Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-564/2023 22.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı «torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə onların mülkiyyətlərinə verilmiş 0,21 hektar torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Lənkəran rayonu Şağlaser kəndində anadan olub və hal-hazırda da həmin ünvanda yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə 0,21 hektar torpaq sahəsi anası X3, qardaşı Cavabdeh və onun mülkiyyətinə verilmiş və bu hüququ təsdiq edən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-047 A, KOD ********) verilmişdir. O həmin torpaq sahəsinin ona aid olan hissəsində özünə fərdi yaşayış evi tikmək istəsə də, cavabdeh ona razılıq vermir. Yəni cavabdeh birgə mülkiyyətdə olan torpaq sahəsinin aralarında razılıq əsasında bölünməsinə maneçilik törədir və eləcə də, həmin torpaq sahəsindən istifadə edilməsinə imkan vermir. Odur ki, məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞİHB-nın Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Calalova X2 rayonun Şağlaser kənd qeydiyyatındadır və hal-hazırda həmin kənddə yaşayır. «Torpağın mülkiyyətə verilməsinə dair» JN 047A KOD 80224018 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən Lənkəran rayonu Şağlaser kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,21 ha torpaq sahəsi X3, Cavabdeh və X1 ümumi birgə mülkiyyətindədir. AZ-İ № 444723 saylı ölüm haqqında olan şəhadətnamədən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə belə nəticəyə gəlir ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN 047A KOD 80224018 №-li Şəhadətnaməyə əsasən Lənkəran rayonu Şağlaser kəndində 0,21 ha torpaq sahəsi X3, Cavabdeh və X1 ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında mülkiyyətçilərin payları müəyyənləşdirilməmişdir. Buna görə də Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbi baxımından mülkiyyətçilərin payları bərabərdir. Belə olan halda Lənkəran rayonu Şağlaser kəndində 0,21 ha torpaq sahəsində payı mövcuddur. Buna görə də iddia əsaslıdır və təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN 047A KOD 80224018 №-li Şəhadətnaməsinə əsasən Lənkəran rayonu, Şağlaser kəndində 0,21 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ üzrə 1/3 hissə payı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-564/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-564/2023
22.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver