Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1805/2023 01.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «avtomobillərin hərracda satılaraq dəyərinin paylara münasib bölünməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etməklə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(050)-2634/2022 saylı qətnaməsi ilə hər birinin 1/2 payının müəyyən edildiyi Hyundai Sonata markalı ** NG *** dövlət nömrə nişanlı və Ford Transit yük markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılaraq satış pulunun cavabdehlə arasında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehla 2004-cü ilin fevral ayında faktiki ailə həyatı quruşlar. Nikahları 22 fevral 2005-ci il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Cavabdehlə nikahlarından 25 fevral 2005-ci il təvəllüdlü Abuşova Vüsalə və 04 noyabr 2006-cı il təvəllüdlü Abuşov Zaur adlı iki uşaqları olmuşdur. Birgə yaşadıqları dövrdə bəzi əmlaklar, o cümlədən Hyundai Sonata markalı ** NG *** dövlət nömrə nişanlı və Ford Transit yük markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillər əldə etmişlər. Sonradan aralarında narazılıqlar yarandığından ayrılmalı olmuşlar və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-2309/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdehla 22 fevral 2005-ci il tarixdə Masallı rayon Qeydiyyat Şöbəsində bağlanmış 26 nömrəli nikah qeydi pozulmuşur. Baş Dövlət Yol Polisi İdarəsinin məktublarından və onlara əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, Cavabdeh birgə nikahları dövründə əldə edilmiş Ford Transit yük markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobili 01 fevral 2021-ci il tarixdə qardaşı Sadiq Abuşova satmış, həmin tarixdə öz adına avtomobilə dair etibarnamə almışdır. Bunu bildikdən sonra həmin avtomobilin alqı-satqısının etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-2634/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Ford Transit yiik markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə X8 və X6 arasmda bağlanmış 01 fevral 2021-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin avtomobilin Sadiq Abuşovun adına olan qeydiyyat şəhadətnaməsi və BDYPİ Qeydiyyat-İmtahan idarəsində aparılmış qeydiyyat ləğv edilmiş, qeyd olunan avtomobildə və Hyundai Sonata markalı ** NG *** dövlət nömrə nişanlı avtomobil üzərində 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh payı müəyyən edilmişdir. Göründüyü kimi avtomobillərdə 1/2 payı olsa da, avtomobillər faktiki cavabdehin sahibliyindədir. Həmin avtomobillərin dəyərinin payına düşən hissəsinin ona verməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən göstərilən avtomobillər cavabdehlə birgə nikah dövründə əldə etdiklərindən həmin avtomobillər cavabdehlə onun birgə mülkiyyəti hesab olunur. Qeyd edilən fakt göstərilən məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Lakin payının olduğu avtomobillər cavabdehin istifadəsində olmaqla ondan istifadə mümkün deyildir. Nəticədə avtomobillərə dar mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur. Qanunvericiliyin tələbinə əsasən sözügedən avtomobillər cavabdehlə ümumi müllciyyətlərində olmaqla payları bərabər sayılır. Lakin, cavabdeh avtomobillərdən istifadəsinə imkan verməməklə mübahisə olduğundan, həmin avtomobillərin paylarına uyğun bölgüsünün mümkünsüzlüyü səbəbindən, avtomobillər satılmaqla dəyərinin paylarına uyğun aralarında bölünməsi məhkəmə qaydasında həyata keçirilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərə ½ payın müəyyən edilməsinə dair məhkəmə qətnaməsi vardır. Tərəflərə düşəcək payların ayrılaraq verilməsi üçün tərəflər polis söbəsinə getməli idilər. lakin cavabdeh tərəf polis şöbəsinə getmədiyindən, hazırda payların hərrac vasitəsi ilə ayrılması zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisə predmenti olan avtomobilin hərracda satılaraq ona düşən payın ona verilməsinə etirazı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini xaiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2309/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 fevral 2005-ci il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində bağlanmış, 26 № ilə qeyd edilmiş nikahın pozulması, 25 fevral 2005-ci il təvəllüdlü X4 anası İddiaçı, 04 noyabr 2006-cı il təvəllüdlü X9 atası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarından olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2634/2022 nömrəli qətnamədən görünür ki, “Ford Transit yük” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə Cavabdeh və X6 arasında bağlanmış 01 fevral 2021-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, “Ford Transit yük” markalı, **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 adına olan qeydiyyat şəhadətnaməsi və BDYPİ Qeydiyyat-imtahan idarəsində aparılmış qeydiyyat ləğv edilməsi, “Ford Transit yük” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Sonata” markalı, **-NG- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ hissə İddiaçı, ½ hissə Cavabdeh mülkiyyət payı müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə, əmlak birgə nikah dövründə alınıbsa onun ər-arvadın ümumi mülkiyyəti hesab olunması prezumpsiyası vardır. Başqa sözlə, nə qədər ki, əmlak birgə nikah dövründə alınıb, belə ehtimal olunur ki, həmin əmlak ər-arvadın ümumi vəsaiti hesabına alınıb və həmin əmlak üzərində ər-arvadın bərabər payı vardır. Bunun əksini, yəni əmlakın ümumi gəlir hesabına alınmadığını bu barədə etirazı edən şəxs sübut etməlidir və bu sübut elə mötəbər olmalıdır ki, əmlakın ər-arvadın ümumi mülkiyyət hesab olunması prezumpsiyasını təkzib etsin. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Göründüyü kimi, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Ford Transit yük” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Sonata” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillər açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğ paylara münasib, yəni ½ məbləğində pul İddiaçı, ½ məbləğində pul Cavabdeh verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1805/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1805/2023
01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver