Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-174/2024 08.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X16 (sədrlik edən), məhkəmə iclasının katibi X12, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Masallı Regional ASAN Xidmət mərkəzində notariat ofisinə qarşı «miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxs Masallı Regional ASAN Xidmət mərkəzində notariat ofisinə qarşı «miras əmlakda payların müəyyən edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********86-10301 reyestr nömrəli Çıxarışla mərhum anası X3 adına qeydə alınmış Masallı rayonu Sərçuvar kəndində 0,22 ha miras torpağın üzərində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 177,1 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X7 ilə X3 nikahlarından sağ qalan övladları onunla bacısı Zərnişan Hüseynovadır. Atası xx.xx.1982-ci ildə, anası isə xx.xx.2002-ci ildə vəfat etmişdir. Anasından miras olaraq 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsi ilə orada inşa edilmiş fərdi yaşayış evi qalmışdır. Torpaq sahələri ilə bağlı cavabdehlə arasında məhkəmə mübahisəsi olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(106)- 2121/2020 saylı qətnaməsi ilə anasından qalmış mirası cavabdehlə onun faktiki qəbul etməyi müəyyən edilmiş və həmin torpaq sahələrində hər birinin ½ payları olması qət edilmişdir. Sözügedən qətnamə icra edilərək anasından miras qalmış torpaqlara dair onunla bacısının hər birinin adına ½ payının olmasına dair müvafiq Çıxarışlar verilmişdir. Lakin anasından qalmış evə dair həmin vaxt Çıxarış olmadığından və ev məhkəmə mübahisəsinin predmeti olmadığından həmin evə dair bacısı ilə arasında bölgü aparılmamış, sonradan evə dair anasının adına Çıxarış verilsə də aralarında həmin mirasa dair mübahisə olduğundan notarius evə dair bölgünü aparmaqdan imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Atası və anasının valideynləri daha öncədən vəfat etdiklərindən, mərhum anasının birinci növbəli vərəsələri kimi yalnız onunla cavabdeh olan bacısı qalmışdır. Miras əmlakın tərkibinə gəlincə isə bu payıbəlli, həyətyanı torpaq sahələri və orada olan fərdi yaşayış evindən ibarətdir. Torpaq sahələri məhkəmə qərarı ilə cavabdehlə arasında bölünərək hüquqları qeydə alınsa da, evə dair mübahisə həll edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən mirasın bir hissəsi olan torpaq sahələri ilə bağlı adlarına müvafıq Çıxarışlar verildiyindən miras tərəflərindən qəbul edilmişdir. Mərhum anasından miras qalmış fərdi yaşayış evi ilə bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat Ofisinə müraciət etsə də, mirasın bölüşdürülməsi məsələsində cavabdehlə arasında narazılıqlar yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, valideynləri X7 ilə X3 nikahlarından sağ qalan övladları onunla bacısı Zərnişan Hüseynovadır, anasından miras olaraq 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahəsi ilə orada inşa edilmiş fərdi yaşayış evi qalmışdır, torpaq sahələri ilə bağlı cavabdehlə arasında məhkəmə mübahisəsi olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2121/2020 saylı qətnaməsi ilə anasından qalmış mirası cavabdehlə onun faktiki qəbul etməyi müəyyən edilmiş və həmin torpaq sahələrində hər birinin ½ payları olması qət edilmişdir, qətnamə icra edilərək anasından miras qalmış torpaqlara dair onunla bacısının hər birinin adına ½ payının olmasına dair Çıxarışlar verilmişdir, anasından qalmış evə dair həmin vaxt Çıxarış olmadığından və ev məhkəmə mübahisəsinin predmeti olmadığından həmin evə dair bacısı ilə arasında bölgü aparılmamış, sonradan evə dair anasının adına Çıxarış verilsə də aralarında həmin mirasa dair mübahisə olduğundan notarius evə dair bölgünü aparmaqdan imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək 08 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan; doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1944-cü il tarixdə Masallı rayonu Sərçuvar kəndində doğulmuş, atası X8, anası X4r. doğum haqqında arayışdan görünür ki, X9 xx xxxxxx 1950-ci il tarixdə Masallı rayonu Sirəbil kəndində doğulmuş, atası X8, anası X5r. ölüm haqqında arayışdan görünür ki, X10 24 noyabr 2002-ci ildə tənəffüs çatışmamazlığından Masallı rayonu, Sərçuvar kəndində ölmüşdür. Bu barədə 13 dekabr 2002-ci ildə 07 saylı qeyd aparılmışdır. İddiaçı ünvanlanmış Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023cü il tarixli, 977 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmilşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması bildirilmişdir. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı və X6 Masallı rayonu, Sərçuvar kəndində xüsusi mülkiyyətlərində 0.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində X6 (½ hissəsi) ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi və İddiaçı (½ hissəsi) ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh Masallı rayonu, Sərçuvar kəndində xüsusi mülkiyyətlərində 0.22 hektar yaşayış məntəqələri torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı (torpaq sahəsi ½ hissəsi), Cavabdeh (torpaq sahəsi ½ hissəsi) və X6 (fərdi yaşayış evi tam hissəsi) Masallı rayonu, Sərçuvar kəndində xüsusi mülkiyyətlərində 0.22 hektar yaşayış məntəqələri torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İddiaçı ünvanlanmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********76 saylı məktubundan görünür ki, 24 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon Şöbəsinə mərhum anası X1 miras qalmış fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport sənədini almaq üçün müraciət edilmişdir. Mühəndis müayinəsi zamanı məlum oldu ki, sözü gedən fərdi yaşayış evində mübahisə mövcuddur. Həmin fərdi yaşayış evində bacı və qardaş arasında mübahisə olduğu üçün ölçü işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən çatışmazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub işin icrasından imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)- 2121/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 12 may 2020-ci tarixli 2(050)-343/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı və Cavabdeh 24 noyabr 2004-cü ildə vəfat etmiş anaları X1 miras qalmış torpaq sahələri üzrə mirası faktiki qəbul etmələrinin müəyyən edilməsi, X1 miras qalmış Masallı rayonu, Sərçuvar kəndində yerləşən, Masallı rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998ci il tarixli 58 saylı qərarı ilə ayrılmış torpaq sahələri üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş 0.22 hektar həyətyanı torpaq sahəsində hər birinin 1/2 olmaqla İddiaçı və Cavabdeh payları, kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış və torpağa mülkiyyət hüququna dair xx.xx.1999-cu il tarixli, JN-195 saylı dövlət aktı verilmiş 0.35 hektar torpaq sahəsində hər birinin 1/2 olmaqla İddiaçı və Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2883/2021 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(106)-2121/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(050)-2837/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Masallı rayonu, Sərçuvar kəndində 0.22 hektar torpaq sahəsinin üzərində yerləşən və cavabdeh X2 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(050)-1099/2023 saylı qətnaməsindən görünür ki, Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən baxış keçirilməsinə, ölçü və digər işlərin aparılmasına cavabdeh X9 tərəfindən yaradılan maneələr, qanunsuz hərəkətlər aradan qaldırılması və ona həmin qanunsuz hərəkətləri etməsi qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə işin tədqiq edilən faktiki və hüquqi hallarına, tətbiq edilən maddi hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********86-10301 reyestr nömrəli Çıxarışla məhrum X3 adına qeydə alınmış Masallı rayonu Sərçuvar kəndində 0,22 ha torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 177,1 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********86-10301 reyestr nömrəli Çıxarışla məhrum X3 adına qeydə alınmış Masallı rayonu Sərçuvar kəndində 0,22 ha torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 177,1 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-174/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-174/2024
08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver