Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1337/2025 02.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh Masallı regional Cavabdehndə notariat ofisinə qarşı (üçüncü şəxs "xxxx" ASC) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Regional Cavabdeh notariusu X2 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ona, X3 və X7 qarşı pul tələbi barədə icra qeydinin verilməsi üçün Masallı Regional Cavabdehndə notariat ofisinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən ondan və digərlərindən 9119.23 manat əsas, 5433.91 manat cərimə, 25 manat dövlət rüsumu, cəmi 14578.14 manat "xxxx" ASC-nin xeyrinə tutulması qeyd olunmuşdur. O, həmin icra qeydindən məlumatsız olmuş, yalnız Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərarını aldıqdan sonar icra qeydindən məlumatı olmuşdur. Bundan sonra Masallı Regional Cavabdehndə Notariat Ofisinə müraciət etmiş və çıxarışdan da göründüyü kimi xx.xx.2025-ci il tarixdə icra qeydi ona təqdim edilmişdir. İcra qeydinə baxdıqdan sonra ondan əsassız olaraq 5433.91 manat cərimə tələb olunmasını bilmişdir, həmin cərimə ilə razı deyil, onda üzrlü səbəblərdən cəmi 3 ay ödənişlərdə gecikmə olmuşdur. Kredit 2022-ci ildə götürülmüş və 2025-ci ilin oktyabr ayında müddəti bitəcəkdir. 20.000 manat kredit götürmüş və 18.600 manat ödəniş olunmuşdur. Lakin sonradan müəyyən problemlər olduğu üçün ödənişlər tam həyata keçirilməmişdir. Bank tərəfindən hesablama düzgün aparılmamış və həddindən artıq yüksək məbləğdə cərimə hesablanmışdır. Buna görə də həmin icra qeydinin ləğv olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, icra qeydi qanunamüvafiq qəbul edilmişdir. İddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə ünvanladığı məktubda işə onların iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Masallı Regional Cavabdehndə notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, reyestrdə 8İ-3252 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı, X1 və X5 MK-126694/22 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 9119.23 manat, 5433.91 manat məbləğində cərimə peniya və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14578.14 manat pul tutulması qeyd edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı, X3 və X7 ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, MK-126694/22 saylı kredit müqaviləsi üzrə 8768.37 manat əsas, 216.40 manat faiz, 20.46 manat cərimə borcu olmaqla, cəmi 9005.23 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı, X3 və X7 ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixə xx.xx.2022-ci il tarixli, MK-126694/22 saylı kredit müqaviləsi üzrə 8555.88 manat əsas, 563.35 manat faiz, 5433.91 manat cərimə borcu olmaqla, cəmi 14533.14 manat məbləğində borcun yaranmasını və borc 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixli, MK-126694/22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı illik 23 % dərəcəsi ilə 36 ay müddətinə 20000 manat məbləğində kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit ödənişlərini (əsas və faizi ilə birlikdə) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, MK-126694/22 saylı və xx.xx.2024-cü il tarixli, MK-126694/22 saylı zaminlik müqavilələrindən görünür ki, X4 və X9 xx.xx.2022-ci il tarixli, MK-126694/22 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. TuranBank Cəlilabad filialı tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, MK-126694/22 saylı kredit müqaviləsi üzrə borclunun 8555.88 manat əsas, 563.35 manat faiz, 5433.91 manat cərimə borcu qalmışdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İcra qeydi aşağıdakı hallarda aparılır: əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, borc məbləği mübahisəlidir. Borclulara bir neçə dəfə fərqli əsas, faiz və cərimə borcunun olması ilə bağlı xəbərdarlıqlar edilmiş və həmin sənədlər əsasında "xxxx" ASC birtərəfli qaydada borc məbləğini hesablamaqla notariusa təqdim etmişdir. Həmin borc məbləğinin real olması isə notariusa təqdim edilmiş sənədlərlə müəyyən etmək mümkün deyil. Belə ki, cərimə borcu 5433.91 manat hesablanmışdır. Dəbbə pulunun göstərilən həcmdə tutulması borclunun əmlak mənafelərinə xələl gətirə bilər. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Notariusa təqdim olunmuş sənədlərin mübahisəsiz olması araşdırılmamışdır. Notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın (bundan sonra-Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, notariat ofisi borcun mübahisəsiz olubolmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək, yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və mübahisələndirilən icra qeydinin ləğv olunması üçün kifayət qədər asaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Masallı regional Cavabdehndə notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 24 fevral 2025-ci il tarixli, reyestrdə 8İ-3252 № ilə qeydə alınmış icra qeydi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı regional Cavabdehndə notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 24 fevral 2025-ci il tarixli, reyestrdə 8İ-3252 № ilə qeydə alınmış icra qeydi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1337/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1337/2025
02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver