Məhkəmə qərarları › İş №2(050)-164/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-164/2025

07.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-164/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə, Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı "notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Masallı Regional Cavabdeh Notariat Ofisinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin çıxarılmasını xahiş etdiyindən, Masallı Regional Cavabdeh Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydi ilə BK № MK-2938/21 saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş 13536,90 manat əsas borcun, 414,18 manat faiz borcunun, 14111,33 manat dəbbə pulu olmaqla, ümumilikdə 28062,71 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən torpaq sahəsinə və həyətyanı tikili və qurğularla birlikdə ümumi sahəsi 94,9 kv. m-dən ibarət olan fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq bildirir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə o, öhdəliyini vaxtı-vaxtında yerinə yetirərək borcunun müəyyən hissəsini ödəmiş, sonradan maddi imkanı zəiflədiyi üçün kredit borcunu ödəniş qrafikinə uyğun ödəyə bilməmişdir. Buna baxmayaraq öhdəliyi üzrə məbləğlərdə müəyyən gecikmələr və fərqlər olsa da, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənişlər etmişdir. Lakin sonradan maddi vəziyyəti çox pisləşdiyindən ödənişləri vaxtında ödəyə bilməmişdir. Bir neçə gün bundan əvvəl Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən ona göndərilmiş SMS bildiriş nəticəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsinə yaxınlaşdığı zaman Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən ona bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilməmiş öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Masallı Regional Cavabdeh Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydi əsasında Cəlilabad rayon İcra və Probasiya şöbəsinə icra sənədi daxil olmuşdur. Bundan sonra, o, Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramovun iş otağında barəsində xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, Masallı Regional Cavabdeh Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş icra qeydi ilə tanış olan zaman müəyyən etmişdir ki, icra qeydində onun borcu düzgün hesablanmamış, cərimə məbləği həddindən artıq şişirdilmişdir. Şişirdilmiş cərimə məbləği araşdırılma tələb etdiyi halda Masallı Regional Cavabdeh Notariat Ofisinin xüsusi notariusu X3 buna hüquqi qiymət verməyərək, qeyri-qanuni olaraq icra qeydi qəbul etmişdir. Notariusun icra qeydi verməsi üçün tələbkarın tələb etdiyi borc məbləği mübahisəsiz olmalıdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Masallı Regional Cavabdeh Notariat Ofisinə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin çıxarılması barədə müraciət edərkən borc məbləğinin dəbbə hissəsini şişirdilmiş formada yazmışdır. Bu da o deməkdir ki, tələbin dəbbə hissəsində mübahisə mövcud olduğundan, borc məbləğinin şişirdilməsi həqiqəti əks etdirmədiyindən icra qeydi üzrə mübahisəli hallar olduğu üçün icra qeydi ləğv edilməlidir. İddiaçının tələbi: xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, Masallı Regional Cavabdeh Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, "xxxx" ASC-dən 70000 manat məbləğində kredit götürmüşdür. 30 ay ardıcıl olaraq ödəniş etmiş, son 6 ayda iş yerini itirməsi və müflis olmasına görə ödənişləri edə bilməmişdir. "xxxx" ASC-dən ona 3 ay müddət verilməsini, əmlakını satıb borcu ödəyəcəyini bildirmişdir. Lakin torpaq sahəsinin sənədlərində problem olduğundan əmlakı vaxtında sata bilməmişdir. Bank tərəfinfən ona göndərilmiş icra qeydinə dair xəbərdarlıq bildirişi ona çatdırılmış, bu barədə məlumatlı olmuşdur. Lakin cərimə məbləğinin artırılmasından daha sonra xəbər tutmuş və bu səbəbdən icra qeydinin ləğvi barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bank tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli BK № MK-2938/21 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə illik 18% olmaqla 70000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərini tam həcmdə icra etmədiyinə görə ona icra qeydi barədə bildiriş göndərilərək, xəbərdarlıq edilmiş və qanunveriliciliklə müəyyən edilmiş müddət gözlənilməklə icra qeydi qəbul edilmişdir. Cərimə məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən banka edilməli olan aylıq ödənişlər tam icra edilmədiyinə görə davamlı olaraq cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş sənədlər: "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, sonuncuya 13536,9 manat məbləğində banka əsas kredit borcunu və ona müvafiq olaraq hesablanmış faiz borcunu ödəməməklə müqavilə şərtlərini pozduğu və borcunu 20 gün müddətində ödəmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, bildiriş İddiaçı çatdırılmışdır. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, “İddiaçı banka olan borc məbləğinin 3 (üç) gün ərzində TuranBank ASC-yə ödəməyi tələb olunur. Əks halda "xxxx" ASC tərəfindən müqavilə vaxtından əvvəl ləğv ediləcək və qalıq borc ona məxsus olan ünvan 5 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 94.9 kv.m-dən ibarət fərdi yaşayış evi torpaq sahəsi, həyətyanı tikili və qurğularla birlikdə ipoteka ilə yüklü edilmiş və ünvan 6 ünvanında 0.0599 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97.1 kv.m-dən ibarət olan fərdi yaşayış evi torpaq sahəsinin və həyətyanı tikili və qurğularla birlikdə ipoteka ilə yüklü edilmiş əmlak hesabına borcun Banka ödənilməsi üçün məhkəməyə müraciət ediləcəkdir. Masallı regional Cavabdeh notariat ofisinin xx.xx.2024-cü il tarixli 8İ-20514 nömrəli icra qeydindən görünür ki, Masallı regional "ASAN Xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 təklif edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1095, ünvan 7 ünvanında yerləşən "xxxx" ASC-nin VÖEN:**********/ tələbi ilə ipoteka qoyan- ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2022 - Cəlilabad RPŞ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1987), CƏLİLABAD, AZƏRBAYCAN KÜÇ., EV 75 ünvanında qeydiyyatda olan X4 (AZE18557670, xx.xx.2018 - Cəlilabad; FİN: 2EYKY13; d/t: xx.xx.1977), Cəlilabad rayonu, Ləkin Ə/D, Badamağac kəndi ünvanında qeydiyyatda olan X2 (AA4266123,xx.xx.2022 - Səyyar-Asan 8; FİN: 2UA75J4; d/t: xx.xx.1987), ünvan 11 ünvanında qeydiyyatda olan X1 (AZE16565864, xx.xx.2017 - Cəlilabad; FİN: 55SFNC1; d/t: xx.xx.1991) məxsus ipoteka predmeti olan ünvan 5 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən torpaq sahəsi və həyətyanı tikili və qurğularla birlikdə ümumi sahəsi 94.9 kv.m-dən ibarət olan fərdi yaşayış evi və ünvan 6 ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən BK № MK-2938/21 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 13536.90 manat əsas borc, 414.48 manat faiz borcu, 14111.33 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 28062.71 manat təşkil edir.) Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülk hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı xx.xx.2021-ci il tarixli BK № MK-2938/21 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə illik 18% olmaqla 70000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı borcu vaxtında qaytarmadığı üçün Masallı regional Cavabdeh notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Hazırda İddiaçı icra qeydinin ləğv edilməsini tələb edir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, kredit müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlanmış və hər iki tərəf öz üzərinə öhdəliklər götürmüşdür. Bank müqavilə üzrə razılaşdırılmış kredit məbləğini İddiaçı verməklə öz öhdəliklərini yerinə yetirmiş olsa da, bunun əksi olaraq İddiaçı müqavilə üzrə borcunu vaxtında və lazimi qaydada icra etmədiyinə görə müqavilə üzrə razılaşdırılmış şərtlər pozulmuşdur. Nəticədə bank tərəfindən icra qeydinin verilməsi üçün qanunvericiliyin tələblərinə riayət edilməklə notariat ofisinə ərizə verilmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələbinə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, borc öhdəliyinin 20 gün ərzində yerinə yetirilməyəcəyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli 8İ-20514 nömrəli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyildir. Digər tərəfdən "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-yə, Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı "notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar