Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-183/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 29000 manat, mənəvi ziyana görə 1000 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə verərək tələbi onunla əsaslandırmışdır ki, müxtəlif vaxtlarda torpaq sahəsinin sənədləşməsi və evin tikilməsi üçün 99605 manat cavabdehə pul vermişdir, cavabdeh torpaq sahəsinin sənədlərini düzəltməmiş və həmçinin evin tikintisini yarımçıq qoymuşdur, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinə əsasən evin tikintisinə çəkilən xərc 44954 manat təşkil edir, evə çəkilən xərclə razıdır. Cavabdeh ona vurduğu ziyana görə 43651 manat pul və torpaq sahəsinə görə verilmiş 11000 manatın, ümumilikdə 54651 manat pulun, mənəvi ziyana görə 1000 manat pulun, ödədiyi 346,95 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 2021-ci il avqust ayında qardaşı Cavabdeh Maşallı şəhəri, Rafael Abbasov 20 (əvvəl Həzi Aslanov 20) ünvanındakı atası həyətindən torpaq sahəsi, küçə qapısı, daş hasar, elektrik, qaz, su xətləri ilə birlikdə satmışdır. Öz aralarında olan alqı-satqı müqaviləsinə əsasən 1 (bir) il müddətində həyətdəki köhnə evi söküb ev tikməli və bələdiyyə sənədini ona təqdim etməli idi. Torpaq sahəsinə aid 11000 (on bir min) pul əvvəlcədən ödənilmiş, son 1000 (min) manat pul isə bir il sonra ev hazır olanda və bələdiyyə sənədi təqdim ediləndə veriləcəkdi. Tikintiyə aid pulları Cavabdeh dediyi vaxtlarda cavabdehə ödəmiş və öz imzası ilə ödənişin çox hissəsini təsdiq etmişdir. Ev 2022-ci ilin mart ayına hazır olmalı idi. 2022-ci ilin may ayının 18-də həmin mənzildə yoldaşının il mərasimini keçirəcəkdi, sonra isə oğlunun toy şənliyini. Amma ev bu günə qədər tam hazır deyil, yalnız zibillərin atılmasına aid bir sənəd ona verilmişdir. Evin tikilməsini Cavabdeh öz şəxsi təşəbbüsü və istəyi ilə üzərinə götürmüşdür. Evin tikilməsi üçün tələb etdiyi bütün pulları vaxtı-vaxtında Asifə ödəmişdir. Lakin buna baxmayaraq Cavabdeh evin tikintisini yarıda qoymuş, baxmayaraq ki, evin hazır olması üçün bütün maddi vəsaiti ödəmişdir. 2022-ci ilin may ayından dayanan iş bu günə qədər başa çatmamışdır. Mənzilin su xətti çəkilməyib, hamam tualetin kafel-metlağı vurulmayıb və qapıları salınmayıb, birinci mərtəbədəki mətbəxin qapısı, zal otağın döşəməsinin metlağı vurulmamışdır. Həyətə küçə qapısı və qapıya aid hasarı ilə birlikdə təhvil verməli idi. Qapı qoyulmayıb və ətrafı da sökülüb. Baxmayaraq ki, bir neçə dəfə Cavabdeh demişdir ki, qapı ətrafı hasarı sökməsin. Tikinti zamanı suyu qonşu mənzildən (özünə məxsus mənzildən) götürüb, bunu 2022-ci ilin noyabr ayının 9-da bilmişdir. Ona isə su xətlərinin çəkildiyini və su üçün olan ödənişi etdiyini demişdir. Cavabdeh bütün kommunal xərclərini onun vəsaiti hesabına ödəmişdir. 2022-ci ilin iyun ayından sonra telefon danışıqları zamanı Cavabdeh onu küçə söyüşləri ilə söymüş, hətta onu tikə-tikə doğrayacağı ilə hədələmişdir. Cavabdeh onu aldatdığı barədə və təhlükəsizliyinin təmin edilməsi üçün Masallı payon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçıya 2021-ci il avqust ayında qardaşı Cavabdeh Maşallı şəhəri, Rafael Abbasov 20 (əvvəl Həzi Aslanov 20) ünvanındakı atası həyətindən torpaq sahəsini küçə qapısı, daş hasar, elektrik, qaz, su xətləri ilə birlikdə satmışdır. Öz aralarında olan alqı-satqı müqaviləsinə əsasən 1 (bir) il müddətində həyətdəki köhnə evi söküb ev tikməli və bələdiyyə sənədini ona təqdim etməli idi. Torpaq sahəsinə aid 11000 pul əvvəlcədən ödənilmiş, son 1000 manat pul isə bir il sonra ev hazır olanda və bələdiyyə sənədi təqdim ediləndə veriləcəkdi. Tikintiyə aid pulları Cavabdeh dediyi vaxtlarda cavabdehə ödəmiş və cavabdeh öz imzası ilə ödənişin çox hissəsini təsdiq etmişdir. Ev 2022-ci ilin mart ayına hazır olmalı idi. 2022-ci ilin may ayının 18-də həmin mənzildə yoldaşının il mərasimini keçirəcəkdi, sonra isə oğlunun toy şənliyini, ev tam hazır deyil, yalnız zibillərin atılmasına aid bir sənəd ona verilmişdir. Evin tikilməsini Cavabdeh öz şəxsi təşəbbüsü və istəyi ilə üzərinə götürmüşdür. Evin tikilməsi üçün tələb etdiyi bütün pulları iddiaçı vaxtında Asifə ödəmişdir. Lakin buna baxmayaraq Cavabdeh evin tikintisini yarıda qoymuş, baxmayaraq ki, evin hazır olması üçün bütün maddi vəsaiti iddiaçı ödəmişdir. 2022-ci ilin may ayından dayanan iş başa çatmamışdır. Mənzilin su xətti çəkilməyib, hamam-tualetin kafel-metlaqı vurulmayıb və qapıları salınmayıb, birinci mərtəbədəki mətbəxin qapısı, zal otağın döşəməsinin metlağı vurulmamışdır. Həyət küçə qapısı və qapıya aid hasarı ilə birlikdə təhvil verməli idi. Qapı qoyulmayıb və ətrafı da sökülüb, iddiaçı bir neçə dəfə Cavabdeh demişdir ki, qapı ətrafı hasarı sökməsin. Tikinti zamanı suyu qonşu mənzildən götürüb, bunu 2022-ci ilin noyabr ayının 9-da bilmişdir. Ona isə su xətlərinin çəkildiyini və su üçün olan ödənişi etdiyini demişdir. Cavabdeh bütün kommunal xərclərini onun vəsaiti hesabına ödəmişdir. Odur ki, iddianın təmin olunması Cavabdeh vurduğu maddi ziyana görə 43651 manat pul və iddiaçının torpaq sahəsinə görə verdiyi 11000 manat, cəmi 54651 manat və mənəvi zərərə görə 1000 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə 01 avqust 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh onun qardaşıdır, qardaşı özünə məxsus torpaq sahəsini ona 12000 manata satacağını və onun üzərində fərdi yaşayış evi inşa etdirəcəyini öhtəliyinə götürmüşdür, cavabdehə ümumillikdə 99605 manat pul vermişdir, cavabdehin pulu almasını sübut edən iş materiallarında olan imzalardır, qardaşı onun üçün 44954 manat dəyərində ev tikmişdir, ondan aldığı artıq pulun qaytarılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı aldığı bütün pulu evin inşa etdirilməsi üçün sərf etmişdir, aldığı pulu evin tikilməsinə, materillara və ustalara xərcləmişdir, iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarda qeyd edilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı onun bacısıdır, onunla əvvəllər münasibəti yaxşı olsada, 2023-cü ilin mart ayının əvvəllərindən Məllahət ilə aralarında narazılıq yaranmışdır, lakin düşmənçilik ədavətləri olmamışdır. 2021-ci ilin may ayının əvvəllərində Masallı şəhəri, H.Aslanov küçəsi ərazisində bacısı Məlahət ilə söhbət edən zaman, Məlahət ona demişdir ki, torpaq sahəsi alıb özü üçün ev inşa etdirmək istəyir. Məlahətə demişdir ki, sən torpaq almaq istəyirsənsə mən həyətyanı torpaq sahəmdən 3 sot torpaq satmaq istəyirəm. Bu səbəbdən ünvan 1-də olan 7 sot torpaq sahəsinin 3 sot olan hissəsini Məlahətə 12000 manata satacağı ilə razılaşmışdır. Məlahət ona 11000 manat versədə 1000 manat borclu qalmışdır. Məlahət ilə razılaşmış ki, ona borclu olduğu 1000 manat pulu geri qaytardıqdan sonra evə və torpağa aid sənəd təqdim edəcək, lakin Məlahət ona borclu olduğu 1000 manat pulu geri qaytarmadığı üçün Məlahətə hər hansı bir sənəd verməmişdir. Məlahət ona demişdir ki, o, həmin torpaq sahəsində 2 mərtəbəli ev inşa etdirmək istəyir, Məlahətə demişdir ki, mən 2 ədəd ev tikmişəm tikintidən anlayışım var, mən səninçün ev tikərəm sən pulunu verərsən. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda ümumilikdə Məlahət ona 82520 manat pul vermişdir. O, ünvan 1 ünvanının 3 sot həyətyanı torpaq sahəsində 2 mərtəbəli ev inşa etmiş, həmin evi təmir etdirməsinə baxmayaraq evin 1-ci mərtəbəsində olan dəhlizin döşəməsinin beton örtüyü üzərinə metlax döşənməsi və 1-ci mərtəbədə olan sanitar qovşağın kafel-metlaxı vurulmamışdır. Məlahətin evində görülən təmir işlərində santexnik əşyalarını aldığı mağazaya 3500 manat borcu qalmışdır. Məlahətdən onun evinə istifadə etdiyi tikinti materiallarına görə mağazaya borclu olduğu 3500 manat pulu və ona borclu olduğu 1000 manat pulu geri istəməsinə baxmayaraq Məlahət ona demişdir ki, işləri bitir sənə 4500 manat pulu geri verəcəyəm. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Məlahətin istifadəsində olan mobil telefona zəng edərək, Məlahətə demişdir ki, ona borclu olduğu puldan 3500 manatını sənə bağışlayıram, get həmin pulla evində qalan işləri etdir. Məlahət onunla mübahisə edərək demişdir ki, sən mənim evimə su xətti çəkdirməlisən, Məlahətə demişdir ki, sən heç olmasa su çəkdirmək üçün 570 manat rüsumunu ödə, bu səbəbdən Məlahət ilə aralarında sözlə mübahisə yarandığı üçün telefon əlaqəsini kəsmişdir. Məlahət xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda ümumilikdə ona 82520 manat pul vermişdir, həmin pullar ilə Məlahətə 2 mərtəbəli ev inşa etdirərək təmir etdirmişdir. Hal-hazırda Məlahətə pul borclu deyildir, əksinə Məlahət ona 4500 manat pul borcludur, Məlahət onun borcunu geri qaytardıqdan sonra ona məxsus evin sənədlərini ona geri qaytaracaqdır. İş materiallarında olan 07 avqust 2021-ci il tarixli 01 saylı Alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh alıcı X9 (iddiaçının oğluna) Maşallı şəhəri, Rafael Abbasov 20 (əvvəl Həzi Aslanov 20) ünvanında yerləşən torpaq sahəsini 12000 (on iki min) manata satmış və ödəniş tarixləri və məbləği: xx.xx.2021-ci il tarixdə-4000 (dörd min), xx.xx.2021ci il tarixdə-7000 (yeddi min), xx.xx.2022-ci il tarixdə-1000 (bir min) olmaqla cəmi 12000 (on iki min) manat kimi müəyyən edilmişdir. 4. Yuxarıda qeyd edilən ödənişə (12000 manat) aşağıdakılar daxildir və satıcı alıcı qarşısında icrasını öz üzərinə götürür: 4.1. Müqavilə bağlandığı tarixə alğı-satqı predmeti olan torpaq sahəsində mövcud olan mənzilin təhlükəsiz şəkildə sökülməsi xx/xx/2021-ci il tarixədək, 4.2. Elektrik və bütün kommunal xidmətlərin alıcının (X6) adına rəsmiləşdirilməsi xx/xx/2021-ci il tarixədək, 4.3. Həyət üçün darvazanın işlək şəkildə təhvil verilməsi xx/xx/2021-ci il tarixədək, 4.4. Müqavilə tarixinə mövcud olan daş və qeyri-daş hasarlar alıcıya təhvil veriləcək xx/xx/2021-ci il tarixədək, 4.5. Bu müqavilənin məzmunu üzrə alğı-satqı müqaviləsinin notarial qaydada hazırlanmasını təşkil və təmin etmək, 5. Satıcı öhdəlik götürür ki, hər hansı üçüncü tərəf bu müqavilənin predmeti üzrə iddia qaldırmayacaq yaxud iddia qaldıracağı təqdirdə alıcının mülkiyyət hüququnu qoruyacağı razılaşdırılmışdır. İş materillarına əlavə edilmiş məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən imzası ilə təsdiq edilmiş Maşallı şəhəri, Rafael Abbasov 20 (əvvəl Həzi Aslanov 20) ünvanında yerləşən iddiaçının tikilməsi üçün pul verdiyi yaşayış evinin ağacların kəsilməsi, torpaq tökülməsi, hasar çəkmək, evin və onun (fundamentinin) təməlinin tökülməsindən ibarət olan işlərin görülməsi üçün verilmiş pulların qeydiyyatı barədə dəftərdən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ev üçün ödənilən 88605 manat və torpağa görə 11000 manat, cəmi 99605 manat pulu İddiaçı özünün almasını imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı onun üçün həyətyanı torpaq sahəsi alınması üçün 11000 manat və həmin torpaq sahəsində yaşayış evi tikilməsi və həyətdə işlər görməsi üçün Cavabdeh 88605 manat pul vermişdir, torpaq sahəsinin sənədləşməsi iddiaçının oğlu X11 ilə aparılsada 11000 manat pul Məlahətə məxsus olmuş və Məlahət tərəfindən şəxsən Asifə verilmişdir, torpaq sahəsinin alınması barədə Məlahətlə Asif arasında razılıq olmuşdur və torpaq sahəsinin iddiaçının oğlu X6 adına sənədləşdirilməsi barədə tərəflər özləri razılaşmışlar və cavabdeh tərəfindən bu hal təsdiq edilmişdir, ona görə də 11000 manat pulu tələb etmək hüququda İddiaçı məxsusdur. İşin qeyd edilən halları tərəflərin izahatları, iş materialları ilə təsdiq edilmişdir. Masallı rayon polis şöbəsində X3 izahatında göstərmişdir ki, ünvan 1-də olan 7 sot torpaq sahəsinin 3 sot olan hissəsini Məlahətə 12000 manata satacağı ilə razılaşmışdır. Məlahət ona 11000 manat versədə 1000 manat borclu qalmışdır. Məlahət ilə razılaşmış ki, ona borclu olduğu 1000 manat pulu geri qaytardıqdan sonra evə və torpağa aid sənəd təqdim edəcək, lakin Məlahət ona borclu olduğu 1000 manat pulu geri qaytarmadığı üçün Məlahətə hər hansı bir sənəd verməmişdir. Məhkəmə tərəflərin iştirakı ilə Maşallı şəhəri, Rafael Abbasov 20 (əvvəl Həzi Aslanov 20) ünvanında yerləşən mübahisəli yaşayış evinə baxış keçirmişdir və baxış zamanı İddiaçı üçün Cavabdeh tərəfindən tikilmiş yaşayış evinin çox işlərinin qüsurla icra edildiyi müəyyən edilmiş, həyətdə heç bir iş görülməmiş və bu barədə videoçəkiliş edilərək iş materillarına əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/288 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Rafael Abbasov küçəsi, ev 20 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evinin 2021-2022-ci illər nəzərə alınmaqla təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 2 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evində (həyətdə görülmüş işlər nəzərə alınmaqla) yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 44954,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı tərəfindən Cavabdeh evin tikintisinə görə verdiyi 88605 manat və torpağa görə verdiyi 11000 manat, cəmi 99605 manat puldan evin tikintisinə sərf edilmiş 44954,0 manat nəzərə alınmaqla vurulmuş ziyana görə yəni qüsurla görülmüş işlərə görə dəymiş ziyana görə 43651 manat pul və torpaq sahəsinin alqı satqısına görə iddiaçı tərəfindən verilmiş 11000 manat, cəmi 54651 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir, iddia tələbi mənəvi zərərə görə 1000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iddiaçının cavabdehdən torpaq sahəsinin satılması və evin tikilməsi üçün nəzərdə tutulmuş 54651 manat məbləğində pul tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya 43651 manat maddi zərər dəyməsi və 11000 manat əsassız varlanmaqla pul əldə etməsi müəyyən olunur. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sübutlarla, polis şöbəsində aparılmış araşdırmalar, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/288 saylı ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçı cavabdehə ev tikməsi və torpaq sahəsi üçün 99605 (doxsan doqquz min altı yüz beş) manat məbləğində pul vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia maddi ziyanın tutulması hissədə təmin olunmalı və cavabdehdən 43651 manat pul vurulmuş maddi ziyana görə və torpaq sahəsinə görə verilmiş 11000 manat, cəmi 54651 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı plenum qərarında əks edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edilən normalara əsaslanaraq iddianın 1000 manat məbləğində mənəvi zərər tələbinə münasibətdə qeyd edir ki, həmin məbləğdə hər hansı zərərin iddiaçıya dəyməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia mənəvi ziyan hissəsində təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsi nəzərdə tutur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş 346.95 manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 43651 manat pul və torpaq sahəsinə görə verilmiş 11000 manat, cəmi 54651 manat və ödənilmiş 346.95 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia mənəvi ziyan tələbi hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 (bir yüz) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər, Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-183/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-183/2024
12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver