Məhkəmə qərarları › İş №2(050)-1451/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1451/2024

05.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1451/2024 05.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı “yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə aldığı xəsarətlərlə bağlı, müayinə və müalicələrinə sərf etdiyi, gələcəkdə edə biləcəyi, həm də, bu gün mənəvi əzablı anları, mənəvi işgəncələri və mənəvi sarsıntıları ona yaratdığına görə ona dəymiş 7000 manat məbləği maddi və mənəvi ziyan pul” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 aprel 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh şəxs Cavabdeh idarə etdiyi "Mersedes Benz E-200" markalı avtomaşınla "Yol hərəkəti haqqında" Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndin tələblərini ciddi pozub, məhz hadisənin qarşısını almağa texniki imkan olduğu halda, buna əməl edilmədən sərnişin qismində əyləşdiyi bu maşında bu gün yüksək təhlükə mənbəyi olaraq ona yetirilən çoxsaylı xəsarətlər nəticəsində aldığı müayinə və müalicələrinə sərf etdiyi və gələcəkdə sərf edəcəyi tibbi müalicələrinin davam etdiyini və edəcəyini ciddi nəzərə almaqla, həm də, bu gün mənəvi sarsıntıları və mənəvi əzabları yaşamağa məcbur olduğundan cavabdeh bu şəxsdən, Cavabdehn 7000 manat məbləğində maddi və mənəvi ziyan pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edimiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir.O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı; 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının tələbi dəqiq deyildir. Belə ki, iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş, iddia ərizəsinin “xahiş etdi” hissədində 7000 manat məbləğində maddi və mənəvi ziyan cavabdehdən tutulması göstərilsə də, mənəvi ziyanın və maddi ziyanın ayrılıqda nə qədər olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunverciliyə görə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə onun icraatı mümkündür, hazırkı iddia ərizəsinin qanunvericilik ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Buna görə də, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müarciət etməyə mane olmaması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152,263,264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə aldığı xəsarətlərlə bağlı, müayinə və müalicələrinə sərf etdiyi, gələcəkdə edə biləcəyi, həm də, bu gün mənəvi əzablı anları, mənəvi işgəncələri və mənəvi sarsıntıları ona yaratdığına görə ona dəymiş 7000 manat məbləği maddi və mənəvi ziyan pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar