Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-193/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurumuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldığı qara ala inəyin dəyərində 1230 manat məbləği, çəkdiyi HSBX-nin xərcləri 140 manat dəyərində ziyan məbləğini və 33.70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Masallı rayon Çaxırlı kənd sakini Cavabdeh mal bazarından 1230 manat dəyərində qara ala inək almışdır. Aldığı heyvan 2-3 gün qapısında saxlamışdır. Bu müddət ərzində heyvan qidalanmamışdır. Bu barədə şəxsin özünə məlumat verdib qaytarmaq istədiyini ilk öncə razılaşmış, sonra malı qapısına aparan zaman maldan imtina etmişdir. O, da məcbur qalıb malı evinə gətirmiş və Daxili İşlər Nazirliyini 102 xidmətinə zəng edib məlumat vermişdir. Sabahsı mal qapısında yatıb qalxa bilməmiş və sonra tövlədə ölmuşdur. Bunla bağlı Cəlilabad rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət etmişdir. Cəlilabad rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin baytar həkimi Məhərrəmov Əli heyvan üzərində yarma işləri aparmış və araşdırma əsasında qoyulan diaqnoz “qaraciyərin toksiki distroliyası nəticəsində mədə-bağırsağın normal funksiyasının pozulması və ürək əzələsində gedən dəyişiklik” səbəbindən heyvanın ölümü baş vermişdir. Cəlilabad rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müraciət əsasında Baytar həkimin yarma işlərin görülməsi üçün 140 (yüz qırx) manat dəyərində köçürməli olmuşdur. Bu məsələ ilə bağlı Cavabdeh məlumat vermiş, ona vurduğu ziyanı gətirib verməsini, aralarında yaranan problemi aradan qaldıraq şəxs buna narazılıq etmişdir. Barışığa gəlmədiyindən ona qanuni yolla haqqının tələbi üçün əlində olan qanuni sənəd və subutları məhkəmə yolu il müraciət edib təmin edilməsi üçün çalışır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsədə, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli yarma protokolundan görünür ki, İddiaçı məxsus qara-ala cinsində olan 4 yaşlı inək yarılmış və HSBX-idarəsinin baytar həkimi Əli Məhərrəmov tərəfindən verilmiş rəydən müəyyən edilmişdir ki, qara-ala inək qaraciyərin toksiki distroliyası nəticəsində mədə-bağırsağın normal funksiyasının pozulması və ürək əzələsində gedən dəyişiklik nəticəsində ölmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Ramil Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Masallı rayon Bala Təklə kənd sakini Cavabdeh Vasif adlı şəxsin onu hədələməsi və narahat etməsi barədə xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə etdiyi müraciətini yoxlamışdır. Yoxlama zamanı alınmış izahatlardan və toplanmış materialdan məlum olmuşdur ki, Cəlilabad rayon Rəşad Teymurov küçəsində yaşayan Nəbiyev X4 rayon Bala Təklə kənd sakini Cavabdeh bir baş iribuynuzlu heyvanı 1230 manata almış, yaşadığı evdə heyvanın yemədiyini görüb Aşura zəng edərək bu barədə demiş, lakin Aşur adlı şəxs heyvanı qaytarmadığı üçün onun barəsində şikayətçi olmuşdur. Araşdırma zamanı Masallı rayon Bala Təklə kənd sakini Cavabdeh izahatında Cəlilabad rayonu, Rəşad Zeyniyev küçəsində yaşayan İddiaçı bir baş iribuynuzlu heyvanı 1230 manata satdığını, İddiaçı həmin heyvanın xəstə olduğunu deyərək onu qaytarmaq istədiyini, lakin artıq Vasifdən aldığı pulu xərclədiyi üçün heyvanı satdıqdan sonra pulunu ödəyəcəyini bildirmişdir. Belə ki, qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından “Vətəndaşların müraciətləri haqqında” Azərbycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması barədə müraciət müəllifinə məktubla bildirilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq toplanmış material xüsusi ittiham xarakterli olduğundan materialın işə alınması məqsədə müvafiqdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iddiaçının cavabdehdən qara ala inəyin dəyəri 1230 manat, çəkdiyi HSBXnin xərcləri 140 manat məbləğində pul tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər dəyməsi müəyyən olunur. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sübutlarla cavabdeh iddiaçıya 1230 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçı HSBX idrəsində yoxlama aparılması üçün 140 manat ödəniş etdiyini qeyd etmiş olsa da, buna dair heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən qara ala inəyin dəyəri 1230 manat və 33.70 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh bir baş qara ala inəyin dəyəri 1230 manat və 33.70 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-193/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-193/2024
09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver