Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1945/2025 16.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə nümayəndəsi vasitəsilə bağlanmış 24 dekabr 2015-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı Rayon İHB-nın Masallı şəhəri üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 162 saylı sərəncamı və torpaqayırma komissiyasının xx.xx.1998-ci il tarixli aktı əsasında ona Masallı şəhəri Dadva yaşayış məntəqəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin yerin qonşuluğunda cavabdehə də torpaq sahəsi ayrılmışdır. Onlardan öncə həmin ərazidə ancaq Alxan Qarayev və bacısı Münəvvər Qarayevanın torpaqları olmuşdur. O, Alxan Qarayev ilə cavabdeh isə Münəvvər Qarayeva ilə qonşu olmuşdur. Həmçinin, onun qonşusu kimi B.Abbasov göstərilmişdir ki, onun nə sənəd üzrə, nə də faktiki qonşuluğunda belə adam yoxdur. Bu isə onunla cavabdehin torpaqlarının fərqli-fərqli ərazilər olmasını göstərir. Lakin, sonradan cavabdehin adına A№ 122431 saylı torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Həmin sənədin koordinatları səhvən onun ərazisinə tərtib edilmişdir. Cavabdeh qeyd olunan sənədə istinad edərək ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, torpaq sahəsindən çıxarılmağını və orada olan evinin sökülməsini tələb etmişdir. Onun bu tələbi Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(050)- 89/2013 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya və kassasiya şikayətləri ilə iddiası təmin edilmişdir. Cavabdehin adına olan plan-ölçü sənədinin koordinatlarının ona ayrılmış torpağa tərtib edilməsini bildikdən sonra o, həmin sənədin ləğv edilməsi barədə, cavabdeh isə ona torpaqayırma sənədlərinin ləğvi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ayrı-ayrılıqda iddia ərizələri ilə müraciət etmişlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(86)-42/2024 saylı qərarı ilə Cavabdeh iddiası təmin edilməmişdir. Onun iddiası isə həmin Məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(86)-207/2015 saylı qərarı ilə təmin edilmiş, Cavabdeh adına tərtib edilmiş A 122431 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmişdir. Qeyd olunan qərarların hər ikisindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1 (86)-42/2024 saylı qərarından Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə iş Şirvan Apellyasiya Məhkəməsində olarkən nümayəndəsi vasitəsi ilə Cavabdeh ilə razılıq əldə edilərək barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişi Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qərardadı ilə təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan barışıq sazişinə görə mübahisəli torpağın yarı-yarıya bölünməsi, plan-ölçü sənədinin koordinatlarının torpağın bərabər bölgüsünə uyğun dəyişdirilməsi, Cavabdeh həmin torpaq sahəsinə başqa yoldan istifadə etməsi ilə bağlı razılaşmışlar. Lakin, Cavabdeh razılaşmanın şərtlərinə əməl etməmiş, özünə aid plan-ölçü sənədində heç bir düzəliş etdirməmiş, həmçinin ona yolun başqa hissədən verilməsi istiqamətində də heç bir addım atmamış, nəticədə razılaşmadan 2 ay yarım sonra Şirvan Apellyasiya Məhkəməsində Cavabdeh plan-ölçü sənədinin ləğvi ilə bağlı məsələyə baxılmış və həmin sənədin ləğvi barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılaraq Cavabdeh şikayəti təmin edilməmişdir. Bu yaxınlarda isə məlum olmuşdur ki, Cavabdeh müraciəti əsasında Şirvan Apellyasiya Məhkəməsində təsdiq edilmiş barışıq sazişi üzrə Şirvan İnzibati Məhkəməsi tərəfindən icra vərəqi verilmişdir. Barışıq sazişini nümayəndəsi imzaladığından həmin barışıq sazişinin surəti onda olmamış və müraciəti əsasında Şirvan İnzibati Məhkəməsindən götürmüşdir. Bundan sonra aydın olmuşdur ki, qeyd olunan barışıq sazişi qanunauyğun olmamaqla, icrası da mümkün deyildir. Belə ki, iddia tələbi Cavabdeh tərəfindən Masallı rayon İHB-nın Masallı şəhər ərazi nümayəndəliyinə qarşı yönəlməklə cavabdeh həmin inzibati orqan olduğu halda, sazişi yalnız iddiaçı ilə həmin iş üzrə 3-cü şəxs qismində iştirak etdiyi nümayəndəsi imzalamış, cavabdeh olan inzibati orqan isə həmin sazişi imzalamamışdır. Bundan əlavə sazişdə torpağının yarısını Cavabdeh verməyi göstərilsə də, sənəd üzrə və ya faktiki torpaqdan bəhs olunması, konkret hansı ölçüdə torpağın, hansı hissədən verilməsi qeyd edilməmişdir ki, bu da sazişin qeyri müəyyən olmasını göstərir. Həmçinin, sazişin icra müddəti də göstərilməmişdir. Saziş tərtib edilərkən ərazi boş olsa da, ötən 10 il ərzində həmin ətrafda bir çox şəxslərə həyətlər verildiyindən Cavabdeh onun həyətinin yanından başqa yolu qalmamışdır. Halbuki, sazişə görə cavabdeh onun tərəfində olan yoldan istifadə etməməli, özünə başqa yerdən yol almalı idi. Həmin vaxt bu mümkün olsa da, hazırda mümkün deyildir. Eləcə də sazişdə nəzərdə tutulmuş həyətinin yanından olan yoldan istifadə edilməməklə yolun onun istifadəsində qalması da mümkün deyildir. Yol ümumi olduğundan onun şəxsi mülkiyyətə verilməsi mümkün deyildir. Həmçinin, sazişə əsasən Cavabdeh özünə aid plan-ölçü sənədinin koordinatlarında düzəliş etdirməli idi. Lakin, o, bunu etməmiş, onun plan-ölçü sənədi məhkəmə qərarı ilə ləğv edilmişdir. Həmin sənəd ləğv edildiyindən ona düzəliş də mümkün deyildir. Göründüyü kimi, həm barışıq sazişi qanuna uyğun olmamış, həm icrası mümkün olmamış, həm də sazişin tərəfi olan Cavabdeh saziş üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Hazırda isə həmin sazişə əsasən torpağının yarısının ondan alınması mülkiyyət hüquqlarının pozuntusudur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadının icra olunmaması bərədə iddiaçı Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 nömrəli qərardadının icrası icra sənədi verilməklə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Lakin, icra məmuru icra sənədini icra edə bilməmişdir. İcra etmək mümkün də deyil. Ümumiyyətlə icra həyata keçirilsə belə Cavabdeh torpaq sahəsinə yol olmayacaqdır. Bu səbəbdən də o, öz torpaq sahəsinə getməsi üçün onun torpağından keçməlidir. Bundan başqa barışıq sazişi onunla deyil, İcra Hakimiyyəti ilə bağlanılmalı idi. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin mövqeyi: Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, barışıq sazişi düzgün bağlanmışdır. Onun etibarsız hesab edilməsinə razı deyil. O, sazişin icra edilməsində maraqlıdır və buna etiraz etmir. İcra məmurunun icra sənədini gəlib icra etməsinə razıdır. Barışıq sazişi imzalandıqdan sonra işi ilə əlaqədar uzun müddət Bakı şəhərində yaşadığından barışıq sazişinin icrası ilə bağlı maraqlanmamışdır. Qeyd edilən torpaq sahəsi bölünəcəyi halda, gediş-gəliş üçün özünə alternativ yol tapacaqdır. Hazırda həmin torpaq sahəsinə faktiki olaraq bir yolun olması barışıq sazişinin icrası üçün maneə sayıla bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon İHB-nın Masallı şəhəri üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 162 saylı sərəncamından və torpaqayırma komissiyasının xx.xx.1998-ci il tarixli aktından görünür ki, İddiaçı Masallı şəhəri Dadva yaşayış məntəqəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. 24 dekabr 20156-ci il tarixli Cavabdeh və İddiaçı nümayəndəsi X1 arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər Masallı şəhəri Dadva məhəlləsində yerləşən mübahisəli torpaq sahəsinin yarı-yarıya (bərabər şəkildə) bölünməsinə, Cavabdeh onun adına tərtib edilmiş X4 Kitabında xx.xx.2009-cu ildə 2020 nömrə ilə qeydiyyata alınmış A№122431 saylı torpaq sahəsinin plan və ölçü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq vermişlər. Əlavə olaraq barışıq sazişinin 2-ci bəndinə “Cavabdeh torpaq bölgüsündən sonra İddiaçı tərəfdən deyil, digər tərəfdən yol kimi istifadə edəcəkdir.”- cümləsi qeyd edilmişdir. Barışıq sazişi və əlavə imzalarla təsdiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2015-ci il tarixli, 2-1(106)-28/2015 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh adına tərtib-edilmiş A 122431 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 8 saylı Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, tarixli 2-1 (86)-207/2015 saylı qərarı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 8 saylı Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı «aktın və sərəncamın ləğv edilməsi» barədə inzibati mübahisəyə dair iş üzrə Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli, 2-1(86)-42/2014 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, iddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı «İddiaçı 600 m2 torpaq sahəsinin ayrılması barədə 27 oktyabr 1998-ci il tarixli torpaqayırma barədə aktın və 27 oktyabr 1998-ci il tarixli 162 saylı sərəncamın ləğv edilməsi» tələbinə dair iş üzrə iddiaçı Cavabdeh ilə üçüncü şəxs İddiaçı arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Barışıq sazişinin şərtlərinə əsasən: 1) İddiaçı Cavabdeh ilə üçüncü şəxs Cəbiyev X2 şəhəri Dadva məhəlləsində yerləşən mübahisəli torpaq sahəsinin yarı-yarıya (bərabər şəkildə) bölünməsinə razılılıq verirlər. 2) İddiaçı Cavabdeh onun adına tərtib edilmiş X5 Kitabında 19 yanvar 2009-cu ildə qeydə alınmış A № 122431 saylı torpaq sahəsinin plan və ölçü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq verir. 3) İddiaçı torpaq bölgüsündən sonra üçüncü şəxs tərəfindən deyil, digər tərəfdən yol kimi istifadə edəcəyini öhdəsinə götürür. İş üzrə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli, 2-1(86)- 42/2014 saylı qərarı ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, ekspertiza xərclərinin barışıq sazişinin tərəflərinə aid edilərək, onlardan müştərək qaydada tutulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(86)-42/2014 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı “İddiaçı 600 m2 torpaq sahəsinin ayrılması barədə 27 oktyabr 1998-ci il tarixli torpaqayırma barədə aktın və 27 oktyabr 1998-ci il tarixli 162 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçı Cavabdeh ilə üçüncü şəxs İddiaçı arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadının icra olunmaması bərədə iddiaçı Cavabdeh tərəfindən, verilmiş ərizəyə baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 nömrəli qərardadının icrası icra sənədi verilməklə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2025ci il tarixli, 2-1(102)-2273/2025 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı “İddiaçı torpaq sahəsinin ayrılması barədə aktın və sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadından üçüncü şəxs İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin arasında məhkəmə mübahisələrinin yaranmasına səbəb mübahisə predmeti olan torpaq sahəsi onlara məxsus ilkin torpaqayırma sənədlərinə əsasən məkan göstəricilərinin üst-üstə düşməsi, yəni eyni ərazi olmasıdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qərarlarının məzmunu öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh mülki qaydada torpaq sahəsindən çıxarılma tələbi ilə əvvəlcə Masallı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə baxılaraq torpaq sahəsinin torpaqayırma sənədləri əsasında İddiaçı məxsus olduğundan məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilmiş, Masallı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)- 4380/14 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdeh reyestr xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Cavabdeh adına tərtib edilmiş “torpaq sahəsinin plan və ölçü sənədinin” ləğv edilməsi tələbinə dair inzibati məhkəməyə müraciət etmiş, onun iddiası təmin edilmiş, Şirvan Apellyasiya məhkməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə Şirvan İnzibati məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan Ali Məhkəməyə şikayət verilməmişdir. Həmin müddətlərdə Cavabdeh da Masallı İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət edərək İddiaçı torpaq ayrılması ilə bağlı “aktın və sərəncamın ləğv edilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2-1(86)-42/2014 saylı qərarı iddia rədd edilmiş, həmin qərardan apellyasiya qaydasında şikayət verilmiş, Apellyasiya Məhkəməsində işə baxılarkən iddiaçı ilə üçüncü şəxs qismində çıxış edən İddiaçı aralarında sözü gedən barışıq sazişi bağlanmış, işin icraatına xitam verilmişdir. Barışıq sazişinin şərtləri aşağıdakı kimi olmuşdur. -Tərəflər mübahisə predmeti olan torpaq sahəsinin yarı-yarıya bölünməsinə razılaşırlar. -Cavabdeh onun adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq verir. -Rəfail Yususov bölgüdən sonra İddiaçı tərəfindən deyil, digər tərəfdən yol kimi istifadə edəcəkdir. İddiaçının tələbinin əsasları: - barışıq sazişinin təsdiq edildiyi inzibati iş üzrə cavabdeh Masallı ərazi nümayəndəliyi olsa da, barışıq sazişinin təsdiqində iştirak etməmiş, barışıq sazişi iddiaçı Rəfail Yususovla üçüncü şəxs qismində iştirak edən İddiaçı arasında bağlanmışdır. -Barışıq sazişi üzrə torpağın yarı-yarıya bölünməsi nəzərdə tutulsa da, torpağın faktiki olaraq necə bölünməsi, düzünə, yanakı bölünməsi (faktiki olaraq torpaq yerində ölçülərək bölünməmişdir.) göstərilməmiş, bu da sazişin qeyri-müəyyən olunmasını göstərir. -Saziş tərtib edilərkən ərazi boş olsa da, ötən 10 il ərzində həmin ətrafda bir çox şəxslər ev tikmiş, nəticədə Rəfail Yususovun torpaq sahəsinə gəlib getmək üçün yolu qalmamışdır, halbuki sazişdə o İddiaçı yolundan istifadə etməyəcəyi ilə bağlı razılaşmışdır. -Rəfail Yususov üzərinə plan və ölçü sənədinin barışıq sazişində qeyd edilən yarıyarı paya uyğun olaraq dəyişdirilməsi öhdəliyi qoyulsa da, bu öhdəliyini icra etməmişdir. Məhkəmə iddia tələbi üzrə əqdlərin etibarsızlığı, etibarsız əqdlərin əmələ gətirdiyi nəticələrlə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarını qeyd etməyi zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 421.1 və 421.2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, tərəflər mübahisə predmeti olan daşınmaz əmlakla bağlı barışıq razılaşması əldə etsələr də, daşınmaz əmlakla bağlanan əqdlərin forma və məzmununa riayət etmədiklərindən barışıq sazişi etibarsız hesab edilməlidir. Belə ki, tərəflərin arasında bağlanmış barışıq sazişi notarial qaydada təsdiq edilmədiyindən həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması mümkün deyildir. Çünki qanunvericilik yalnız notarial qaydada bağlanan müqavilələr üzrə mülkiyyət hüququnun reystrdə qeydə alınması əsası kimi qəbul etmişdir. Mülki Məcələnin 881.3-cü maddəsində açıq-aşkar göstərilmişdir ki, əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsi tələb edilən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib edilməlidir. Həmçinin, qeyd edilməlidir ki, 24 dekabr 2015-ci il tarixdə tərəflərin arasında bağlanmış barışıq sazişi məhkəmə qaydasında təsdiq edilsə də, İddiaçı hələ barışıq sazişi bağlanmamışdan əvvəl barışıq sazişində bölünməsi razılaşdırılmış torpaq sahəsinə dair Cavabdeh adına tərtib edilmiş “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair məhkəməyə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin 27 iyul 2015-ci il tarixdə qərarı ilə iddia təmin edilmiş, plan və ölçü sənədinin ləğv edilməsi qərara alınmışdır. Sonradan həmin qərardan cavabdeh Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsi və üçüncü şəxs qismində iştirak edən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 09 mart 2016-cı il tarixli qərarı ilə (barışıq sazişi bağlandığı tarixdən sonra) şikayət təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Barışıq sazişinin bağlanmasında məqsəd tərəflər aralarında olan mübahisəni sonlandırmaq olsa da, tərərflər imzaladıqları barışıq sazişinin yaratdığı hüquqi nəticələri ciddiyə almadan yenə də mübahisəli torpaq sahəsinə dair sənədləri məhkəmə qaydasında mübahisələndirməyə davam etmişlər. 09 mart 2016-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barışıq sazişinin tərəfləri, baxmayaraq ki, aralarında barışıq sazişi olmuşdur, müvafiq mübahisə üzrə izahatlar verərək öz tələblərini müdafiə etmişdilər. Hazırda həmin qərar qüvvəyə minmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sözü gedən qərarın tarixi ilə bağlı bildirir ki, həmin qərarın yuxarı hissəsində qərarın qəbul olunma tarixi 09 mart 2015-ci il tarix kimi göstərilsə də, qərarın təsviri hissəsində 27 iyul 2015-ci il tarixli qərardan verilmiş şikayətə baxıldığı qeyd edilmişdir. Sözsüz ki, xx.xx.2015-ci il tarixli qərardan verilmiş şikayətə geri tarixdə, yəni 09 mart 2015-ci il tarixdə baxılması heç bir halda mümkün ola bilməzdi. Həmin qərarın tərəflərə göndərilməsi ilə bağlı məktubda da 09 mart 2016-cı il tarixli qərarın göndərildiyi göstərilmişdir. Görünür qərarın qəbul olunma tarixi texniki yanlışlığa yol verilərək 09 mart 2015-ci il tarix kimi qeyd edilmişdir. Göründüyü kimi, barışıq sazişi üzrə bölünməsi razılaşdırılmış və Cavabdeh plan və ölçü sənədini bölgüyə uyğun olaraq dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsinin plan və ölçü sənədi barışıq sazişi təsdiq edildikdən sonra Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq qiymət verilmiş və nəticədə plan və ölçü sənədinin bütövlükdə ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu halın özü belə barışıq sazişinin hazırda icrasını qeyri-mümkün edən hallardandır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. -404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bağlanmış barışıq sazişinin şərtlərindən görünür ki, razılaşdırılmış şərtlər natamam olmaqla icrası zamanı müəyyən mübahisələrin yaranması istinsa edilmir. Belə ki, tərəflər torpaq sahəsinin yarı-yarıya bölünməsi ilə bağlı razılıq əldə etsələr də, mübahisəli torpaq sahəsinin konkret olaraq bölgü üsulunu, yəni üfüqi və ya şaquli istiqamətdə, hansı istiqamətin kimə veriləcəyi ilə bağlı şərtlər göstərilməmişdir. Bu halın özü də gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaratmasını istisna etmir. Əgər tərəflərin arasında əldə edilmiş razılaşma sonradan yeni mübahisələrin yaratmasına şərait yaradırsa, onda hesab etmək olar ki, tərəflərin razılaşmasında onların hüquqi iradə ifadəsi tam təfsilatlı şəkildə əks olunmamış və onlar niyyətlərinə çata bilməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə”23 fevral 2024-cü il tarixli qərardadının: 34-cü bəndində qeyd edilmişdir ki, iddia icraatında məhkəmənin barışıq razılaşmasını təsdiq etməsi iki növ hüquqi ehtiyacı qarşılayır.
35. Birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozubpozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir.
54. Məhkəmə tərkibi göstərilən hüquqi mövqelərə əsasən bu nəticəyə gəlir ki, məhkəmənin barışığı təsdiq və ya bundan imtina etməsi, yaxud qərardaddan şikayət verilməsi tamamilə prosessual hərəkətlərdir. Ona görə də qərardaddan şikayət verilərkən sazişi təsdiqləyən məhkəmə aktının prosessual tələblərə uyğun çıxarılmadığına istinad oluna bilər. Şikayət icraatında aparılan araşdırmanın həddi həmin dəlillər əsasında qərardadın yoxlanılması ilə məhdudlaşır.
55. Bu səbəbdən məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıbsayılmamasına hüquqi qiymət verilməlidir. Şərh olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflərin arasında bağlanmış Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş barışıq sazişi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən dövlət rüsumu qismində ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı nümayəndəsi X1 ilə Cavabdeh arasında bağlanmış Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2-1(106)13/2015 saylı qərardadı ilə təsdiq edilmiş 24 dekabr 2015-ci il tarixli barışıq sazişi etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Coşqun Abdullayev