Məhkəmə qərarları › İş №2(050)-100/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-100/2025

14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-100/2025 14.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı uşağın anadan alınıb ataya verilməsi və aliment öhdəliyindən azad olunma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdehlə el adəti üzrə toy etməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2015ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət birlikdə yaşasalar da, sonradan aralarında narazılıqlar yarandığından ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 2(050)-900/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olannikah pozulmuş, uşaqlar analarının yanında (himayəsində) saxlanılmış və ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 manat olmaqla iki uşaq üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edir ki, cavabdeh təxmini üç aya yaxın bir müddət öncə xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşaqlarını gətirib ona vermiş və çıxıb getmişdir. Həmin vaxtdan bu günə kimi uşaqlar onun yanında yaşayırlar və cavabdeh uşaqları ilə maraqlanmır. Lakin buna baxmayaraq o, uşaqlar üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimenti cavabdehə ödəmək məcburiyyətindədir. Uşaqların bütün tələbatlarını o ödəyir. Uşaqlarının onun yanında yaşamasından, onların qayğısını çəkməkdən və tələbatlarını ödəməkdən narazı deyil, əksinə çox məmnundur. Ona görə də. uşaqların onun yanında və himayəsində saxlanılmaqla kəsilmiş alimenti ödəməkdən azad olunmağı barədə məhkəməyə müraciət edir. İddiaçının tələbi: xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 onun yanında və himayəsində saxlanılmaqla Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 900/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması, cəmi 260 (iki yüz altımış) manat məbləğində təyin edilmiş alimentin ödənilməsindən azad olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı və Cavabdeh məhkəməyə müraciət edərək, aralarında bağlanmış barışıq sazişlərinin təsdiq edilməsini və bu barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş 14 mart 2025-ci il tarixli barışıq sazişində göstərilmişdir ki, Hazırkı barışıq sazişi ilə Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olan İddiaçı bir tərəfdən və Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olan Cavabdeh digər tərəfdən aşağıdakılar barədə razılığa gəldilər:

1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış birgə nikahlarından olan uşaqların tələbinə dair mübahisə ilə bağlı Masallı Rayon Məhkəməsində qaldırılan iddiadan imtina edir və aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar. 1.1. Hazırkı barışıq sazişinə əsasən İddiaçı hazırkı sazişin 3-cü maddəsində Cavabdeh tərəfindən götürülmüş öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 1.2. xx.xx.2015-ci il təvəllüdlü X4 özünün, xx.xx.2017-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması ilə razılaşır. 1.3. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara aparılması ilə bağlı müvafiq etibarnamə vermək. 1.4. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 ilə istənilən vaxt ünsiyyətinə şərait yaratmaq, o cümlədən, telefon, videogörüntü ilə əlaqə saxlamalarına şərait yaratmaq. 1.5. Yanında qalan xx.xx.2015-ci il təvəllüdlü X1 ilə bağlı Cavabdeh aliment tələb etməmək.

3. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh hazırkı sazişin 2-ci maddəsində İddiaçı tərəfindən götürülmüş öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 3.1. xx.xx.2015-ci il təvəllüdlü X4 İddiaçı ilə, xx.xx.2017-ci il təvəllüdlü X6 özünün yanında qalması ilə razılaşır. 3.2. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X9 ilə istənilən vaxt ünsiyyətinə şərait yaratmaq, o cümlədən, telefon, videogörüntü ilə əlaqə saxlamalarına şərait yaratmaq., 3.3. Yanında qalan xx.xx.2017-ci il təvəllüdlü X8 tətil vaxtlarında Azərbaycan Respublikasına gətirərək İddiaçı ilə real görüşünə şərait yaratmaq. 3.4. Yanında qalan xx.xx.2017-ci il təvəllüdlü X2 ilə bağlı İddiaçı aliment tələb etməmək. 3.5. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 üçün hazırkı vaxtadək hesablanmış və ödənilməmiş aliment borcundan imtina etmək.

4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Masallı rayon məhkəməsinə müraciət etmək hüququna malikdir.

6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

8. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Masallı rayon məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını, barışıq sazişinin şərtlərini, habelə barışıq sazişinin tərəflərinin izahatını nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflərin mövqeyi: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırki vəziyyətdə uşaqların mənafeyini və psixoloji vəziyətini nəzərə alaraq, cavabdehlə aralarında bağladıqları barışıq sazişinin hər iki tərəf üçün əlverişli olmasını bildirmiş və barışıq sazişinin məhkəmə tərəfindən qəbul edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda barışıq sazişinin qəbul edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Masallı rayon Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin müəllimi X5 iştirakı ilə fikirləri öyrənilmiş X7 atası ilə qalmaq istədiyini, atasının, nənəsinin, bibisinin onun qulluğunda durduğunu, hazırda yaşadığı evin ona daha rahat olduğunu, X9 anasının yanında qalmaq istədiyini, atasının onun qayğısına qalmadığını, anası Türkiyə Resapublikasında olduğu zamanlar ana nənəsi ilə qaldığını, lakin anasının tez-tez onu görməyə gəldiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı Rayon Məhkəməsinin 3(050)-852/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Masallı Rayon Məhkəməsinin 3(050)-756/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, X7 xx.xx.2015-ci il tarixdə, X9 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli, 02 №-li rəyindən görünür ki, uşaqların bir-birində ayrı yaşamasının onların mənəvi, psixoloji inkişafına mənfi təsir edə biləcəyini, azyaşlı Aylin Rəhmətzadənin ananın deyil, ana nənəsi ilə birlikdə yaşamasını nəzərə alaraq xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 ataları İddiaçı yanında saxlanılmasını onların mənafeyinə uyğun hesab edir. xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00720 saylı ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı mübahisə həllini tapmışdır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmalarında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına həmin hissələrdə xitam verilməsini xahiş edirlər. Barışıq sazişi məhkəmə iclasında fikirləri öyrənilmiş uşaqların mənafeyinə uyğun tərtib edildiyindən, həmçinin qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin cavabdehə dair hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

2(050)-100/2025 saylı mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin: Məhkəməyə təqdim edilmiş 14 mart 2025-ci il tarixli barışıq sazişini imzalamış tərəflər bir tərəfdən Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olan İddiaçı digər tərəfdən Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olan Cavabdeh aşağıdakılar barədə razılığa gəldilər:

1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış birgə nikahlarından olan uşaqların tələbinə dair mübahisə ilə bağlı Masallı Rayon Məhkəməsində qaldırılan iddiadan imtina edir və aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar. 1.1. Hazırkı barışıq sazişinə əsasən İddiaçı hazırkı sazişin 3-cü maddəsində Cavabdeh tərəfindən götürülmüş öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 1.2. xx.xx.2015-ci il təvəllüdlü X4 özünün, xx.xx.2017-ci il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması ilə razılaşır. 1.3. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara aparılması ilə bağlı müvafiq etibarnamə vermək. 1.4. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 ilə istənilən vaxt ünsiyyətinə şərait yaratmaq, o cümlədən, telefon, videogörüntü ilə əlaqə saxlamalarına şərait yaratmaq. 1.5. Yanında qalan xx.xx.2015-ci il təvəllüdlü X1 ilə bağlı Cavabdeh aliment tələb etməmək.

3. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh hazırkı sazişin 2-ci maddəsində İddiaçı tərəfindən götürülmüş öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 3.1. xx.xx.2015-ci il təvəllüdlü X4 İddiaçı ilə, xx.xx.2017-ci il təvəllüdlü X6 özünün yanında qalması ilə razılaşır. 3.2. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X9 ilə istənilən vaxt ünsiyyətinə şərait yaratmaq, o cümlədən, telefon, videogörüntü ilə əlaqə saxlamalarına şərait yaratmaq 3.3. Yanında qalan xx.xx.2017-ci il təvəllüdlü X8 tətil vaxtlarında Azərbaycan Respublikasına gətirərək İddiaçı ilə real görüşünə şərait yaratmaq 3.4. Yanında qalan xx.xx.2017-ci il təvəllüdlü X2 ilə bağlı İddiaçı aliment tələb etməmək 3.5. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 üçün hazırkı vaxtadək hesablanmış və ödənilməmiş aliment borcundan imtina etmək.

4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Masallı rayon məhkəməsinə müraciət etmək hüququna malikdir.

6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

8. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Masallı rayon məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. Qeyd olunan barışıq sazişi təsdiq edilsin və 2(050)-100/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar