Məhkəmə qərarları › İş №2(050)-117/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-117/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-117/2024 19.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh2 ilə. İddiaçı X2 Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatların təkzib olunması və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatların təkzib olunması və mənəvi ziyan tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı X3 məhkəmə baxışı iclasında ərizə təqdim edərək iddia ərizəsini geri götürdüyünü, sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X2 Cavabdeh1 və Cavabdeh2 qarşı yalan məlumatların təkzib olunması və mənəvi ziyan tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar