Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-900/2024 29.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və birgə nikah dövründə əldə edilmiş əmlakın qaytarılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2512/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişdirməklə hər ay sabit pul məbləğində, X1 onun yanında saxlanması, əvvəlki 3 il üçün X4 üçün sabit pul məbləğində alimentin alınması, ünvan 1i ünvanında yerləşən cavabdehin adına olan yaşayış evinə mülkiyyət hüququnun ½ hissəsinin ona verilməsi, Cavabdeh X3, X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat alimentin, mediasiya xərci olan 120 manat və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, İddiaçı ərizəsində 3 tələb irəli sürmüşdür: 1) Məhkəmə aktına əsasən iki uşağın yetkinlik yaşına çatanadək təyin edilmiş alimentin artırılması 2) Üçüncü uşağın onun yanında qalmasının müəyyən edilməsi, əvvəlki 3 il üçün də daxil olmaqla həmin uşağın saxlanılması üçün sabit pul məbləğində aliemntin təyin edilməsi 3) Bigə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi MPM-nin 149.3-cü maddəsinə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi iddiaçı yalnız bir birilə əlaqədar olan bir neçə tələbi bir iddia ərizəsində irəli sürə bilər. Lakin bir birilə əlaqədar olmayan bir və ya müxtəlif bir neçə cavabdehə qarşı bir ərizədə tələb irəli sürə bilməz. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçının birinci və ikinci tələbləri bir birilə əlaqədar olsa da, sonuncu tələb digərləri ilə əlaqəsi yoxdur və belə olan halda iddiaçının qeyd olunan tələbləri bir iddia ərizəsində birləşdirməklə irəli sürməsi qanunvericiliyin tələbi baxmından yolverilməzdir. Qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, bir birilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə irəli sürüldüyündən İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və birgə nikah dövründə əldə edilmiş əmlakın qaytarılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və birgə nikah dövründə əldə edilmiş əmlakın qaytarılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçının iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-900/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-900/2024
29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver