Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-60/2023 11.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszasdə Xalid Fəxrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 24 fevral 2011-ci il tarixdə Lənkəran rayon Viravul kənd İnzibati ərazi Dairəsində bağlanmış 04 saylı nikah akt qeydinin pozulması, 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X4, 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 103 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 avqust 2009-cu il tarixdə el adəti ilə ailə qurmuş, nikahları 24 fevral 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikalarından 03 sentyabr 2010-cu il tarixdə Bürhan və 05 yanvar 2018-ci il tarixdə isə Yaqub adlı iki övladları doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri korlandı. Cavabdehlə xasiyyətləri uyğun gəlmir. Cavabdeh ailəyə biganəliyi, aqressiv hərəkətləri ona qarşı soyuq münasibət bəsləməsi onun onunla bir ailə kimi yaşamağını qeyri mümkün etmişdir. O ailəsinin dağılmaması üçün nə qədər səy göstərsədə heç bir nəticəsi olmadı. Nikahları artıq formal xarakter daşıyır. Üç aydan artıqdır ki, o azyaşlı uşaqlarıyla birlikdə Cavabdeh ayrı ata evində yaşayır. Bundan sonra ailəsinin bərpa olunması qeyri mümkündür. Ona görə də o 2011-ci ilin fevral ayının 24-də Lənkəran rayon Viravul kənd inzibati ərazi Dairəsində 04 sayla qeydə alınmış nikah akt qeydinin pozulması, 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X1, 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən alimentin sabit pul məbləğində müəyyən olunub ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçının qaldırdığı nikah qeydinin pozulmasına razı deyil. Onunla birgə yaşadığı dövrdə xx.xx.2010-cu il tarixdə Bürhan və xx.xx.2018-ci il tarixdə Yaqub adlı iki uşağları doğulmuşdur. İstəyir ki, azyaşlı uşaqlar hər hansı bir valideyn himayəsindən kənarda qalmasın və ömrü boyu bu əzabı çiyinlərində daşısınlar. İddiaçının iddia ərizəsi ilə tanış olduqda ona məlum oldu ki, iddia ərizəsində göstərilənlər işin faktiki hallarını əks etdirmir. Belə ki, iddia ərizəsində qeyd edir ki, üç aydan artıq bir müddətdir ki, uşaqlarla birlikdə ondan ayrı ata evində Lənkəran rayonu, Veravul kəndində yaşayır. Bu tamamilə absurd bir fikirdir. Onlar ailəliklə artıq bir neçə ildir ki, Veravul kəndində yaşamırlar. Bakı şəhərində kirayə ev tutub orada yaşayırlar. Hesab edir ki, bütün bu fikirlər məhkəmə prosesinin predmetini təşkil etdiyinə görə məhkəmə zamanı səsləndiriləcəkdir. Məhkəmə son nəticədə qərarə gəlsə ki, iddiaçı ilə aralarında olan nikah qeydinin pozulması labüddür. Onda xahiş edir ki, nikahları pozulduqdan sonra xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 onun yanında qalmaları barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2011-ci il tarixdə Lənkəran rayon Viravul kənd inzibati ərazi dairəsində 04 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsayev və arvada Həsənova soyadı verilmişdir. Doğum haqqında arayışdab görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı xx.xx.2011-ci il tarixdə Lənkəran rayon Viravul kənd inzibati ərazi dairəsində 04 sayla rəsmiləşdirimiş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Burhan və xx.xx.2018-ci il təvəllüdlü Yaqub adlı iki uşaqları doğulmuşdur. Uşaqlar hal hazırda iddiaçının himayəsində saxlanılır. İddiaçı nikahın pozulmasına təkid edir və uşaqların onun yanında qalmasını tələb edir, cavabdeh isə nikahın pozulması hissəsinə qəbul etmir, uşaqların iddiaçının yanında deyil, onun yanında qalmalı olmasına təkid edir. Məhkəmə nikahın pozulması məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Qeyd olunan Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. İddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən artıq 1 ildən artıq vaxt keçməsinə baxmayaraq tərəflərin barışmaması və hazırki məhkəmə iclasında tərəflərin nikahın pozulmasına təkid etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, buna görə tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların hansı valideynin yanında qalması məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvesiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Tərəflərin birgə nikahından doğulmuş uşaqların kimi yanında qalması ilə bağlı xx.xx.2022-ci il tarixli qərardadı ilə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasından rəy alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasının 09 avqust 2022-ci il tarixli rəyindən görünür ki, 03 sentyabr 2010-cu il təvəllüdlü X2 və 05 yanvar 2018-ci il təvəllüdlü X3 mənafeyi nəzərə alınaraq anası İddiaçı ilə birlikdə qalması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11/445 №-li, 10 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 hazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunur. 05 yanvar 2018-ci il təvəllüdlü X3 yaşı ilə əlaqədar (beş yaşı tamam olmadığından) olaraq məhkəmə-psixoloji ekspertizası keçirilməmişdir. Cavabdeh və İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində - 03 sentyabr 2010-cu il təvəllüdlü X2 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olmasının necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəməpsixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X5 əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini idarəsinə uyğun olaraq sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malikdir. Cavabdeh psixikasında və davranışında hansı valideyninin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Valideynləri arasında qarşılıqlı münasibətlərdə yaranmış gərginlik X2 emosionaliradi sferasına neqativ təsir göstərmişdir. X2 normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və hiavqustə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatavqustan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 7.1-ci bəndində qeyd olunmuşdur ki, Yetkinlik yaşına çatavqustan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.6-cı bəndində göstərilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatavqustan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Uşaq hüquqları haqqında BMT-nin bəyannaməsinin 6-cı prinsipində qeyd olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından mübahisəli məsələyə qiymət verərək, qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş hər iki uşaq azyaşlıdır. Uşaqlar hazırda iddiaçının yanında qalır və cavabdeh əmək fəaliyyəti ilə məşğul olduğundan uşaqların gigiyenik qulluğu və qidalanması ilə özü deyil, onun anası məşğul olur. Belə olan halda azyaşlı uşaqların cavabdehin yanında qalmasının müəyən edilməsi onların mənafeyinə zidd olmuş olar. Belə ki, əvvəla azyaşlı uşaqların anasından ayrılması üçün hər hansı müstəsna hal mövcud deyildir, uşaqların maddi cəhətdən təmin edilməsi hələ uşaqların mənafeyinin tam şəkildə qorunmasına dəlalət etmir. Digər tərəfdən Yaqub adlı uşağın 5 yaşı tamam olmamışdır və onun ana qayğısına ehtiyacı Burhan adlı uşaqdan daha çoxdur. Lakin həmin uşaqları ayrı-ayırlıqda biri iddiaçının, digəri isə cavabdehin yanında qalmasının müəyyən edilməsi onların biribirinə bağlılığına mənfi təsir göstərə və qohumluq əlaqələrinin pozulmasına səbəb olar. Məhz buna görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Burhan və Yaqub adlı uşaqlar İddiaçı yanında qalmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). İş materiallarından müəyyən olunur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazının hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması tələbini müzakirə edərkən, məhkəmə yuxarıda sadalanmış normaların müddəalarına əsasən cavabdehin işləməsi və maddi durmunun olmamasını təsdiq edən sübutların məhkəmə təqdim edilməməsini nəzərə alaraq və yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün tərəflərin birgə nikahından doğulmuş 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, 2 uşağa görə 240 manat sabit məbləğində məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş X4 və X3 yetkinlik yaşınadək saxlanılması üçün təyin edilmiş alimentin tutulmasının başlanğıcı 15 mart 2022-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinnə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 240 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 2880 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 48,80 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 48,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həminin MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Lənkəran rayon Viravul kənd inzibati ərazi dairəsində 04 sayla qeydə alınmış nikah akt qeydi pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2010-cu il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 İddiaçı yanında qalsın və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 48,80 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən üç illik müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi tərəflərə izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-60/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-60/2023
11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver