Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1600/2024 12.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 2000 manat məbləğində maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 16 aprel 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh şəxs Cavabdeh idarə etdiyi "Mersedes Benz E-200" markalı avtomaşınla "Yol hərəkəti haqqında" Qanunun 36-cı maddəsinin, 3-cü bəndin tələblərini ciddi pozub, məhz hadisənin qarşısını almağa texniki imkan olduğu halda, buna əməl edilmədən, sərnişin qismində əyləşdiyi bu maşında bu gün yüksək təhlükə mənbəyi olaraq ona yetirilən çoxsaylı xəsarətlər nəticəsində aldığı müayinə və müalicələrinə sərf etdiyi və gələcək sərf edəcəyi tibbi müalicələrinin davam etdiyini və edəcəyini ciddi nəzərə almaqla, həm də, mənəvi sarsıntıları və mənəvi əzabları yaşamağa məcbur olduğundan Cavabdeh 2000 manat məbləğində maddi və 5000 manat mənəvi ziyan pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona qarşı cavabdeh təqsirləndirilərək, məhkum edilən Cavabdeh təqsiri üzündən, məhz cavabdehin idarə etdiyi "Mersedes Benz-E 220" markalı **-ZV-*** dövlət qeydiyyat nömrəli avtomobillə, 16 aprel 2022-ci il tarixdə saat 08:45 radələrində Bakı Astara yolunun Yasamal rayonu ərazisindən keçən 5- 8-ci km-də törətmiş olduğu yol nəqliyyat hadisəsi sərnişin olaraq onun ciddi az ağır xəsarətlər almağına səbəb olduğundan, bu gün ona qarşı haqlı iddia tələbi ilə məhkəməyə müraciət etməyini zəruri edib. Aldığı xəsarətlərlə bağlı müalicə və müayinələrinə sərf etdiyi bu pulların və gələcək tələb edilərək, dava-dərmanları üçün müayinə və müalicələri üçün sərf ediləcək pulları, maddi ziyanları həm də mənəvi sarsıntı və mənəvi əzabları, mənəvi işgəncələri bu günədək yaşamağa məcbur olmağı ilə bağlı əsaslı olaraq 2000 manat məbləğində maddi ziyan və 5000 manat məbləğində mənəvi ziyan, ümumi halda 7000 manat məbləğində pul tələb etməyi haqlı bir tələbkarlıq olub, yüksək təhlükə mənbəyinin vurduğu ziyanların nəticəsidir ki, məhz aldığı xəsarətlərlə bağlı, bu gün onun müalicələrinə sərf etdiyi və aldığı bu xəsarətlərlə bağlı gələcək müalicə və müayinələrinə sərf etmək və sağlamlığını bərpa etmək məqsədilə xarici ölkəyə gedə biləcəini də nəzərə alıb, həmin məbləğ pula ciddi eytiyac duyur ki, sağlamlığını bərpa etdirə billsin. Çünki, baş vermiş bu yol-nəqliyyat qəzası nəticəsində sağlamlığının uzun müddət pozulmasına səbəb olan başbeyinin alın payı nahiyyəsinin subdural qansızması ilə müşayət olunan başın-tapa nahiyəsinin əzilmiş yarası və s. xəsarətlər görünsə bu, sürücü Cavabdeh təqsiri üzündən baş verdiyiniə görə tələb etdiyi maddi və mənəvi ziyan puluna da cavabdehlik daşımağa məcburdur. Bu faktı iş üzrə təyin edilmiş AR-sı Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Eksrertiza və X5 tərəfindən verilmiş 05.05. 2022-ci il tarixli 419 saylı rəy bir daha təsdiq edir. Onda yaranmış bu xəsarət xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid olduğu bu rəylə də təsdiq edilmişdir. Bu barədə təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli hökmdə ətraflı göstərildiyindən, bir daha açıqlama vermir. Həmin hökmün surəti hazırki iddia ərizəsinə əlavə olunur. Cavabdeh bu şəxsin təqsiri üzündən vurulmuş ziyanla, çəkilən xərcin az bir hissəsi, 6000 manat məbləğ yox, 400 manat məbləğ pul ödənilib, sığorta ilə da 1000 manat məbləğ pul ona verildiyindən, qalan məbləğ açıqlanan və hökmdə göstərilən pul ona ödənilməmişdir. Məhz buna görə də o da, bir insan kimi zərərçəkmiş şəxs kimi az məbləğdə ona pul ödənildiyindən, o, bunları nəzərə alıb, gələcək maddi ziyanları ilə də bağlı ona ödəyəcək maddi ziyanları verəcəyini düşünməklə, barəsində cinayət işi qaldırılmasının rədd edilməsinə razılıq versə də, cavabdeh verdiyi sözə heç də əməl etmədən, onu aldadaraq, xəsarətləri ilə bağlı bu günə kimi xəstəxanalarda müayinə və müalicələr almağına lazımi köməkliyi kifayət qədər etmədiyindən, öz hesabına sağlamlığını təmin etmək üçün müayinə və müalicələrini ciddi çətinliklərlə həyata keçrilməkdə davam edir. Bütün maddi ziyanlara yanaşı, həm də, bu gün mənəvi sarsıntılar, mənəvi işgənələr və mənəvi iztirablar hesabına da mənəvi ziyanlara artıq mübtəla olub, olduqca maddi sarıntılar keçirir və bu mənada ailənin bütün üsvülərini də əzablı həyat yaşamağa məcbur etmişdir. Məhz elə bunun nəticəsidir ki, zərərçəkmiş şəxs olaraq, razılığı əsasında ona edilən və gələcək edilə biləcək maddi köməkliklərin nəticəsi olaraq, bu gün təqsirli görünən bu şəxs barəsində "Cinayət işi başlanmasının rədd edilməsinə dair" 16 may 2022-ci il tarixli qərar qəbul edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən başqa heç bir yardım və heç bir maddi köməklik ona göstərilmədiyi üçün, aldadıcı bir mövqe barəsində nümayiş etdirdiyinə görə o, əsaslı şikayətçi olduğundan "Cinayət işi başlanmasını rədd edən" bu məlum qərarın prosessual ləğv edilməsi nəticəsində də onun üzərinə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə qaldırılmış cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə 1(bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 1(bir) il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilərək, cəzasını məntəqə tipli Cəza-Çəkmə Müəssisəsində çəkməsi tələb edilmişdir. Bu gün bu hökmdən və ona verilən cəzadan narazı qaldığı üçün prosessual şikayətlərini əsaslı davam etdirir. Bu gün o, aldığı xəsarətlərlə bağlı, müayinə və müalicələrini aparmaqda davam edir və pula ciddi ehtiyacı olduğunu bildirir. Ona görə də bu gün haqlı olaraq cavabdehdən 2000 manat məbləğində maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyan pulunu tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh hazırki iddia üzrə 500 manat ödəmək iqtidarındadır, 2000 manat maddi və 5000 manat mənəvi ziyan ödəmək iqtidarında deyildir. İddiaçı 500 manat ziyana razı deyildirsə, digər məbləğlərin ödənilməsi iqtidarında olmayacaqdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-288/2023 nömrəli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Barasində seçilmiş «başqa yerə getməmək haqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi, İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Cavabdeh tutulub dövlət nəfinə keçirilməsi, İş üzrə maddi sübut kimi tanınmış avtonəqliyyat vasitələrinin qanuni sahiblərinə qaytarılması nəzərə alınması, Cavabdeh məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri "Mərkəz" vəkil bürosunun vəkili X2 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri "Mərkəz" vəkil bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddiaçının cavabdehdən maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının sağlamlığına ziyan dəymiş olması mülki işin mübahisəsiz halıdır. Belə ki, bunu cavabdeh məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə də təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, maddi ziyanın ağlabatan məbləğdə tutulması daha əsaslı hesab oluna bilər. Odur ki, iddia qeyd olunan hissədə təmin edilməlidir. Bundan əlavə iddiaçı hazırkı iddia ərizəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən, yəni 1000 manat məbləğində təmin edilməli olması qənaətinə gəlir və mənəvi ziyanın 1000 manat qiymətləndirilməsini ağlabatn və işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə iş üzrə ödənilmiş 91.80 manat məbləğində dövlət rüsumunun da cavabdehə aid edilməli olduğu qənaətinə gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində maddi ziyan, 1000 (bir min) manat məbləğində mənəvi ziyan və 91.80 (doxsan bir, səksən) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1600/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1600/2024
12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver