Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1965/2024 25.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızına qarşı “cavabdehə məxsus əmlakların onun evindən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızına qarşı “cavabdehə məxsus əmlakların onun evindən çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Masallı rayonu, Təzə Alvadi kəndində yerləşən fərdi yaşayış evində yerləşdirilmiş 2 ədəd sandıq, 2 ədəd tək çarpayı, 1 ədəd tumba, 1 ədəd çuğun vedrə, 2 ədəd yorğan-döşək, 4 ədəd nalça, 4 ədəd balış, sayını bilmədiyi qabqaşıqlar, 2 ədəd ədyal, 2 ədəd samovar, 1 ədəd odun sobası, 1 ədəd böyük teştdən ibarət əmlaklarının cavabdehin öz hesabına onun evindən çıxarılması və 100 (bir yüz) manat dövlət rüsumuna görə pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə ünvan 1i ünvanda qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdeh onun bacısıdır. İlk olaraq cavabdeh Sumqayıt sakini ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan ailə daxili narazılıqlar səbəbindən məhkəmə qaydasında nikahları pozulmuşdur. Cavabdeh boşandıqdan sonra cehizlərini onun evində bir otağa yerləşdirmiş, özü isə Sumqayıt şəhərində digər bacısı olan Nəsibənin evində qalmışdır. Sonradan ikinci dəfə Masallı rayon Xıl kənd sakini Möhübbət adlı şəxslə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurarkən evində olan cehizlərinin bir hissəsini özü ilə Xıl kəndinə aparmış, bir hissəsi isə evində qalmışdır. Hazırda da Xıl kəndində yaşamaqdadır. Həmçinin cavabdehin Təzə Alvadi kəndində özünə məxsus 20 sot torpaq sahəsi və üzərində inşa edilmiş evi vardır. Lakin evində olan cehizlərini götürmür, cehizlərini götürməsi barədə cavabdehə bir neçə dəfə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehə məxsus əmlaklar 2 ədəd sandıq, 2 ədəd tək çarpayı, 1 ədəd tumba, 1 ədəd çuğun vedrə, 2 ədəd yorğan-döşək, 4 ədəd nalça, 4 ədəd balış, sayını bilmədiyi qab-qaşıqlar, 2 ədəd ədyal, 2 ədəd samovar, 1 ədəd odun sobası, 1 ədəd böyük teştdən ibarətdir. Cavabdehin əmlaklarının onun evində qalması nəticəsində onun mülkiyyət hüquqları pozulur, cavabdehin əmlakları onun evində qaldıqca o, evindən sərbəst istifadə edə bilmir. Bundan başqa, cavabdehin əmlakları onun evində olduğu üçün o, əmlakları qoruyur, hər hansı fəlakət olsa, oğurluq olsa əmlaklar onun cavabdehliyində qalacaqdır. Cavabdeh əmlaklarını könüllü olaraq evindən çıxarmaq istəmədiyindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Masallı rayonu Təzə Alvadı kəndi ünvanda qeydiyyatda olmaqla yaşayır fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdeh onun bacısıdır. İlk olaraq cavabdeh Sumqayıt sakini ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan ailə daxili narazılıqlar səbəbindən məhkəmə qaydasında nikahları pozulmuşdur, cavabdeh boşandıqdan sonra cehizlərini onun evində bir otağa yerləşdirmiş, özü isə Sumqayıt şəhərində digər bacısı olan Nəsibənin evində qalmışdır, sonradan ikinci dəfə Masallı rayon Xıl kənd sakini Möhübbət adlı şəxslə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurarkən evində olan cehizlərinin bir hissəsini özü ilə Xıl kəndinə aparmış, bir hissəsi isə evində qalmışdır hazırda da Xıl kəndində yaşamaqdadır. Həmçinin cavabdehin Təzə Alvadi kəndində özünə məxsus 20 sot torpaq sahəsi və üzərində inşa edilmiş evi vardır. Lakin evində olan cehizlərini götürmür, cehizlərini götürməsi barədə cavabdehə bir neçə dəfə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır, cavabdehə məxsus əmlaklar 2 ədəd sandıq, 2 ədəd tək çarpayı, 1 ədəd tumba, 1 ədəd çuğun vedrə, 2 ədəd yorğan-döşək, 4 ədəd nalça, 4 ədəd balış, sayını bilmədiyi qab-qaşıqlar, 2 ədəd ədyal, 2 ədəd samovar, 1 ədəd odun sobası, 1 ədəd böyük teştdən ibarətdir. Cavabdehin əmlaklarının onun evində qalması nəticəsində onun mülkiyyət hüquqları pozulur, cavabdehin əmlakları onun evində qaldıqca o, evindən sərbəst istifadə edə bilmir, cavabdehin əmlakları onun evində olduğu üçün o, əmlakları qoruyur, hər hansı fəlakət olsa, oğurluq olsa əmlaklar onun cavabdehliyində qalacaqdır, ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Masallı rayonu Təzə Alvadı kəndində (yeni qaydalarla Masallı rayonu Təzə Alvadı kəndi, Xan Şuşinski küçəsi, giriş 67) mülkiyyətində olan 0.14 ha torpaq sahəsində yerləşən 163.4 kv.m sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının bacısı İbadova (Novruzova) Rahilə Əlibala qızı ilk olaraq Sumqayıt sakini ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, sonradan ailə daxili narazılıqlar səbəbindən məhkəmə qaydasında nikahları pozulmuş, ikinci dəfə Möhübbət adlı şəxslə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdeh ilk evliliyindən sonra özünə məxsus cehiz əmlaklarını iddiaçıya məxsus evə yerləşdirmişdir. Cavabdeh ikinci dəfə evləndikdən sonra iddiaçıya məxsus evdən çıxmış və hazırda da həmin evdə yaşamır, cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızı iddiaçıya məxsus evdən getməsinə baxmayaraq özünə məxsus cehiz əmlakları iddiaçıya məxsus fərdi yaşayış evindən aparmamışdır. Hazırda cavabdehə məxsus həmin cehiz əmlaklar iddiaçıya məxsus evdə yerləşir, iddiaçı həmin əşyaların mülkiyyətində olan evindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq hazırda cavabdehə məxsus əmlakların qeyd olunan fərdi yaşayış evində qalmaqda davam etməsi iddiaçının əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Odur ki, iddia təmin olunmalı və iddia ərizəsində adları sadalanan əşyalar cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızı tərəfindən İddiaçı məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Masallı rayonu Təzə Alvadı kəndində yerləşən fərdi yaşayış evindən cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızına məxsus 2 ədəd sandıq, 2 ədəd tək çarpayı, 1 ədəd tumba, 1 ədəd çuğun vedrə, 2 dəst yorğan-döşək, 4 ədəd nalça, 4 ədəd balış, sayını bilmədiyi qab-qaşıqlar, 2 ədəd ədyal, 2 ədəd samovar, 1 ədəd odun sobası, 1 ədəd böyük teştdən ibarət olan əşyalar cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızı tərəfindən çıxarılsın. Cavabdeh İbadova (Novruzova) Rahilə Əlibala qızından ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1965/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1965/2024
25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver