə daşları yerə vururlar. O ona bir kvadratını 15 manata eyni rəngli daşlar verəcəyəni demişdir. Sonra da ona kvadratı 15 manat olan ağ daşlar göstərmiş və daşlar üzərində heç bir ləkə, iz və ya palçıq çuxurları olmayacağını bildirmişdir. O da Əflatunla razılaşmışdır. Həmin vaxt Əflatuna 1000 manat pul da vermişdir. Bir neçə gündən sonra Əflatun daşın bir hissəsini göndərmişdir. O usta Ziyadı çağırmış, usta Ziyad daşları boşaltmışdır. O Ziyaddan daşların keyfiyyətini soruşmuş, o da daşların yaxşı olduğunu, daşların ona ona ucuz satıldığını, başqasına bir kvadratını 18 manatdan satıldığını demişdir. O usta Ziyada bildirmişdir ki, onun Əflatunla bu barədə söhbətimiz olmuşdur ki, əgər daşlar eyni rəngdə olmasa geri qaytaracaqdır. Ziyada da dedi ki, o daşların keyfiyyətini bilir. Uzun müddətdir ki, bu işlə məşğul olur. Əgər daşların keyfiyyəti pis olsa, kənara qoyur. Daşların keyfiyyətinə o tam cavabdehdir. Ziyad da onunla razılaşmışdır. O Ziyada da 500 manat pul verib Bakı şəhərinə qayıtmışdır. Bir həftədən sonra yenə bazar günü rayona evə gəlmiş və Ziyadın işləməsini görmüşdür. Artıq nəzərdə tutulan işi keyfiyyətlə görməsini tapşırmış və Əflatunla görüşüb ona evin 1-ci mərtəbəsini daşla hörəcəyini və ona əlavə daş verməsini bildirmişdir. Əflatun da bundan imtina etməmişdir. Bundan sonra Bakı şəhərinə qayımışdır. Əflatun da ona həmin ölçüdə daşlar göndərmiş və usta Ziyad daşları divara vurmuşdur. Həmçinin 53 metr 5X12 ölçüdə karniz də göndərdi. Bir müddətdən sonra, yəni xx.xx.2018-ci il tarixdən məzuniyyətə çıxıb rayona qayıtmışdırb. Artıq usta Ziyad işin bir hissəsini qurtarmışdı. O pilləkən qarşısında olan daşların az hissəsinə su vurub yumuş və hörülmüş daşlara baxmışdır. Bəzi daşlarda palçığın olmasını, ustanın onları təmizləyib kley vurmasını və bir neçə daşın üstündə qara xətlər olmasını görmüşdür. O usta Ziyda üstündə palçıq çuxurlar və qara xətlər olan daşları göstərib onları nə səbəbə divara vurmasını soruşmuş, Ziyad da ona daşlar yonandan sonra qara xətlərin itəcəyini bildirmişdir. Həmin vaxt pilləkən qarşısında olan daşları su vurub yumaq istəmiş, lakin Ziyad ona tapşırmışdır ki, daşlara su vurmasın, yoxsa daşların qurumayacaqdır. Bir neçə gündən sonra evin birinci mərtəbəsinin daşla hörülməsi qurtarmış, o Ziyaddan gördüyü işin qiymətini soruşmuşdur. Səhəri gün usta Ziyad ona gördüyü işinə görə ona 2967 manat pul verməli olduğunu bildirmiş, ona bir kağız vermişdir. O kağıza baxıb usta Ziyadın sokol işini üç dəfə və evin tinlərini paqon ilə hesablamağını görmüş, ona bu barədə bildirdikdə, bunu səhv etməsini və həmin hesabdan 450 manat pul çıxdığını demişdir. Həmin gün usta Ziyada evin birinci mərtəbəsinə görə 1000 manat olmaqla, cəmi 2500 manat pul vermişdir. Usta Ziya axşamüstü evə gedərkən ona işin axırında görülən işləri yenidən hesablayacağını bildirmişdir. O da ona işini keyfiyyətlə təhvil alacağını bildirmişdir. Bundan sonra o Ziyadın bu sözündən şübhələnmiş və onunla ilkin söhbətdə yazdığı qeydlərə baxmışdır. Həmin kağızda usta Ziyadla karniz üstü, sokol üstü və pəncərə yanlıqların 0,5 paqon metri ilə razılaşdığını, lakin həmin vaxt ona bu barədə heç nə demədi. Bundan sonra o evin 2-ci mərtəbəsini kərpic kabançik vurmaq istəmiş, lakin usta Ziyad və Əflatun ona ağ daş vurmağı məsləhət gördülər. Əflatun lazım olan keyfiyyətdə eyni rəngdə 100 kvadrat daşı,165 metr karniz verəcəyini bildirdi. O Əflatunla onunla razılaşmışdır. Bundan sonra Əflatun daşları hissə-hissə göndərməyə başladı. Usta Ziyad isə daşları divara hörür və ona də daşları yumağa qoymurdu. İşin son günlərində axşamüstü daşlara su səpib yumağa başlamış, həmin vaxt daşların üzərində palçıq dolu çuxurlar və bir-birinə paralel qara qara xətt və izlər olmasını görmüşdür. Səhəri gün usta Ziyada daşları göstərmiş, cavabında Ziyad ona demişdi ki, daşlar yonanda ləkələr gedəcəkdir. O Əflatunun artıq 7-8 manatlıq daşlar verməsini, daşların qalınlığının 3 sm olmalı olduğu halda 2,5 sm olmasını bildirdi. Usta Ziyad isə ona «Əflatun öz işini yaxşı bilir, onun xeyri də budur, bir də ki, gözlərinizə aşiq olmamışdır ki, bütün daşları eyni rəngli versin». O da Ziayda demişdir ki, söz danışığdan keçir. Sənə daşların keyfiyyətini tapşırmışam. Sən niyə keyfiyyətsiz daşları divara vurursan? Niyə keyfiyyətsiz daşları kənara qoymursan?» Ziyad isə ona «mən daşları kənara qoya bilmərəm. Əflatun biləcəkdir ki, mən daşları kənara qoymuşam və sonra mənə iş verməyəcəkdir. Əflatun məni çörəkdən edəcəkdir» demişdir. O Ziyada Əflatunla əlbir olmalarını dedi. Ziyad yenə ona dedi ki, onun Əflatun ilə münasibəti yoxdur, aralarında narazılıq vardır. O isə Ziyada yalan danışmasını bildirdi. Çünki Ziyadın hərdən gizilincə telefonda onlarla danışmasını görürdü. Ona keyfiyyətsiz daşları kənara qoymağı və onun tərəfindən daşların ayrılmasını Əflatuna deməsini tapşırdı. Bundan sonra o hər gün usta Ziyada dəfələrlə keyfiyyətsiz daşları divara vurmasına görə irad tutaraq, yararsız daşları kənara qoymağı və geri qaytaracağını bildirirdi. Lakin usta Ziya daşları divara vururdu və daşları yonanda izlərin itəcəyini deyirdi. Həmin vaxtlarda o 80 ədədə yaxın 35x75 sm ölçüdə daşları geri qaytardı. Özü də daş sexinə getdi. Əvvəlcədən Əflatuna gələcəyini desə də, Əflatun sexdən çıxıb getmişdi. Onun sexində yazı işlərinə aparan köməkçisinə Əflatuna keyfiyyətsiz daşlar göndərməsini və bu barədə ona deməsini tapşırdı. Özü də sonra Əflatuna zəng edib keyfiyyətsiz daşların göndərməməsini bildirdi. Avqust ayının əvvəlində usta Zada işi tez qurtarmasını və ayın sonunda Bakı şəhərinə qayıdacağını bildirdi. Lakin usta Ziyad özü ilə əlavə bir usta və bir fəhlə gətirsə də, 100 kvadrat daşı və 165 metr qarnizi 30 günə hörməklə işi 05 sentyabr 2018-ci il tarixdə qurtardı. O isə 27-də Bakı şəhərinə qayıdarkən usta Ziyada işini qurtardıqdan sonra zəhmət haqqını hesablamasını, bu dəfə paqon metrinin 0,5 ilə hesablamağı unutmamasını bildirdi. Ziyad sözlərini eşitdi, lakin heç bir söz demədi. Həmin vaxta kimi ona 3.500 manat pul verib. Sentyabr ayının 5-də isə Ziyad evin divar daşlarını bir neçə saata yonub həyətdən çıxıb getmişdi. Sonra də telefon ilə ona görülən işlərin qiymətini göndərmişdi. Lakin işini ona təhvil vermədi. O apardığı hesabılaşmaya oaxdım. Onun pəncərə yanlıqları, karniz və sokol üstü şapkaların hər bir metri üçün 5 manat hesablamasını gördü. Aralarında olan razılığı əsasən şapka və pəncərə yanlarının hər paqon metrəsi 0,5 ilə yəni karnizin və sokolun yarı qiyməti ilə hesablanmalı idi. Həmçinin usta Ziyad aralarında olan razılığa əsasən daşın laklanması işini görməli idi. Lakin usta Ziya daşın laklanmasını işini görmədi. Buna görə başqa bir şəxsə 300 manat pul verib divarın daşlarına lak vurdurmuşdur. Daşlar yuyulub laklanandan sonra divara vurulan daşların xeyli hissəsinin keyfiyyətsiz olması, yəni üzərində qara, sarı xətlər və palçıq çuxurlar olması aşkar olundu. O bu barədə usta Ziyada və daş sexinin müdiri Əflatuna öz iradlarını bildirdi və həmin daşların sökülüb yerinə yeni çaşların vurulmasını tapşırdı. Həmin vaxt sex müdiri Əflatunu həyətə çağırıb, divarda olan daşlara baxdı. Özü də daşların keyfiyyətsiz olmasını gördü və ona daşların zərinə rəng vurmasını təklif etdi. O isə onun təklifini rədd etdi. Sonra Əflatun lazımı işləri görəcəyini bildirdi. Bir neçə gündən sonra usta Ziyad yoldan keçərkən onu görüb həyətə gəldi. Ona divarda hördüyü keyfiyyətsiz daşları göstərdi. O, da ona Əflatunun həmin daşları göndərməsini dedi. Ona görə də ona daşları söküb təzədən divarı hörməsini bildirdi. Lakin nə Əflatun, nə də usta Ziyad öz öhdəliklərini yerinə yetirməmişlər. Bu gün isə daşların üzərində olan əkələr bir az də dərinləşir və bu da daşların keyfiyyətsiz olmasını dəlalət edir. Bununla Əflatun və Ziya əlbir olub ona xeyli ziyan vurublar. Bununla, o 250 kvadrat metr daş (1 kvadratı 15 manat, 35x75 sm), 165 metr karniz (1 metri 7 manat, 12x6 sm), 52 metr sokol (bir metri 8 manat 12x6 sm) və 24 metr (bir metri 8 manat, 12x6 sm) pəncərə altı karniza görə Əflatuna 5000 manat pul vermişdir. Sonra da usta Ziyada üç dəfəyə cəmi 3500 manat pul vermişdir. O daş sexinin müdiri Əflatunla daşın hər bir kvadrat metri üçün (eyni rəngli daşlara görə) 15 manata razılaşmışdır. Lakin Əflatun aralarında olan razılaşmanı pozaraq 150 kvadrat metr (hər bir kvadratı 7 manat olan) keyfiyyətsiz daş, 250 metr (hər bir metri 3 manat olan) keyfiyyətsiz daşdan karniz və sokol, 24 metr (bir metri 4 manat olan) keyfiyyətsiz pəncərə altı göndərmişdir. Həmçinin daşların qalınlığı 3 sm olmalı olduğu halda, 2,5 sm olmuş, karnizlərin ölçüsü 12 sm x6 sm olmalı olduğu halda 11 sm x 5 sm olmuşdur. Bununla daş sexin müdiri Əflatun ona 2000 manat zərər vurmuşdur. Usta Ziyadla isə aralarında olan razılığa görə yuxarıda göstərilən qiymətlərlə razılaşmışdır. Həm də usta Ziyada daşların keyfiyyətinə tam cavabdeh şəxs olmasını və evin tinlərini kalon vurmağı bidirmiş, o da bunu öhdəsinə götürmüşdü. Lakin usta Ziya daş sexin müdiri Əflatun ilə əlbir olub, hər bir kvadratı 7 manat olan 150 kvadrat keyfiyyətsiz daş, 250 metr (hər bir metri 3 manat olan) keyfiyyətsiz daşdan karniz və sokol, 24 metr (hər bir metri 4 manat olan) keyfiyyətsiz pəncərə altını qəbul edib divara vurmuşdur. Həmçinin evin tinlərini kalon vurmamış və evin dizaynına ziyan vurmuşdur. Ziyada bu bardə dəfələrlə iradını bildirsə də, Ziyad onun göstərişlərini yerinə yetirməmişdir. Həmçinin göstərilən işləri görmək üçün 350 manat dəyərində (bir kisəsi 5 manat) Mətanət sementi, 300 manat dəyərində daş kleyi və 300 manat dəyərində lak istifadə olunmuşdur. Bununla da, usta Ziyad gördüyü keyfiyyətsiz işinə görə ona cəmi 2500 manat zərər vurmuşdur. Usta Ziyad və sex müdiri Əflatun əvvəlcədən onun daşın keyfiyyətindən anlamadığını bilib, işin gedişatında öz aralarında razılaşaraq ona keyfiyyətsiz daşlar göndərilmiş və usta Ziyad isə həmin daşları divara vurmuşdur. Bundan başqa, usta Ziyad ilə ilk söhbətində pəncərə yanlıqlarını, karniz və sokol üstü şapkaları 0,5 «paqon»la, yəni paqonun yarı qiymətinə vuracağını bildirmişdi. O isə ona pəncərə yanlığının pəncərə karnizinə daxil olmasını dedi və buna öz etirazını bildirdi. O, isə ona pəncərə yanlığının karnizin yarı qiyməti ilə (0,5 paqonla) vurulmasını dedi və o onunla razılaşdı. Bu barədə öz kağızında qeyd etdi. Həmçinin sokol və karnizüstü şapkanı da sokol və karnizin hər metrəsinin yarı qiyməti ilə nesablanmasını dedi. Bu qiymət bütün daş ustaları tərəfindən qəbul edilmişdir. Lakin usta Ziyad işin sonunda sokol, karniz üstü və pəncərə yanlıqlarının hər bir metrəsini 3 manat yox, 5 manat hesablamış və bununla ondan əlavə 679,65 manat pul tələb etmişdir. Həmçinin məbəx pəncərəsinin karniz və yanlıqlarını iki dəfə hesablamaqla 50 manat artıq hesablamışdır. Bundan əlavə əvvəlcədən daşın laklanmasını öhdəsinə götürsə də, sonda lakı vurmaqdan imtina etmiş və o 300 manat başqa şəxsə verib daşın lakını vurdurmuşdur. Ziyad isə həmin 300 manatı da hesabdan çıxmamış və oununla da ondan əlavə 1010 manat pul tələb etmişdir. Halbuki, onun gördüyü işin ümumi qiyməti 3833,12 manat olmuş və işin qurtarmasına 10 gün qalmış usta Ziyada 3500 manat vermişdir. Usta Ziyad pəncərə yanlıqları, sokol və karniz üstü şapkaları üçün 679,65 manat artıq hesablamış, 300 manat lak pulunu, cəmi 979,12 manatı hesabdan çıxmamışdır. Həmin 1010 manat puldan 979,12 manat çıxdıqda, ona 30,88 manat borcum qalmış, lakin mətbəx pəncərəsinin karniz və pəncərə yanlıqlarına görə əlavə hesabladığı 50 manatı çıxdıqda usta Ziyad mənə 17,12 manat pul qaytarmalıdır. Usta Ziyad bu günə kimi işini ona təhvil verməmişdir. O, gördüyü işinin keyfiyyətsiz olmasını bilmiş və işi qəbul etməyəcəyindən qorxmuşdur. Bu səbəbdən ona heç bir şərt qoymadan işini təhvil almağım üçün gördüyü işin qiymətini əsassız şişirtmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilən hallara uyğun çıxış etmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlu iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunanları cavabdehlərin izahatları və iş materiallarında olan sənədlərlə qarşılıqlı şəkildə araşdırıb, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçıla Cavabdeh2 arasında fasad daşlarının alqı-satqı müqaviləsi, Cavabdeh1la isə həmin fasad daşlarının quraşdırılması ilə bağlı podrat müqaviləsi bağlanmışdır. İddiaçıla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzlük daşları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə onun dəyərini ödəməlidir. İddiaçıla Cavabdeh1la bağlanmış podrat müqaviləsinə əsasən sonuncu iddiaçı tərəfindən alınmış fasad daşlarını iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırmağı, iddiaçı isə görülmüş işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh2 tərəfindən ona lazımi keyfiyyətdən aşağı keyfiyyətdə olan malın satıldığını və buna görə də Cavabdeh2 tərəfindən ona vurulmuş ziyanın ödənilməsini, Cavabdeh1 tərəfindən isə alınmış üzlük daşların tikinti-texniki normalarına uyğun vurulmadığını və buna görə də Cavabdeh1 tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iddianın «Cavabdeh2 2500 manat ziyan pulunun tutularaq iddiaçıya ödənilməsi» hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581-ci maddəsinə görə: 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 586-cı maddəsinə əsasən; 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. Həmin Məcəllənin 587-ci maddəsinə görə: 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:https://eqanun.az/framework/46944 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Qeyd olunan hquq normalarının tələbi baxımından hazırki işin hallarına qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 tərəfindən qüsurlu fasad daşlarının verildiyini bildirsə də, tərəflər arasında konkret olaraq hansı növ daşların verilməsinə dair müqavilənin şərtləri və cavabdehin bu şərtlərə əməl etməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, satıcı razılaşdırılmış yüksək keyfiyyətli mallardan daha aşağı keyfiyyətli malların verilməsinə görə o vaxt məsuliyyət daşıyır ki, alıcı yüksək keyfiyyətli malların verilməsi ilə bağlı satıcı ilə razılığa gəlindiyi sübuta yetirmiş olsun. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırki işin hallarından müəyyən olunur ki, İddiaçı yüksək keyfiyyətli fasad daşlarının verilməsi ilə bağlı satıcı ilə razılığa gəlindiyi təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, təqdim edilmiş yazılı sənədlərdə və qaimə-fakturalarda isə bunu təsdiq edən hər hansı hal mövcud olmamışdır. Cavabdeh isə məhkəmə iclasında məhz iddiaçı ilə razılaşdırılmış keyfiyyətdə fasad daşlarının ona satıldığını bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia «Cavabdeh2 2500 manat ziyan pulunun tutularaq iddiaçıya ödənilməsi» hissəsində əsassızdır. Məhkəmə iddianın «Cavabdeh1 oğlundan 2000 manat ziyan pulunun tutularaq iddiaçıya ödənilməsi» hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən: 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 763-cüm maddəsinə əsasən: 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. X1 tərəfindən fasad daşlarının tikinti-texniki normalara uyğun quraşdırılıbquraşdırılmamasını müəyyən etmək üçün məhkəmənin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1760 №-li, 04 iyul 2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin fasadına vurulmuş üzlük daşların və daşların vurulması üçün çəkilən xərclərin ümumi dəyəri 12.881,0 manat müəyyən edilir. Baxış zamanı İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin fasadına vurulmuş üzlük daşlarının vurulmasında qüsurları olmadığı müəyyən edildi. Lkain fasadın bəzi yerlərində rənginin digərlərindən fərqli olduğu müəyyən edildi. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6102 №-li, 17 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin üzərinə aqlay daşlarının vurulmasında qüsurların olmadığını nəzərə alaraq, üzlük (ağlay) daşlarının təlimata və tikinti-texniki normalarına uyğun vurulduğu müəyyən edilir. Üzlük daşların üzərindəki ləkələrin, həmin daşların neçə fiiz təşkil etməsinin, daşlar üzərindəki məsamələrin sıxlığının, daşların neçənci növə aid olmasının və qüsurlara görə bazar qiymətinin müəyyən edilməsi tikintitexniki ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi ekpsert rəylərindən müəyyən olunur ki, iddiaçı- sirafrişçi İddiaçı məxsus fərdi yaşayış evinin fasad hissəsinə cavabdeh - X1ov tərəfindən fasad daşlarının quraşdırılmasında hər hansı qüsura yol verilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddiaçı Rəsul Hüsesynovun onunla Cavabdeh1 arasında bağlanmış podrat müqaviləsi üzrə vurulmuş ziyanın ödənilməsi tələbi o halda əsaslı ola bilər ki, Cavabdeh1 müqavilə üzrə fasad daşlarının quraşdırılmasında qüsur mövcud olsun. Halbuki, təqdim edilmiş hər iki ekspertiza rəylərində fasad daşlarının quraşdırılması ilə bağlı hər hansı qüsurun olmadığı müəyyən edilir. Belə olan halda iddia «Cavabdeh1 oğlundan 2000 manat ziyan pulunun tutularaq iddiaçıya ödənilməsi» hissəsində də əsassızdır. Məhkəmə həmçinin iddianın məvəni ziyanın ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, mənəvi ziyan bilavasitə maddi ziyanla bağlı olduğundan və cavabdehlərin iddiaçıya hər hansı maddi ziyan vurması öz təsdiqini tapmadığından iddianın mənəvi ziyanın cavabdehlərdən müşrətək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsi də əsassız olmaqla, təmin edilməməlidir. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, təqdim edilən və məhkəmənin sorğusu əsasında əldə edilən sübutlar isə iddianın əsaslılığını təsdiq etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı «pul və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə onu qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 200(iki yüz) manat iddiaçıdan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı « cavabdehlər Cavabdeh2 2500 manat ziyan pulu, Cavabdeh1 oğlundan 2000 manat ziyan pulu və hər iki cavabdehdən müştərək qaydada 3000 manat mənəvi ziyan pulu» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri İddiaçı aid edilməklə, ekspertiza tədqiqatının dəyəri olan 200(iki yüz) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-55/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-55/2023
12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver