Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1316/2025 18.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçılar İddiaçı, X3 və X1 cavabdehlər Masallı Regional “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə payların müəyyən olunması və naturada bölünməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı, X3 və X4 ərizə ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.64 ha hektar torpaq sahəsinin mülkiyyətçilər arasında bölünməsi və payların naturada müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununa nəzər yetirdikdə müəyyən edilir ki, onların mülkiyyətində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.64 ha hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi iddiaçılar və cavabdehlərin ümumi birgə mülkiyyətindədir və xx.xx.2025-ci il tarixdə hüquqları qeydiyyata alınmışdır. Bundan başqa, payçılardan mərhum X2 vəfat etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ümumi birgə əmlak üzərində payların bölünməsi üçün Dövlət Kadastrı və Reyestri Publlik Hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edilsə də, imtina cavabı verildiyindən məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Lakin, 8 saylı Cəlilabad Ərazi İdarəsinin müraciətə baxılmasından imtina edilməsi ilə bağlı məktubu iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəyə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin onun tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçılar İddiaçı, X3 və X1 cavabdehlər Masallı Regional “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan əmlak üzərində payların müəyyən olunması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1316/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1316/2025
18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver