Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-139/2025 14.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: O, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən telefon mağazasından Toğrul adlı şəxsdən “İphone 13 Pro” markalı mobil telefonu alqı-satqı yolu ilə əldə etmək istəmişdir. Buna görə də dostu Rüfət Əzizovdan "xxxx" ASC-dən öz adına kredit götürüb ona verməsini xahiş etmişdir. X5 Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən "xxxx" ASC-dən öz adına 4500 manat kredit götürüb, həmin məbləğin 1900 manatını Toğrul adlı şəxsin bank hesabına köçürmüşdür. Həmin vaxt kredit rəsmiləşdirilməsi üçün Toğrul əməkdaşlıq etdiyi bankla əlaqə saxlamış və pulun onun hesabına köçürüləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 15 ünvanında yerləşən telefon mağazasında olarkən cavabdeh Ağazadə Toğrul Rafiq oğlu X5un adına olan 4500 manat kreditin bağlanması üçün 1900 manatın qalan məbləği olan 2600 manatın da ona verilməsini, onun həmin pulu banka ödəyib telefon üçün yeni kredit əsasında telefonun ona veriləcəyini demişdir. O da cavabdehin sözünə inanıb əlində olan qalan 2600 manatı da Cavabdeh vermişdir. xx.xx.2023-cü il tarixdə o, Cavabdeh işlədiyi telefon mağazasına gəlmişdir. Toğrul ona 2600 manatı Rüfətin əvəzinə banka ödədiyini, kredit müqaviləsinə xitam verildiyini bildirmiş və ona qonşu dükana yaxınlaşıb adından “İphone 13 Pro” markalı mobil telefonu götürməyini demişdir. O da qonşu dükana Toğrulun adından yaxınlaşıb “İphone 13 Pro” markalı mobil telefonu götürmüşdür. Qeyd edir ki, Cavabdeh həmin vaxt “İphone 13 Pro” markalı mobil telefonun qiymətinin 1200 manat olmasına baxmayaraq, telefonu ona 1500 manata satmışdır. Bir müddət sonra X5 "xxxx" ASC-yə zəng edərək adına olan kreditin bağlanıb-bağlanmaması ilə maraqlanmış, lakin bank tərəfindən həmin kreditin bağlanmadığı bildirilmişdir. Bundan sonra o, dəfələrlə Toğrula müraciət edərək, qalan qalan 3000 manat pulu ona geri ödəməsini tələb etsə də, cavabdeh ona müxtəlif vədlər verərək aldatmışdır. Buna görə də məcbur olub xx.xx.2023-cü il tarixdə AR DİN-nin 102 Xidmətinə müraciət edərək, telefon almağı üçün ödənilmiş 3000 manat pulun ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Süleyman Qəşəmlinin xx.xx.2023-cü il tarixli qərarı ilə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə aparılan araşdırma zamanı Cavabdeh alınmış izahatında o, qeyd etmişdir ki, 2023-cü ilin oktyabr-noyabr aylarında ünvan 1 ünvanında yerləşən telefon mağazasında olarkən əvvəllər tanımadığı İddiaçı kreditlə telefon almaq üçün müraciət etmiş, o, "xxxx" ASC ilə olan əməkdaşlığından dolayı bank vasitəsi ilə kreditin rəsmiləşdirlməsinə köməklik etmişdir. Bundan 1-2 gün sonra Mahirlə aralarında olan razılaşmaya əsasən Mahirin dostunun adına 4500 manat kredit götürülmüş və həmin puldan 1900 manatını “İphone 13 Pro” markalı mobil telefon üçün ödəməyi barədə razılaşmışlar. O, bankla əlaqə saxlamış, Mahirin X5un adına bankdan kredit verildiyini öyrəndikdən sonra səhəri gün krediti rəsmiləşdirərək, pulu Mahir və Rüfət Əzizov bankdan götürmüş qalan 1900 manat pul isə bank vasitəsi ilə onun, yəni Cavabdeh hesabına köçürülmüşdür. Təxminən bir nüçə gün sonra Mahir mağazaya yaxınlaşaraq, "xxxx" ASC-dən götürdüyü 2600 manat pulu ona, yəni Cavabdeh verərək, kredit borcunu bağlamaq istədiyini, telefonu nağd qiymətinə götürmək istədiyini bildirmişdir. O, həmin pulu götürərək bankla razılaşmaq üçün əlaqə saxladıqda mütləq qaydada faiz borclarını ödəməli olduqlarını öyrənərək, ümumilikdə 6000 manat pul ödənilməli olduğunu öyrənmişdir. Sonradan İddiaçı bankla razılığa gələ bilmədiyini bildirərək, ona ödədiyi 1900 manat dəyərində telefon götürə biləcəyini və ona verdiyi 2600 manat pulu Mahirin özünə qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı onun əməkdaşlıq etdiyi digər mağazadan nağd qiyməti 1550 manat, kreditlə olduğu üçün 1900 manata razılığa gəldikləri telefonu əldə etmişdir. Sonradan şəxsi problemləri və maddi sıxıntıları olduğu üçün İddiaçı onda olan 2600 manat pulunu qaytara bilməmişdir. İddiaçı bir neçə gün ərzində qaytaracağını desə də səhhətində yaranan problemlərindən dolayı indiyədək qaytara bilməmişdir. Göründüyü kimi, Cavabdeh Nəsimi Rayon Polis İdarəsində aparılan araşdırma zamanı da “İphone 13 Pro” markalı mobil telefonu almaq məqsədi ilə X5un adından 1900 manatın bank vasitəsi ilə onun, yəni Cavabdeh hesabına köçürüldüyünü, 2600 manatın isə onun özü tərəfindən qəbul edildiyini etiraf etmişdir. Cavabdeh ona satdığı “İphone 13 Pro” markalı mobil telefonun qiymətini isə 1500 manat hesabladığından cavabdehin hazırda ona 3000 manat borcu vardır. Dəfələrlə Cavabdeh 3000 manat pulunu geri tələb etsə də o, həmin pulu heç bir şəkildə ona ödəməyəcəyini bildirmişdir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmçinin o, hər dəfə Cavabdeh hərəkətlərindən, ona olan borcu tələb etdikcə nümayiş etdirdiyi laqeyd davranışları nəticəsində çox böyük stress və mənəvi əzab çəkmişdir. Həmin mənəvi ziyanı isə 1000 manat kimi qiymətləndirir. Bundan əlavə, cavabdehə qarşı yönəlmiş tələb üzrə iddianın məhkəmədə qaldırılması üçün 60 (altmış) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə hesab edir ki, Cavabdeh 3000 manat məbləğində maddi ziyan, 1000 manat mənəvi ziyan, həmçinin iddia verilməsi üçün tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 4060 manat məbləğində pul tutularaq ona ödənilməlidir. İddiaçının tələbi: Cavabdeh 3000 manat məbləğində maddi ziyanın, 1000 manat mənəvi ziyanın, həmçinin iddia verilməsi üçün tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4060 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ərizəsində tələb etdiyi 1000 manat mənəvi zərərin maddi zərər kimi nəzərə alınmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “İphone 13 Pro” markalı telefon almaq üçün "xxxx" ASC-dən dostu Rüfətin adına 4500 manat kredit götürmüşdür. Həmin pulun 1900 manatını “İphone 13 Pro” markalı telefonun ödənişi kimi Cavabdeh kart hesabına köçürmüşdür. Daha sonra kreditinə görə faizlərin yüksək olduğunu və ümumilikdə telefonun ümumi dəyərinin daha baha gəldiyini hesabladıqları üçün nağd pul verib borcu bağlamaq qərarına gəlmişdir. Dostu Rüfət ona 2600 manat pul vermiş və birlikdə Cavabdeh yanına getmiş və pulu ona vermişlər. Cavabdeh onları borcun bağlanacağına görə arxayın etmiş, bu barədə narahat olmamalarını bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh onu aldatmış və vermiş olduğu 2600 manatı şəxsi istifadəsinə götürmüş, krediti bağlamamışdır. Əlavə olaraq 400 manatı telefonun ona baha qiymətə satılmasına görə, 1000 manatı isə çəkdiyi əlavə xərclər ilə bağlı cavabdehdən tələb edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı uşaqlıq dostudur. Cavabdeh mağazada satıcı kimi tanımışdır. 2023-cü il tarixdə "xxxx" ASCdən 4500 manat telefon almaq üçün kredit götürmüşdür. Krediti İddiaçı üçün götürmüşdür. Həmin puldan 1900 manatı telefon mağazasına verilmişdir. 2600 manat özündə qalmışdır. Daha sonra kreditlə telefonun baha qiymətə gəlməsini hesabladıqlarından qalan borcu nağd ödəmək qərarına gəlmiş və 2600 manatı dostu İddiaçı borc vermiş və birlikdə mağazaya gedərək, Mahir həmin pulu Cavabdeh vermişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2023-cü il tarixli Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Süleyman Qəşəmlinin qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 müraciəti əsasında toplanmış HK-1/2353 saylı materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, təxminən 2023-cü ilin oktyabr-noyabr aylarında ünvan 4 ünvanında yerləşən mağazada olarkən əvvəllər tanımadığı İddiaçı kreditlə telefon almaq üçün ona müraciət etmişdir. Toğrul Ağayev "xxxx" ASC ilə olan əməkdaşlığından dolayı bank vasitəsilə kredit rəsmiləşdirilməsinə köməklik etmişdir. Bundan 1-2 gün sonra Cavabdeh ilə İddiaçı birlikdə razılaşaraq Mahirin dostunun adına 4500 manat kreditin götürülməsi və həmin puldan 1900 manatını "İphone 13 pro" markalı telefon üçün ödəyəcəyinə dair razılaşmışlar. Cavabdeh bankla əlaqə saxlayaraq Mahirin X5un adına kredit verildiyini öyrəndikdən sonra səhəri günü krediti rəsmiləşdirərək pulu Mahir ilə Rüfət Əzizov bankdan götürmüş, qalan 1900 manat pul bank vasitəsilə Cavabdeh hesabına köçürülmüşdür. Təxminən bir neçə gün sonra Mahir mağazaya yaxınlaşaraq "xxxx" ASC-dən götürdüyü 2600 manatı Cavabdeh verərək kredit borcunu bağlamaq istədiyini telefonu nağd qiymətinə götürmək istədiyini bildirmişdir. Cavabdeh həmin pulu götürərək bankla razılaşmaq üçün əlaqə saxladıqda mütləq qaydada faiz borclarını ödəməli olduqlarını öyrənərək, ümumilikdə 6000 manat pulun ödənilməsini öyrənmişdir. Sonradan İddiaçı bankla razılığa gələ bilmədiyini bildirərək, Toğrula ödədiyi 1900 manat dəyərində telefon götürə biləcəyini və 2600 manat pulu özünə qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı Toğrulun əməkdaşlıq etdiyi digər mağazadan nağd qiyməti 1550 manat kreditlə olduğu üçün 1900 manata razılığa gəldikləri telefonu əldə etmişdir. Sonradan Cavabdeh şəxsi problemləri və maddi sıxıntıları olduğundan İddiaçı onda olan 2600 manat pulunu qaytara bilməmişdir. İddiaçı bir neçə gün ərzində qaytaracağını desə də, səhhətində yaranan problemlərdən dolayı indiyədək qaytara bilməmişdir. Ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsi üzrə 36 ay müddətinə aylıq ödəniş 174,49 manat olmaqla, sonuncu ay 173,69 manat ödəniş edilməlidir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ilkin olaraq alğısatqı münasibətləri yaranmış, iddiaçı Cavabdeh kreditlə “İphone 13 Pro” markalı mobil telefon almışdır, telefona görə 1900 manat ödəniş etmişdir. Kreditin ümumi dəyəri 4500 manat olmuşdur. Daha sonra krediti bağlamaq və müqavilə üzrə öhdəliklərə xitam vermək üçün 2600 manat məbləğində pulu X5dan borc alaraq cavabdehə vermiş və kreditə xitam verilməsində ona köməklik edilməsini xahiş etmişdir. 2600 manat məbləğində pulun cavabdehə verilməsi şahid ifadəsi, həmçinin Cavabdeh Nəsimi RPİ-də verdiyi izahatı ilə sübuta yetirilir. Bu səbəbdən məhkəmə 2600 manat pula münasibətdə iddia tələbini əsaslı hesab edir. Bundan əlavə məhkəmə 3000 manatdan geri qalan 400 manata münasibətdə iddia tələbinin əsassız olması qənaətinə gəlir və qeyd edir ki, iddiaçı bu hissədə tələbini əsaslandırarkən “İphone 13 Pro” markalı mobil telefonu aldıqdan sonra onun dəyərinin 300- 400 manat daha aşağı olduğunu müəyyən etmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçıdan 400 manat məbləğində pul vəsaiti də tutulmalıdır. Göstərilənlərə məhkəmə tərəfindən qiymət verilərkən qeyd edilməlidir ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanarkən İddiaçı aldığı məhsulun dəyərini bilmiş və 1900 manat məbləğində pulu şəxsi iradə ifadəsi ilə qarşı tərəfə ödəməklə “İphone 13 Pro” markalı mobil telefonu satın almışdır. Bu halda iddiaçının iddiası 400 manata münasibətdə əsassız hesab edilməlidir. İddiaçının digər tələbi məhkəmə və hüquqi yardıma görə çəkilmiş xərclər ilə bağlı 1000 manat maddi zərərin cavabdehdən tutulmasıdır. Məhkəmə qeyd edir ki, 1000 manat maddi zərərin iddiaçıya vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2600 manat pul və ödənilmiş dövlət rüsumuna görə 60 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-139/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-139/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver