Məhkəmə qərarları › İş №2(050)-115/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-115/2024

05.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-115/2024 05.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbi barədə ilk, Cavabdeh İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus olan 1 ədəd sandıq, 2 ədəd tumba, 1 ədəd xalça, 6 ədəd yastıq ,10 ədəd nalça,1 ədəd taxt yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt matrası, 3 ədəd tül pərdə, 4 ədəd qarniz, 6 ədəd stol, 1 ədəd 6 nəfərlik stol, 1 ədəd serevant, 1 ədəd termo, 1 ədəd şfoner, 1 ədəd taxt, 1 ədəd lampa, 28 ədəd dolma kasası, 2 ədəd kraşinka, 14 ədəd stakan, 23 ədəd tarelka,10 ədəd boşqab, 4 ədəd kasa, 11 ədəd nəlbəki, 6 ədəd qəndqabı, 3 ədəd fincan dəsti, 21 ədəd sok stakanı, 12 ədəd rumka, 21 ədəd xırda rumka, 5 ədəd fincan, 6 ədəd sok stakanı krafinka ilə birlikdə, 13 parça balıq suveniri, 12 ədəd limon şəngəli, 4 ədəd meyvə 1 piçaqı, 8 ədəd xörək qaşığı, 3 ədəd böyük ölçüdə qaşıq, 1 ədəd xırda çömçə, 1 ədəd qənd doğrayan, 1 ədəd kartof doğrayan, 1 ədəd sabun qabı, 2 ədəd sarı rəngli kül qabı, 2 ədəd quzun qoz qabı, 1 ədəd çörək qabı, 2 ədəd xurustal güldan, 1 ədəd təziq aparatı, 1 cüt ayaqabı, 2 ədəd qazan, 2 ədəd tava, 2 ədəd ləyən, 2 ədəd podnis, 6 ədəd armudu stəkan, 6 ədəd balaca rumka, 5 ədəd xırda ölçüdə stakan, 1 ədəd gəlin güzgüsü, 1 ədəd zibil qabı, 1 ədəd ütü stolu, 1 ədəd gecə lampası, 2 ədəd çıl-çıraq, 1 ədəd boş səbət, 2 ədəd gəlinlik şamı, 2 ədəd xırda ölçüdə ləyənçə, 1 ədəd xurustal meyvə qabından ibarət olan əmlakların evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona məxsus olan və onun Masallı rayonu Bədəlan kəndində yerləşən evinə cehiz olaraq aparmış olduğu 1100 manat dəyərində qonaq otağı qorka stol-stul dəst, 1200 manat dəyərində yataq otağı dəsti, 50 manat dəyərində 6 ədəd nalça, 200 manat dəyərində 3 ədəd döşək, 200 manat dəyərində 3 ədəd yorğan, 200 manat dəyərində 6 ədəd yastıq, 200 manat dəyərində 2 ədəd xalça (3m-4m), 110 manat dəyərində 1 ədəd kiçik xalça (1.80 m-3 m), 80 manat dəyərində 1 ədəd taxt üçün tiqr ədyal, 30 manat dəyərində 2 ədəd tək ədyal, 100 manat dəyərində 1 ədəd tozsovuran (Eurolux), 150 manat dəyərində 1 ədəd televizor, 50 manat dəyərində 1 ədəd ətçəkən, 100 manat dəyərində 2 ədəd gecə lampası, 12 manat dəyərində 12 ədəd souz boşqabı, 12 manat dəyərində 12 ədəd dayaz boşqab, 10 manat dəyərində 12 ədəd balaca kabab boşqabı, 12 manat dəyərində 12 ədəd kasa, 10 manat dəyərində 12 ədəd balaca kasa, 10 manat dəyərində 6 ədəd paytaxat (staliçni) salat qabı, 10 manat dəyərində 12 ədəd çay stəkanı, 8 manat dəyərində 12 ədəd armudu stəkan, 15 manat dəyərində 12 ədəd lepkalı armudu stəkan, 6 manat dəyərində 2 ədəd sadə çaynik, 60 manat dəyərində 2 ədəd madonna çaynik, 50 manat dəyərində 1 çay dəsti maddona, 15 manat dəyərində ütü masası, 4 manat dəyərində 6 ədəd duzqabı, 4 manat dəyərində 6 ədəd istiot qabı, 15 manat dəyərində 2 ədəd süfrə (5 metrlik), 20 manat dəyərində 1 ədəd masa süfrəsi böyük kətan, 10 manat dəyərində 1 ədəd jurnalni masa süfrəsi kətan, 200 manat dəyərində 6 ədəd xrustal rumka, 120 manat dəyərində 1 dolça və 6 ədəd bagema bakal, 300 manat dəyərində 2 ədəd təmiz xrustal meyvə qabı, 200 manat dəyərində 2 ədəd təmiz xrustal qənd qabı, 30 manat dəyərində 1 ədəd xrustal salfetka qabı, 60 manat dəyərində 6 ədəd balaca xrustal bakal, 20 manat dəyərində 1 ədəd lüstur, 10 manat dəyərində 1 ədəd qəfədan, 30 manat dəyərində 1 dəst çuğun qazan dəsti, 30 manat dəyərində 1 ədəd sandıq, 10 manat dəyərində 12 ədəd çəngəl, 10 manat dəyərində 12 ədəd qaşıq, 16 manat dəyərində kiçik çəngəl və qaşıq, 30 manat dəyərində bıçaq naboru, 12 manat dəyərində 12 ədəd nəlbəki, 8 manat dəyərində 12 ədəd armudu stəkan nəlbəkisi, 20 manat dəyərində 1 ədəd kəkbir naboru, 30 manat dəyərində 2 ədəd tava, 15 manat dəyərində 1 ədəd çuğun ləyən, 12 manat dəyərində 1 ədəd çuğun vedrə, 5 manat dəyərində 1 ədəd aliminum qəfədan, 15 manat dəyərində 1 ədəd nikkelli podnus böyük, 4 manat dəyərində 1 ədəd nikkeili kiçik podnos, 10 manat dəyərində 1 ədəd aliminum teşt, 10 manat dəyərində 12 dənə sok stəkanı, 30 manat dəyərində 1 ədəd çamadan, 7 manat dəyərində 10 dənə asılqan, 200 manat dəyərində 1 abedni serviz, 50 manat dəyərində 1 dəst kofeyni serviz, 30 manat dəyərində 1 ədəd ütü, 15 manat dəyərində böyük balaca aşsüzənin, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 5636 manat pulun həmçinin, dövlət rüsumuna görə ödədiyi 76.36 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3546/2023 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. İlk İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu Səməd Ağayevlə 2009-cu ildə ailə qurmuşdur və onun evinə gəlin köçmüşdür. Bir ilə yaxın onun evində yaşamışdır. Oğlu ilə yaşadığı müddətdə iki nəfər uşaqları olmuşdur. Bir müddət onun evində yaşamasına baxmayaraq, sonradan oğlu ilə münasibətləri yaxşı olmadığına görə nikahları ləğv olumuşdur. Hazırda cavabdeh atasının evində yaşayır. Onun əmlakları onun evində qalması evində darısqallıq yaratmış və evindən istədiyi formada istifadə edə bilmir. Ona görə də cavabdeh əmlaklarını evindən çıxartmaq istəyir. O da əmlaklarının evdən çıxarılmasına razıdır. Buna baxmayaraq əmlakları çıxartmaq istəməsinə baxmayaraq əmlakları evdən çıxarmır. Onun əmlakları aşağıdakılardan ibarətdir. 1 ədəd sandıq, 2 ədəd tumba, 1 ədədə xalça, 6 ədəd yastığ, 10 ədədə nalça, 1 ədəd taxt yorğan, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt matrası, 3 ədəd tül pərdə, 4 ədəd qarniz, 6 ədəd stol, 1 ədəd 6 nəfərlik stol, 1 ədəd servant, 1 ədəd termo ,1 ədəd şfoner, 1 ədəd taxt, 1 ədəd lampa, 28 ədəd dolma kasası, 2 ədəd krafinka, 14 ədəd stakan, 23 ədəd tarelka, 10 ədəd boşqab, 4 ədəd kasa, 11 ədəd nəlbəki, 6 ədəd qəndqabı, 3 ədəd fincan dəsti, 21 ədəd sok stəkanı, 12 ədəd rumka, 21 ədəd xırda rumka, 5 ədəd fincan, 6 ədəd sok stəkanı krafinka ilə birlikdə, 13 parça balıq suverniri, 12 ədəd limon şəngəli, 4 ədəd meyvə biçaqı, 8 ədəd xörək qaşığı, 3 ədəd böyük ölçüdə qaşıq, 1 ədəd xırda çömçə, 1 ədəd qənd doğrayan, 1 ədəd kartof doğrayan, 1 ədəd sabun qabı, 2 ədəd sarı rəngli kül qabı, 2 ədəd uzun qoz qabı, 1 ədəd çörək qabı, 2 ədəd xurustal güldan, 1 ədəd təzyiq aparatı, 1 cüt ayaqqabı, 2 ədəd qazan, 2 ədəd tava, 2 ədəd ləyən, 2 ədəd podnis, 6 ədəd armudu istəkan, 6 ədəd balaca rumka, 5 ədəd xırda ölçüdə stəkan, 1 ədəd gəlin güzgüsü, 1 ədəd zibil qabı, 1 ədəd ütü stolu, 1 ədəd gecə lampası, 2 ədəd çıl-çıraq, 1 ədəd boş səbət, 2 ədəd gəlinlik şamı, 2 ədəd xırda ölçüdə ləyənçə və 1 ədəd xrustal meyvə qabı. Həmin əmlakların evindən çıxarılması və cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında İddiaçı ona qarşı əmlakların evdən çıxarılması tələbinə dair mülki iş vardır və onun iddiaya qarşı qarşılıqlı iddia vermək hüququ vardır. O, ilk iddiaçının oğlu X2 ilə 2009cu ilin sentyabr ayında ailə qurmuşdur, 2016-cı ilin yanvar ayında ayrılmışlar. 2019-cu ildə nikahları pozulmuşdur. Birgə yaşadıqları müddət ərzində iki uşaqları doğulmuşdur. O, 2010-cu ildə cavabdehə məxsus Masallı rayonu Bədəlan kəndində yerləşən evə gəlin köçmüş və özü ilə bir sıra cehiz əmlakları və qızıl-zinət əşyaları aparmışdır. O, həmin evdə 2 ay yaşamış, daha sonra keçmiş əri Səməd Ağayevlə birgə Bakı şəhərinə köçmüşdür. O, gedərkən özü ilə bir sıra cehiz əmlakları və qızıllarını götürmüş, qalan cehiz əmlaklar cavabdehin evində qalmışdır. Qızıl-zinət əşyaları birgə nikah dövründə satılmışdır. Cavabdehin evində olan əmlakları istifadə etmişlər və çox hissəsi artıq sıradan çıxmış, istifadəyə yararsız hala qalmışdır. Halbuki, həmin əmlaklar ona məxsusdur və onları onun icazəsi olmadan istifadə etmək olmazdı. O, gəlin köçərkən apardığı cehizləri komplekt vəziyyətdə və yenisini tələb edir, çünki o, həmin əmlaklarını istifadə etməmiş və əmlaklar cavabdehin evində bir otaqda qalmışdır. Həmin əmlakları cavabdeh istifadə edibsə hazırda yenisini almalı və ya həmin əmlakların dəyərini ona verməlidir. Həmin əmlaklar aşağıdakılardan ibarətdir. 1100 manat dəyərində qonaq otağı qorka stol-stul dəst, 1200 manat dəyərində yataq otağı dəsti, 50 manat dəyərində 6 ədəd nalça, 200 manat dəyərində 3 ədəd döşək, 200 manat dəyərində 3 ədəd yorğan, 200 manat dəyərində 6 ədəd yastıq, 200 manat dəyərində 2 ədəd xalça (3m-4m), 110 manat dəyərində 1 ədəd kiçik xalça (1.80 m-3 m), 80 manat dəyərində 1 ədəd taxt üçün tiqr ədyal, 30 manat dəyərində 2 ədəd tək ədyal, 100 manat dəyərində 1 ədəd tozsovuran (Eurolux), 150 manat dəyərində 1 ədəd televizor, 50 manat dəyərində 1 ədəd ətçəkən, 100 manat dəyərində 2 ədəd gecə lampası, 12 manat dəyərində 12 ədəd souz boşqabı, 12 manat dəyərində 12 ədəd dayaz boşqab, 10 manat dəyərində 12 ədəd balaca kabab boşqabı, 12 manat dəyərində 12 ədəd kasa, 10 manat dəyərində 12 ədəd balaca kasa, 10 manat dəyərində 6 ədəd paytaxt (staliçni) salat qabı, 10 manat dəyərində 12 ədəd çay stəkanı, 8 manat dəyərində 12 ədəd armudu stəkan, 15 manat dəyərində 12 ədəd lepkalı armudu stəkan, 6 manat dəyərində 2 ədəd sadə çaynik, 60 manat dəyərində 2 ədəd madonna çaynik, 50 manat dəyərində 1 çay dəsti maddona, 15 manat dəyərində ütü masası, 4 manat dəyərində 6 ədəd duzqabı, 4 manat dəyərində 6 ədəd istiot qabı, 15 manat dəyərində 2 ədəd süfrə (5 metrlik), 20 manat dəyərində 1 ədəd masa süfrəsi böyük kətan, 10 manat dəyərində 1 ədəd jurnalni masa süfrəsi kətan, 200 manat dəyərində 6 ədəd xrustal rumka, 120 manat dəyərində 1 dolça və 6 ədəd bagema bakal, 300 manat dəyərində 2 ədəd təmiz xrustal meyvə qabı, 200 manat dəyərində 2 ədəd təmiz xrustal qənd qabı, 30 manat dəyərində 1 ədəd xrustal salfetka qabı, 60 manat dəyərində 6 ədəd balaca xrustal bakal, 20 manat dəyərində 1 ədəd lüstur, 10 manat dəyərində 1 ədəd qəfədan, 30 manat dəyərində 1 dəst çuğun qazan dəsti, 30 manat dəyərində 1 ədəd sandıq, 10 manat dəyərində 12 ədəd çəngəl, 10 manat dəyərində 12 ədəd qaşıq, 16 manat dəyərində kiçik çəngəl və qaşıq, 30 manat dəyərində bıçaq naboru, 12 manat dəyərində 12 ədəd nəlbəki, 8 manat dəyərində 12 ədəd armudu stəkan nəlbəki, 20 manat dəyərində 1 ədəd kəbkir naboru, 30 manat dəyərində 2 ədəd tava, 15 manat dəyərində 1 ədəd çuğun ləyən, 12 manat dəyərində 1 ədəd çuğun vedrə, 5 manat dəyərində 1 ədəd aliminum qəfədan, 15 manat dəyərində 1 ədəd nikkelli podnus böyük, 4 manat dəyərində 1 ədəd nikkelli kiçik podnus, 10 manat dəyərində 1 ədəd aliminum teşt, 10 manat dəyərində 12 dənə sok stəkanı, 30 manat dəyərində 1 ədəd çamadan, 7 manat dəyərində 10 dənə asılqan, 200 manat dəyərində 1 abedni serviz, 50 manat dəyərində 1 dəst kofeni serviz, 30 manat dəyərində 1 ədəd ütü, 15 manat dəyərində böyük balaca aşsüzən, əmlakların cəmi dəyəri 5636 manat təşkil edir. O, hazırda əmlaklarını Nənəxanım Ağayevin evindən çıxarmağa razıdır, lakin onun əmlakları yuxarıda qeyd etdiyi əmlaklardır ki, o, onları istifadəyə yararlı vəziyyətdə tələb edir, yadaki, həmin əmlakları məhv olmuşsa, onların dəyərini cavabdehdən tələb edir. Əmlaklar onun mülkiyyətidir və müikiyyət hüququ qanunla qorunur. Cavabdeh onun əmlaklarını onun icazəsi olmadan istifadə etmişsə, buna görə məsuliyyət daşıyır, əgər əmlakları məhv olmuşsa, ya həmin əmlaklar yada onların dəyəri alınaraq ona verilməlidir. Onun qeyd etdiyi əmlaklarını cavabdehin evinə aparmağını təsdiq edən şahidləri vardır. Həmçinin, o, el adəti ilə gəlin köçmüş, el adətinə uyğun olaraq hər qıza gəlin köçərkən cehiz əmlaklar verilir, onun tələb etdiyi əmlaklarda hər qıza verilən əşyalardandır, lakin həmin əşyaların hansı vəziyyətdə olması hazırda məlum deyildir. O, cəmi 2 ay həmin evdə yaşamış, daha sonra Bakı şəhərinə köçmüş, o, əmlaklarını istifadə etməmiş, cavabdehin evində qalmışdır. Cavabdeh onun əmlaklarını qanunsuz olaraq istifadə etmişdir, o da hazırda əmlaklarının yenisini və ya onların dəyərini tələb edir, köhnə sınmış, məhv olmuş əmlaklar ona lazım deyildir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 ilk iddianı qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ilk iddianın təmin edilməsinə etiraz etmir. Qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarından olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2024-cü il tarixli, 9/210 nömrəli ekspert rəyindən görünür ki, 1 dəst qonaq otaq dəsti qorka, stol, stul (6 ədəd) jurnal stolunun dəyəri 600 manat, 1 dəst 4 qapılı şkaf, termo, ikinəfərlik taxt (1.60-2m), 2 ədəd tumbanın dəyəri 400 manat, 6 ədəd yastıqın dəyəri 60 manat, 6 ədəd nalçanın dəyəri 30 manat, 1 ədəd ikinədərlik döşəyin dəyəri 60 manat, 1 ədəd təknəfərlik yorğanın dəyəri 30 manat, 1 ədəd ikinəfərlik yorğanın dəyəri 50 manat, 1 ədəd xalçanın (2,90m-2m) dəyəri 50 manat, 1 ədəd taxt üçün yaşıl rəngli nazik odeyalın dəyəri 10 manat, 4 ədəd karnizin dəyəri 20 manat, 1 ədəd çəhrayı rəngli gecə lampasının dəyəri 5 manat, 1 ədəd ütü masasının dəyəri 5 manat, 1 ədəd sandığın dəyəri 50 manat, 1 ədəd 5 şamlı lüstr (qutuda, istifadədə olmamış) 20 manat, 1 ədəd yararsız lüstr, 10 ədəd böyük ölçüdə yaşıl yarpaqlı boşqabın dəyəri 30 manat, 5 ədəd orta ölçüdə yaşıl yarpaqlı boşqabın dəyəri 10 manat, 5 ədəd kiçik ölçüdə yaşıl yarpaqlı boşqabın dəyəri 5 manat, 27 ədəd kasanın dəyəri 27 manat, 2 ədəd kompot qapının dəyəri 10 manat, 6 ədəd xrustal kompot bakalının dəyəri 30 manat, 6 ədəd göy rəngli, güllü bakalın dəyəri 18 manat, 10 ədəd xrustal stəkanın dəyəri 30 manat, 1 dəst 6 ədəd bakal və 1 ədəd şüşə qrafinin dəyətri 10 manat, 21 ədəd kiçik bakalın dəyəri 21 manat, 1 dəst mavi rəngli 6 ədəd bakal və 1 ədəd qrafinin dəyəri 10 manat, 2 dəst dekor balıq qrafin bakal dəstinin dəyəri 30 manat, 11 ədəd qırmızı-ağ rəngli boşqabın dəyəri 11 manat, 4 ədəd göy rəngli nəlbəkinin dəyəri 2 manat, 3 ədəd su stəkanının dəyəri 3 manat, 1 ədəd kiçik ölçülü nəlbəkinin (razetka) dəyəri 0.50 manat, 6 ədəd qara güllü şüşə su stəkanının dəyəri 6 manat, 20 ədəd qalın su stəkanının dəyəri 20 manat, 1 ədəd şüşə qrafinin dəyəri 3 manat, 5 ədəd çörək qabının dəyəri 2.50 manat, 1 ədəd çörək qabı qırıq vəziyyətdə, 8 ədəd armudu stəkanın dəyəri 8 manat, 2 ədəd konfet qabının dəyəri 6 manat, 1 dəst ağ rəngli çay servizinin dəyəri 25 manat, 1 dəst göy rəngli çay servizin dəyəri 30 manat, 6 ədəd ağ rəngli fincanın dəyəri 12 manat, 3 ədəd kəfkirin dəyəri 1.50 manat, 1 ədəd qara rəngli padnosun dəyəri 0.50 manat, 1 ədəd gümüşü rəngli böyük padnosun dəyəri 5 manat, 1 ədəd gümüşü rəngli böyük padnosun dəyəri 3 manat, 1 ədəd qapaqsız tavanın dəyəri 5 manat, 1 ədəd böyük ölçülü alüminium qazanın dəyəri 15 manat, 1 ədəd orta ölçülü alüminium qazanın dəyəri 10 manat, 1 ədəd qulplu alüminium qazanın dəyəri 5 manat, 1 ədəd süfrənin (stolun üzərinə sərilmiş) dəyəri 3 manat, 2 ədəd mavi rəngli vannanın dəyəri 6 manat, 1 ədəd saxlama qabının kiçik ölçülü 2 manat, 2 ədəd göy rəngli konfet qabının dəyəri 6 manat, 8 ədəd su stəkanının dəyəri 16 manat, 2 ədəd şüşə şirniyyat qabının dəyəri 10 manat, 1 ədəd üzərində “Tannaz bowl” yazıları olan qutuda 6 ədəd desert qabının dəyəri 10 manat və 1 ədəd qutuda 6 ədəd desert nəlbəkinin (razetka) dəyəri 10 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş və istifadədə olmamış 55 adda malların 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1858,00 manat müəyyən olunur. Təqdim edilmiş digər 2 adda mallar təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz müəyyən olunur. Qərardadda göstərilən digər mallar tədqiqata təqdim edilmədiyindən qiymətsiz müəyyən olunur. Məhkəmə ilk iddiaya dair münasibətdə ağıdakıları bildirir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilk iddia üzrə İddiaçı oğlu X2 ilə ilk iddia üzrə Cavabdeh 2010-cu il tarixdə nikaha daxil olaraq, ilk iddia üzrə iddiaçının yaşadığı evə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Əmlakların yerləşdiyi fərdi yaşayış evi üzərində hər hansı hüquq rəsmiləşdirilməmişdir. Sonradan tərəflər arasında nikah pozulmuş, ilk iddia üzrə cavabdeh atasının evinə getmiş, lakin ona məxsus əmlaklar ilk iddia üzrə iddiaçının yaşadığı evdə qalmışdır və cavabdeh əmlaklarını könüllü şəkildə aparmır. Buna səbəb kimi cavabdeh iddia ərizəsində ona məxsus əmlakların tam şəkildə göstərilməməsini, ona məxsus cehiz əşyalarının bir qisminin iddiaçı tərəfindən yararsız hala salınmasını göstərmişdir. Cavabdeh həmin əmlaklar ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(050)-3546/2023 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3). Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə ilk iddia üzrə cavabdehin əmlaklarının ilk iddia üzrə iddiaçının sahibliyində olan Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evində qalmasının hüququ əsası yoxdur. Bu hal ilk iddia üzrə iddiaçının hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Beləliklə ilk iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya dair münasibətdə ağıdakıları bildirir: Qarşılıqlı iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə qarşılıqlı iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu iddianın təmin edilən hissəsinə münasibətdə öz təsdiqini tapmışdır. İşin bu halı tərəflər arasında mübahisələndirilmir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia ərizəsində cehiz əmlakların evindən çıxarılması ilə bağlı iddiası vardır. Bu halı ekspert tərəfindən mübahisə obyektinə baxış keçirməklə verdiyi ekspert rəyi də təsdiq edir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göstərilən səbəblərdən qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddianın təmin edilməyən hissəsinə münasibətdə - tələb edilən əşyaları ilə bağlı aşagıdakıları bildirir və göstərilən səbəblərdən iddianı həmin hissədə əsassız hesab edir. Məhkəmə bildirir ki, tələb edilən əşyaların iddiaçıya toy hədiyyəsi olaraq verilməsi tərəflər arasında mübahisələndirilmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Hər bir halda hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.4). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən qarşılıqlı iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində (iddianın qiyməti 5636 manat təşkil etdiyinə görə 76.36 manat dövlət rüsumu ödənilməli, 1858 manat qiymətində iddia təmin edilmədiyindən) 38.58 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. İlk iddia üzrə iddia tələbində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilmədiyindən İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 manat məbləində pul (İddiaçı 25 manat və Cavabdeh 25 manat) vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İlk iddia təmin edilsin. Cavabdeh gəlin köçərkən gətirdiyi hal-hazırda Masallı rayonu, Bədəlan kəndində yerləşən 1 ədəd sandıq, 2 ədəd tumba, 1 ədəd xalça, 6 ədəd yastıq ,10 ədəd nalça,1 ədəd taxt yorğan, 1 ədəd taxt döşəyi,1 ədəd taxt matrası, 3 ədəd tül pərdə, 4 ədəd qarniz, 6 ədəd stol,1 ədəd 6 nəfərlik stol, 1 ədəd servant, 1 ədəd termo,1 ədəd şfoner, 1 ədəd taxt, 1 ədəd lampa, 28 ədəd dolma kasası, 2 ədəd krafinka, 14 ədəd stəkan, 23 ədəd tarelka,10 ədəd boşqab, 4 ədəd kasa, 11 ədəd nəlbəki, 6 ədəd qəndqabı, 3 ədəd fincan dəsti, 21 ədəd sok stəkanı, 12 ədəd rumka, 21 ədəd xırda rumka, 5 ədəd fincan, 6 ədəd sok stəkanı krafinka ilə birlikdə, 13 parça balıq suveniri, 12 ədəd limon çəngəli, 4 ədəd meyvə 1 bıçaqı, 8 ədəd xörək qaşığı, 3 ədəd böyük ölçüdə qaşıq, 1 ədəd xırda çömçə, 1 ədəd qənd doğrayan, 1 ədəd kartof doğrayan, 1 ədəd sabun qabı, 2 ədəd sarı rəngli kül qabı, 2 ədəd quzun qoz qabı, 1 ədəd çörək qabı, 2 ədəd xrustal güldan, 1 ədəd təzyiq aparatı, 1 cüt ayaqqabı, 2 ədəd qazan, 2 ədəd tava, 2 ədəd ləyən, 2 ədəd podnis, 6 ədəd armudu stəkan, 6 ədəd balaca rumka, 5 ədəd xırda ölçüdə stəkan, 1 ədəd gəlin güzgüsü, 1 ədəd zibil qabı, 1 ədəd ütü stolu, 1 ədəd gecə lampası, 2 ədəd çıl-çıraq, 1 ədəd boş səbət, 2 ədəd gəlinlik şamı, 2 ədəd xırda ölçüdə ləyənçə və 1 ədəd xurustal meyvə qabı cehiz əmlakları İddiaçı yaşadığı Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. 1 dəst qonaq otaq dəsti – qorka, stol, stul (6 ədəd) jurnal stolu və ya dəyəri 600 manat, 1 dəst yataq otağı dəsti - 4 qapılı şkaf, termo, iki nəfərlik taxt (1.60-2m), 2 ədəd tumba və ya dəyəri 400 manat, 6 ədəd yastıq və ya dəyəri 60 manat, 6 ədəd nalça və ya dəyəri 30 manat, 1 ədəd iki nəfərlik döşəy və ya dəyəri 60 manat, 1 ədəd təknəfərlik yorğan və ya dəyəri 30 manat, 1 ədəd ikinəfərlik yorğan və ya dəyəri 50 manat, 1 ədəd xalça (2,90m- 2m) və ya dəyəri 50 manat, 1 ədəd taxt üçün yaşıl rəngli nazik odeyal və ya dəyəri 10 manat, 1 ədəd çəhrayı rəngli gecə lampası və ya dəyəri 5 manat, 1 ədəd ütü masası və ya dəyəri 5 manat, 1 ədəd 5 şamlı lüstr (qutuda, istifadədə olmamış) və ya dəyəri 20 manat, 10 ədəd böyük ölçüdə yaşıl yarpaqlı boşqab və ya dəyəri 30 manat, 5 ədəd orta ölçüdə yaşıl yarpaqlı boşqab və ya dəyəri 10 manat, 5 ədəd kiçik ölçüdə yaşıl yarpaqlı boşqab və ya dəyəri 5 manat, 11 ədəd qırmızı-ağ rəngli boşqab və ya dəyəri 11 manat, 27 ədəd kasa və ya dəyəri 27 manat, 10 manat dəyərində staliçni salat qabı, 10 ədəd xrustal stəkan və ya dəyəri 30 manat, 8 ədəd armudu stəkan və ya dəyəri 8 manat, xrustal kompot bakalı, göy rəngli, güllü bakal ya dəyəri 58 manat, 4 ədəd göy rəngli nəlbəki və ya dəyəri 2 manat, 1 ədəd kiçik ölçülü nəlbəki (razetka) və ya dəyəri 0,50 manat, 1 ədəd sandığ və ya dəyəri 50 manat, 3 ədəd su stəkanı və ya dəyəri 3 manat, 6 ədəd qara güllü şüşə su stəkanı və ya dəyəri 6 manat, 20 ədəd qalın su stəkanı və ya dəyəri 20 manat, 3 ədəd kəfkir və ya dəyəri 1.50 manat, 1 ədəd qapaqsız tava və ya dəyəri 5 manat, 1 ədəd böyük ölçülü alüminium qazan, orta ölçülü alüminium qazan, qulplu alüminium qazan və ya dəyəri 30 manat, 1 ədəd gümüşü rəngli böyük padnos və ya dəyəri 5 manat, 1 ədəd gümüşü rəngli böyük padnos və ya dəyəri 3 manat, 1 ədəd qara rəngli padnos və ya dəyəri 0,50 manat və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyəri İddiaçı alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində (iddianın qiyməti 5636 manat təşkil etdiyinə görə 76.36 manat dövlət rüsumu ödənilməli, 1858 manat qiymətində iddia təmin edilmədiyindən) 38.56 manat pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 manat məbləğində pul (İddiaçı 25 manat və Cavabdeh 25 manat) vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar