Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1581/2024 25.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əmlakların onun evindən çıxarılması tələbinə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evində yerləşdirilmiş 2 ədəd divan, 1 ədəd taxt, 1 ədəd soyuducu, 1 ədəd jurnalnı masa, 3 ədəd çaydan, 6 ədəd çaşqa, 50 ədəd boşqab, 9 ədəd kasa, 1 ədəd sandıq, 1 ədəd meyvə qabı, 2 ədəd güldan, 3 ədəd şüşə qab dərin, 2 ədəd bulud, 1 ədəd qəndqabı, 50 ədəd nəlbəki, 5 ədəd çörəkqabı, 5 ədəd qazan, 1 ədəd aliminum qazan, 4 ədəd tava, 2 ədəd tefal qazan, 1 ədəd elektrikli soba, 1 ədəd vedrə, 1 ədəd paltarasan, 1 ədəd mətbəx naboru, 4 ədəd konfetqabı, 1 ədəd qazan naboru 5 nəfərlik, 1 ədəd banka ağzı açan nabor, 4 ədəd şüşə qəndqabı, 5 ədəd şüşə ləpəqabı, 2 ədəd ləyən, 3 ədəd padnos, 5 ədəd bulud qaşığı, 10 ədəd xörək qaşığı, 6 ədəd bıçaqçəngəl, 1 ədəd çömçə, 1 ədəd qozçəkən, 1 ədəd ütü, 1 ədəd mikser, 2 ədəd külqabı, 1 ədəd hündür vaza, 4 ədəd xalça, 5 ədəd nimdar, 1 ədəd yorğan, 1 ədəd döşək, 2 ədəd kreslo, 6 ədəd balışdan ibarət əmlakların öz hesabına onun evindən çıxarılması və 100 (bir yüz) manat dövlət rüsumuna görə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Masallı rayonu, Ərkivan qəsəbəsində 0.07 ha torpaq sahəsində yerləşən 104.6 kv.m fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi əvvəlki çıxarış əsasında ona və ailə üzvlərinə məxsus olmuş, hazırda isə tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh onun mərhum qardaşı X5 həyat yoldaşı olmuşdur. Qardaşı xx.xx.2018-ci ildə vəfat etmişdir. Cavabdeh və onun uşaqları 2016-cı ildən etibarən onun evindən çıxmışlar və Bakı şəhərində yaşayırlar. Cavabdeh və onun uşaqları heç mərhum qardaşı Mehmana baxmamışlar və 2016-cı ildən etibarən yaşayış yerlərini dəyişmişlər. Cavabdehin müəyyən əmlakları onun evində qalmışdır və onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Hazırda mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdehə məxsus əmlaklar 2 ədəd divan, 1 ədəd taxt, 1 ədəd soyuducu, 1 ədəd jurnalnı masa, 3 ədəd çaydan, 6 ədəd çaşqa, 50 ədəd boşqab, 9 ədəd kasa, 1 ədəd sandıq, 1 ədəd meyvə qabı, 2 ədəd güldan, 3 ədəd şüşə qab dərin, 2 ədəd bulud, 1 ədəd qəndqabı, 50 ədəd nəlbəki, 5 ədəd çörəkqabı, 5 ədəd qazan, 1 ədəd aliminum qazan, 4 ədəd tava, 2 ədəd tefal qazan, 1 ədəd elektrikli soba, 1 ədəd vedrə, 1 ədəd paltarasan, 1 ədəd mətbəx naboru, 4 ədəd konfetqabı, 1 ədəd qazan naboru 5 nəfərlik, 1 ədəd banka ağzı açan nabor, 4 ədəd şüşə qəndqabı, 5 ədəd şüşə ləpəqabı, 2 ədəd ləyən, 3 ədəd padnos, 5 ədəd bulud qaşığı, 10 ədəd xörək qaşığı, 6 ədəd bıçaqçəngəl, 1 ədəd çömçə, 1 ədəd qozçəkən, 1 ədəd ütü, 1 ədəd mikser, 2 ədəd külqabı, 1 ədəd hündür vaza, 4 ədəd xalça, 5 ədəd nimdar, 1 ədəd yorğan, 1 ədəd döşək, 2 ədəd kreslo, 6 ədəd balışdan ibarətdir. Cavabdehə dəfələrlə əmlaklarını evdən çıxarması barədə xəbərdarlıq etmiş, hətta rəsmi qaydada ərizə də göndərmiş, lakin nəticəsi olmamış, cavabdeh əmlaklarını çıxarmaq istəməmişdir. Nəticədə onun mülkiyyət hüquqları pozulur, cavabdehin əmlakları onun evində qaldıqca evindən sərbəst istifadə edə bilmir, bundan başqa, cavabdehin əmlakları evində olduğu üçün onları qoruyur, hər hansı fəlakət olsa, oğurluq olsa əmlaklar onun cavabdehliyində qalacaqdır. Cavabdeh əmlaklarını könüllü olaraq evindən çıxarmaq istəmədiyindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehin həmin evə köçürülməsi barədə məhkəmə qətnaməsi olmuşdur. Lakin, sonradan Apelyasiya Məhkəməsinin qərarı ilə həmin qətnamə ləğv edilmişdir. Hazırda cavabdehin həmin evdə heç bir hüququ yoxdur. Odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin teleqramla müraciət edərək, səhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, həmin evdə olan əmlaklar ona məxsusdur. Hazırda Bakı şəhərində kirayədə yaşayır. Əmlaklarını da kirayədə yaşadığı üçün apara bilmir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********78-10301 reyestr nömrəli, seriya RX № ******* saylı çıxarışa əsasən Masallı rayonu, Ərkivan qəsəbəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən sahəsi 104.6 kv.metr olan fərdi yaşayış evi ümumi birgə paylı mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Digər hüquq sahibləri (ümumi birgə pay) Nümayəndə, İddiaçı, X14, X17, X9r. Masallı Rayon Məhkəməsinin 2(050)-2312/2020 saylı, 06 noaybr 2020-ci il tarixli qətnaməsindən görünür ki, 16 mart 2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka birinci növbəli vərəsə Nümayəndə hüquqları tanınmaqla onun mirası faktiki qəbul etməsi müəyyən edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 104.6 kv.m olan fərdi yaşayış evində paylar Nümayəndə 2/6, İddiaçı 1/6, X6 1/6, X7 1/6 və X8 1/6 kimi müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********78-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Ərkivan qəsəbəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən sahəsi 104.6 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahiblərinin payı İddiaçı 1/6, X14 1/6, X15 1/6, Nümayəndə 3/6 kimi müəyyən edilmişdir. AN-İ № ******* saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X18 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Cəlilabad Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ona verilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 104.6 kv.m olan fərdi yaşayış evində olan 1/6 payını (17.43 kv.m) Nümayəndə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********78-10301 reyestr nömrəli çıxarışa və texniki pasporta əsasən Masallı rayonu, Ərkivan qəsəbəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən sahəsi 104.6 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 11 oktyabr 2018-ci ildə ölmüşdür. Masallı Rayon Məhkəməsinin 2(050)-804/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh, X10 və X1 rayonu, Ərkivan kəndində yerləşən, ümumi sahəsi 104.6 kv.m və mülkiyyət hüququ üzrə mərhum X3 adına olan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(106)-2574/2021 saylı qərardadından görünür ki, Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-804/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar Cavabdeh, X10 və X4 cavabdeh Nümayəndə qarşı evə köçürülmə, həmin evə yaşayış və istifadə hüququnun verilməsi tələblərinə dair iddia baxılmamış saxlanılmışdır. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh əmlaklarının ona məxsus evdən 10 gün ərzində çıxarılması barədə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə müəyyən olunur ki, İddiaçı Masallı rayonu Ərkivan qəsəbəsində yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Ev daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçmişdir, evə mülkiyyətçi kimi faktiki olaraq sahiblik və istifadə hüququ iddiaçıya məxsusdur. Beləliklə iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Bundan başqa Cavabdeh iddiaçıya məxsus evə gəlin köçməsi, özü ilə cehiz əmlakları həmin evə gətirməsi, 2016-cı il tarixdən etibarən həmin evdən uşaqları ilə birlikdə çıxması, yəni faktiki olaraq evdə yaşamadığı, lakin ona məxsus iddia ərizəsində qeyd edilmiş cehiz əşyaları çıxarmadığı işin mübahisələndirilməyən hallarıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaya münasibət bildirərək, iddiaçıya məxsus evdə cehizlik əşyalarının olduğunu etiraf etmiş, həmin evə dair hər hansı əmlak hüququnun olduğunu iddia etməmiş, sadəcə olaraq kirayə evdə yaşadığından əmlakları yerləşdirmək üçün şəraiti olmadığından əşyaları çıxarmaq istəmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, hazırki işdə cavabdeh qismində iştirak edən Cavabdeh qeyd edilən mənzilə köçürülməsi üçün əvvəllər Masallı Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, iddiası təmin edilsə də, sonradan cavabdehlərin şikayəti əsasında işə apellyasiya məhkəməsində baxılarkən iddiaçı qətnamənin ləğv edilməsini, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qətnamə ləğv edilərək iddia baxılmamış saxlanılmış, həmin qərardaddan şikayət edilməmişdir. Belə olan halda, Cavabdeh sözü gedən fərdi yaşayış evinə hər hansı hüququnun yaranmadığı açıqaşkar görünür. Cavabdeh sözü gedən yaşayış sahəsinə hər hansı formada bağlılığı olmadığından və ona məxsus əyaların yaşayış sahəsindən çıxarmaması mülkiyyətçinin hüquqlarından istifadə etməyə ciddi maneə törədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək hesab edir ki, Cavabdeh məxsus əmlakların iddiaçının evində qalması, onun mülkiyyət üzərində sahiblik və istifadə hüquqları pozur. Hal-hazırda cavabdeh həmin evdə yaşamır, evdə yaşamaqla bağlı hər hansı hüququ yoxdur, əmlaklarını könüllü götürmədiyi üçün iddiaçı tələbində haqılıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq, belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2 ədəd divan, 1 ədəd taxt, 1 ədəd soyuducu, 1 ədəd jurnalnı masa, 3 ədəd çaydan, 6 ədəd çaşqa, 50 ədəd boşqab, 9 ədəd kasa, 1 ədəd sandıq, 1 ədəd meyvə qabı, 2 ədəd güldan, 3 ədəd şüşə qab dərin, 2 ədəd bulud, 1 ədəd qəndqabı, 50 ədəd nəlbəki, 5 ədəd çörəkqabı, 5 ədəd qazan, 1 ədəd aliminum qazan, 4 ədəd tava, 2 ədəd tefal qazan, 1 ədəd elektrikli soba, 1 ədəd vedrə, 1 ədəd paltarasan, 1 ədəd mətbəx naboru, 4 ədəd konfetqabı, 1 ədəd qazan naboru 5 nəfərlik, 1 ədəd banka ağzı açan nabor, 4 ədəd şüşə qəndqabı, 5 ədəd şüşə ləpəqabı, 2 ədəd ləyən, 3 ədəd padnos, 5 ədəd bulud qaşığı, 10 ədəd xörək qaşığı, 6 ədəd bıçaq-çəngəl, 1 ədəd çömçə, 1 ədəd qozçəkən, 1 ədəd ütü, 1 ədəd mikser, 2 ədəd külqabı, 1 ədəd hündür vaza, 4 ədəd xalça, 5 ədəd nimdar, 1 ədəd yorğan, 1 ədəd döşək, 2 ədəd kreslo, 6 ədəd balışdan ibarət əmlaklar İddiaçı məxsus Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən yaşayış evindən Cavabdeh tərəfindən çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1581/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1581/2024
25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver