Məhkəmə qərarları › İş №2(050)-1365/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1365/2023

28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1365/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh oğlunun, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi barədə mülki işə Masallı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 14 avqust 2009-cu il təvəllüdlü X3 dəyən 15000 manat maddi ziyan və 135 manat dövlət rüsumu, cəmi 15135 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər məhkəməyə xx.xx.2023-cü il tarixli barışıq sazişi təqdim etmişlər. Barışıq sazişinin şərtlərinə görə tərəflər qarşılıqlı surətdə razılığa gəlmişlər ki, aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər, Cavabdeh, İddiaçı oğlu X3 dəymiş maddi ziyanla bağlı 2500 manat verməyi öhdəsinə götürmüş, həmin puldan 1500 manat İddiaçı vermiş, qalan 1000 manat pulu xx.xx.2023-cü il tarixə qədər verməyi öhdəsinə götürür. İddiaçı qeyd olunan şərtlərlə barışıq sazişi bağlamağa razıdır. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq. Məhkəmə iclasında çıxış edən İddiaçı barışıq sazişi bağlanıldığına görə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh barışıq sazişinin bağlanıldığına görə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barışıq sazişinin şərtlərini araşdıraraq hesab edir ki, həmin sazişin şərtləri qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, barışıq sazişinin təsdiq edilməməsi üçün əsaslar yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış saziş təsdiq olunmaqla, mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, MPM-nın 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini imzalamaqla razılığa gəldiklərini ifadə etdiklərindən barışıq sazişi təsdiq edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yolverilmir. Qeyd olunan Mülki Prosessual Məcəllənin normalarının məzmunundan görünür ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, mülki iş üzrə icraata xitam verməlidir. Bununla da işin icraatı başa çatır. Eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə təkrar müraciət etmək hüququ itirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin bağladığı barışıq sazişi təsdiq edilməli, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262.4, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi barədə mülki iş üzrə 28 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisəni sülh yolu ilə həll edirlər və Cavabdeh, İddiaçı oğlu X3 dəymiş maddi ziyanla bağlı 2500 manat verməyi öhdəsinə götürmüş, həmin puldan 1500 manat İddiaçı vermiş, qalan 1000 manat pulu xx.xx.2023-cü il tarixə qədər verməyi öhdəsinə götürür. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdn sonra tərəflər 10 gün müddətində işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar