Məhkəmə qərarları › İş №2(049)-575/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-575/2023

05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-575/2023 05.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İqtisadiyyat Nazirliyi Əmlak X7 yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış və mənim adıma verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, mərhum atası X6 12 noyabr 1997-ci il tarixində vəfat etmiş, onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyesterinin xx.xx.2008-ci i! tarixli ******* saylı çıxarışına əsasən şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Həmin ev Cavabdeh1 ilə mərhum atası Ələsgər Nəhmətovla nikaha daxil olmamışdan öncə tikilmişdir. Mərhum atası X6 1944-cü ildə mərhum anası Lənkəran şəhər sakini X2 ilə rəsmi nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşlar. Mərhum anası X4 03 aprel 1979-cu ildə vəfat etmişdir. Həmin nikahdan onların 24 may 1945-ci ildə Eldar, 01 fevral 1947-ci ildə Ramiz, 27 yanvar 1954-cü ildə Mübariz, 06 dekabr 1955-ci ildə Mədinə, xx xxxxxx 1957-ci ildə Aydın və 20 mart 1965-ci ildə Məlahət adlı 6 uşaqları olmuşdur. Həmin uşaqlardan Eldar 30 iyun 2017-ci ildə vəfat etmişdir. Məhrum anası X2 03 aprel 1979-cu il tarixdə vəfat edənə qədər, yəni 1960-cı ildə mərhum atam X6 ilə Cavabdeh1 faktiki nikah münasibətində olmuşdu. Lakin nikahlarıni 28 dekabr 1981-ci ildə rəsmiləşdirmişlər. Həmin nikahdan onların 24 avqust 1962-ci il tarixdə Gülnaz və 02 fevral 1975-ci ildə Elşən adlı 2 uşaqları olmuşdur. Elşən Nəhmətov 17 iyul 2003-cü ildə vəfat etmişdir. Mərhum atası Ələsgər Nəhmətovun birinci nikahdan olan uşaqları Ramiz, Mübariz, Mədinə və Məlahət mərhum atası Əliəskər Nəhmətovun sağlığında ailə həyatı quraraq birgə yaşayışdan ayrılaraq digər yaşayış yerlərinə köçmüşlər. Birinci nikahdan olan uşaqlar Eldar və o mərhum atası Ələsgər Nəhmətov ölən günə və öldükdən sonra da həmin evdə yaşayıblar və miras əmlakı faktiki olaraq qəbul ediblər. Mərhum atası Ələsgər Nəhmətovun ikinci nikahdan olan qızı X5 da onun sağlığında ailə həyatı quraraq Salyan rayonuna gəlin köçmüşdür. Mərhum atasının ikinci həyat yoldaşı Cavabdeh1 isə 2004-cü ilədək miras evdə yaşamışdır. Cavabdeh1 və X3 cavabdeh İddiaçı və qeyrilərinə qarşı miras mülkün vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran şəhəri, M.Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 72 hissəsinin (qalan 7 hissəsi Həsənova Hürnazın mülkiyyəti olduğundan mirasın kütləsinə daxil deyildir) vərəsələrin hər birinə qanunla çatası hissəyə müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia ərizəsində Lənkəran rayon məhkəməsinin 2(049)-6146/2017 saylı 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və mərhum X1 miras qalmış Lənkəran şəhəri, M. Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə vərəsələr Cavabdeh1 qızmın və İddiaçı Əliəskər oğlunun 3/9 hissədə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 1/9 hissədə paylan müəyyən olunmaqla vərəsələr arasında bölünməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehlərdən Cavabdeh1 öz adma Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış ahb və qətnaməyə əsasən 3/9 hissə ona pay düşmüşdür. Hesab edir ki, həmin paydan Cavabdeh1 3/9 hissə, Cavabdeh3 qızma və Cavabdeh4 1/9 hissədə payın müəyyən edilməsi əsassızdır, ona görə də Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış və onun adına verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilməlidir. Belə ki, etdiyi kimi, atasının birinci nikahdan olan uşaqları Eldar və o mərhum atası Ələsgər Nəhmətov ölən günə və öldükdən sonra da həmin evdə yaşayıblar və miras əmlakı faktiki olaraq qəbul ediblər. Cavabdeh3 və Cavabdeh4 isə atasının sağlığında ailə qurub həmin evdən köçmüşlər, yəni onlar mirası faktiki olaraq qəbul etməmişlər. Mərhum atasının ikinci nikahdan olan qızı X5 da onun sağlığında ailə həyatı quraraq Salyan rayonuna gəlin köçmüşdür. Mərhum atasının ikinci həyat yoldaşı Cavabdeh1 isə 2004-cü ilədək miras evdə yaşamışdır. Belə olan halda Lənkəran şəhəri, M. Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindən Cavabdeh1 3/9 hissə deyil, daha az, 1/9 hissə düşməli idi. Cavabdeh1 məxsus olan Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışı əldə edə bilmədiyi üçün iş materiallarına əlavə edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İqtisadiyyat Nazirliyi Əmlak X7 yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 233.4 kv.m olan fərdi yaşayış evi üzərində 3/9 hissədə Cavabdeh1, 1/9 hissədə Cavabdeh3, 1/9 hissədə Cavabdeh4, 1/9 hissədə Cavabdeh2 və 3/9 hissədə İddiaçı mülkiyyət hüquqları **********81-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. DƏDRX-ni 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmış Çıxarış verilməsinə əsas Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(106)-6146/2017 №-li qətnaməsi olmuşdur. Həmin məktuba əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(106)-6146/2017 №-li qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və X3 cavabdeh İddiaçı Əliəskər oğluna və qeyrilərinə qarşı miras mülkün vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 saylı fərdi yaşayış evinin 1/2 hissəsinin (qalan 1/2 hissəsi Həsənova Hürnazın mülkiyyəti olduğundan mirasın kütləsinə daxil deyildir) vərəsələrin hər birinə qanunla çatası hissəyə müvafiq olaraq bölünməsini xahiş etmiş və məhkəmənin adıçəkilən qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, mərhum X1 miras qalmış Lənkəran şəhəri, Müzəffər Nəsiri küçəsində, 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 139,9 kv.m yaşayış, 93,5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə vərəsələr Cavabdeh1 və İddiaçı Əliəskər oğlunun 3/9 hissədə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 1/9 hissədə payları müəyyən olunmaqla vərəsələr arasında bölünməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış və onun adıma verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışları, dolayısı ilə daşınmaz əmlakın dövlət reyestrindəki qeydləri mübahisələndirmişdir. Halbuki, mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında həyata keçirilmişdir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları və bunu tamamlayan iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1 və 139-1.4-cü maddələrinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3 və 2.4-cü bəndlərində əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış və mənim adıma verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi üçün hər hansı faktiki və hüquqi əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İqtisadiyyat Nazirliyi Əmlak X7 yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış və mənim adıma verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar