Məhkəmə qərarları › İş №2(049)-793/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-793/2023

07.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-793/2023 07.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən Azərbaycan Respublik Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, yəni İddiaçı 6/20 hissə X2, Maraqlı şəxs1 və X1 4/20 hissə payları olmaqla birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 0,13 ha və 0.035 ha olan torpaq sahələrindən onun, İddiaçı 6/20 hissədə payını naturada ayıraraq ona verilməsi barədə barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı xx xxxxxx 1953-cü il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuşdur. Hazırda da ailə üzvlərim ilə birlikdə həmin kəntdə yaşayır. Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.13 torpaq sahəsi iddiaçı, İddiaçı 6/20 hissə payı, Axundov Nəriman oğlunun, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Nərin qızının 4/20 hissə payları olmaqla birgə mülkiyyətidədir. Eyni zamar həmin 0.13 ha torpaq sahəsinin 2/20 hissəsi verilmədən açıq saxlanılmışdır. Eyni zamanda Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.035 torpaq sahəsi, İddiaçı 6/20 hissə payı, Axundov Nəriman oğlunun, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Nəzrin qızının 4/20 hissə paylan olmaqla birgə mülkiyyətindər. Eyni zamanda həmin 0.035 ha torpaq sahəsinin 2/20 hissəsi verilmədən açıq saxlanılmış Bütün bu xüsusatlar adına verilmiş çıxarışda öz əksini tapmışdır.Hazırda iddiaçı istəyir ki, onların birgə mülkiyyətlərində olan 0.13 ha və 0.035 ha torpaq sahəsindən özünə düşən 6/20 hissədə olan payını ayırsın. İddiaçı bu təklifi iş üzrə maraqlı şəxslər də razıdır. Lakin iş üzrə cavabdeh olan qardaşım Cavabdeh isə təklif ilə razı olmur və onun məqsədi nədir, anlamır. Ona görə də iddiaçı həmin torpaq sahəsindən öz payın naturada ayrıb, ondan təkbaşına istifadə etsin. Lakin bir daha vurğulayır cavabdeh buna maneçilik törədir və aralarında bununla əlaqədar mübahisə mövcuddur. Odur ki, iddiaçı hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, (qeydiyyat tarixi:xx.xx.2022, qeydiyyat nömrəsi:**********, reyestı nömrəsi.**********56) Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,035 ha həyətyanı torpaq sahəsinin 4/20 hissəsi X3, 4/20 hissəsi, Maraqlı şəxs1 4/20 hissəsi, Maraqlı şəxs2 6/20 hissəsi İddiaçı. 2/20 hissəsi isə paylı mülkiyyət açıq saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, (qeydiyyat tarixi:xx.xx.2022, qeydiyyat nömrəsi:**********, reyestı nömrəsi.**********75) Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,035 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi X6, 1/5 hissəsi, Axundzadə X4 1/5 Maraqlı şəxs2 6/20 hissəsi İddiaçı. 2/20 hissəsi isə paylı mülkiyyət açıq saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış məhkəmə- tikinti texniki ekspertizasının 29 sentyabr 2023-ci il tarixli, 10/6738 nömrəli rəyindən görünür ki, Lənkəran rayonu, Kərgələn kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0,13 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0,035 ha torpaq sahəsindən İddiaçı 6/20 hissədə payına uyğun sahənin naturada ayrılması texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Lənkəran rayonu, Kərgalan kəndi ərazisində yerləşən 0.13 ha torpaq sahəsindən 6/20 hissə payın ayrılması üçün torpaq sahəsinin cənub istiqamətində sağ vəsol künclərdən müvafiq olaraq hər birindən şimal istiqamətdə 16.6 metr məsafədən sonra sərhəd xətti çəkilməli, 0.035 ha torpaq sahəsindən 6/20 hissə pauın ayrılması üçün torpaq sahəsinin şimal istiqamətində sağ və sol künclərdən müvafiq olaraq hər birindən cənub istiqamətdə 7.95 metr məsafədən sonra sərhəd xətti çəkilməlidir. Ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1. maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2. maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3. maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5. maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümum əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-220-.3-cü maddələrinin tələbinə görə, Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunur ki, paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsinə dair mülkiyyətçilər arasında mübahisə olmuşdur, buna görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehlərin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, məhkəmə- tikinti texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Lənkəran rayonu, Kərgələn kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmış 0,13 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0,035 ha torpaq sahəsindən İddiaçı 6/20 hissədə payına uyğun sahəsi mülkiyyətçilər arasında natura qaydasında məhkəmə-tikinti texniki ekspertizasının 29 sentyabr 2023-cü il tarixli, 10/6738 nömrəli rəyində göstərilmiş sxemə uyğun olaraq bölünsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Eksperiza xərci 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar