Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-984/2024 03.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4 iştirakı ilə, İddiaçı Cavabdeh oğuna qarşı «yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun azyaşlı oğlu X2 iddiaçının mülkiyyətində olan Lənkəran rayon, Gərmətük qəsəbəsində yerləşən ümümi sahəsi 87,2 kv metr olan fərdi yaşayış evinə istifadə hüququnu itirilmiş hesab edilməsi barəəd qətnamə çıxrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanında yeləşən ümumi sahəsi 87,2 kv metr olan fərdi yaşayış evi və onun altındakı 0,05 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətimdədir. İddiaçının qardaşı Cavabdeh və sonuncunun xx.xx.2015-ci il tarixdə doğulmuş oğlu X2 formal olaraq həmin evdə qeydiyyatdadılar. Belə ki, cavabdeh və onun oğlu həmin evdə bir gün də olsa yaşamayıblar. Cavabdeh ümumiyyətlə Azərbaycanda yaşamır, oğlu isə ünvan 2 ünvanında yaşayır, 189 №-li orta məktəbdə oxuyur. Cavabdehin və oğlunun iddiaçının ünvanında qeydiyyatda qalmağı iddiaçının mülkiyyət hüququnu pozur. İddiaçı hesab edir ki, cavabdehi və oğlunun qeydiyyatı formal xarakter daşıyır və həmin evə istifadə hüququ yaranmamışdır. İddiaçı Vaiqif oğlu iddia ərizəsinə əlavə olaraq yazılı şəkildə vəsatətlə məhkəməyə müraciət edərək Rusiya Federasiyasına gedəcəyinə görə məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edə bilməyəcəyini onun iştirakı olmadan iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırıq icalsı zamanı cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə bildirmişdir ki, o, cavabdehin arvadır, cavabdeh hazırda Rusiya Federasiyasındadır. O, iddianı qəbul edir və cavabdehin və oğlunun Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən evinə istifadə hüququna xitam verilməsini xahiş etmiş, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddianə qəbul etdiyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, ********** nömrəlli Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Lənkəran rayon, Gərmətük qəsəbəsində yerləşən 87.2 kv m sahəsi olan mənzil tam mülkiyyəti üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Lənkəran rayon Gərmətük qəsəbə icra nümayəndəiyi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, 12-06/04 nömrəli arayışdan görünür ki, Cavabdeh uzun müddətdir ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşamır ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 29 dekabr 2023-cü il tarixli doğum haqqında arayışından görünür ki, xx.xx.2015-cu il tarixdə X2 doğulmuşdur. Atası Cavabdeh anası X3r. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasına elan edilməklə araşdırılmış Hökümət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon, Gərmətük kəndində yerləşən87.2 kvm sahəsi olan mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh və onun oğlu X2 həmin mənzildə qeydiyyatda olsa da, həmin şəxslər o ünvanda yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh və oğlu X2 İddiaçı xüsusi mülkiyətində olan Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən mənzildən istifadə hüququ itiirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və onun oğlu X1 İddiaçı xüsusi mülkiyətində olan Lənkəran rayonun Gərmətük qəsəbəsində yerləşən ümumi sahəsi 87.2 kvm olan fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-984/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-984/2024
03.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver