Məhkəmə qərarları › İş №2(050)-1974/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1974/2025

21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1974/2025 21.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibasız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə xx.xx.2024-cü il tarixli mediasiya prosesində bağladıqları MŞM/MT036/2024-01073 saylı barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından iki övladları doğulmuşdur. Övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6r. İlk illərdə mehriban yaşasalar da sonradan ailə daxili narazılıqlar səbəbindən ayrılmışlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1799/2019 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş və iki azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Bir müddətdən sonra valideyinləri onu cavabdehlə barışdırmış və sonradan onlar birlikdə cavabdehin ata evində qalmışlar. Barışdıqdan sonra nikahlarını rəsmiləşdirməmişlər. 2024-cü ilin sentyabr ayı cavabdeh onunla yenidən mübahisə yaradaraq onu uşaqları ilə birlikdə evindən qovmuşdur. Valideyinləri Rusiya Federasiyasında olduğundan o dayısıgildə qalmağa başlamışdır. Faktiki olaraq 2024-cü ilin sentyabr ayından ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqlarını onun yanından götürüb, onları gəzdirib gətirirdi. Elə olurduki, uşaqları gecənidə cavabdehlə birlikdə qalırdılar. Uşaqları onun yanında olduğu müddətdə cavabdeh onlara heç bir maddi yardım etməmişdir. 2024-cü ilin dekabr ayı cavabdeh ona bildirib ki, uşaqlara görə gəl bir dəfədə şans verək, ailəni dağıtmayaq, barışıb ailəni bərpa edək. O, barışığa razı olduğunu, bir də ona şər və böhtan atmamasını ondan xahiş etmişdir. Cavabdeh ondan valideyinlərinin Azərbaycana nə vaxt gələcəklərini soruşmuş. O, da valideyinlərinin 2025-ci ilin əvvəllərində gələcəklərini bildirmişdir. Cavabdeh ona onda valideyinlərin gələn zaman birlikdə oturaraq mübahisəni kökündən həll etməkləri, lakin ona qədər onun uşaqları ilə ünsiyyətinin rəsmi qaydada olmasını bildirdi. O, ona rəsmi qaydada olmasını dedikdə nəyi nəzərdə tutduğunu bilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh uşaqlarını onunla birlikdə götürərək gəzməyə gedəcəklərini bildirdi. Həmçinin barışıq üçün ilkin addımların olmasından ötrü bunun lazım olduğunu bildirdi. O, ona inanıb həmin tarixdə uşaqları ilə birlikdə cavabdehlə gəzməyə getmişlər. İlk öncə onu uşaqları ilə birlikdə Masallı şəhərində yerləşən parkda gəzdirdi, sonra ailəvi restoranda apararaq nahar etmişlər, daha sonra ona bildirdi ki, uşaqlarla ünsiyyətini rəsmiləşdirməkdən ötrü idarəyə gedək qol çəkməyə. Birlikdə adını sonradan bildiyi Masallı 1 saylı Mediasiya təşkilatında çalışan Mediator Xanhüseyn müəllimin yanına getmişlər. Xanhüseyn Mənsimə qardaşı oğlu kimi münasibət bəsləyərək, onlara əyləşməyə yer göstərdi. Sonradan 3-4 ədəd kağız ona verərək imzalamağını bildirdi. O, Xanhüseyn müəllimə Azərbaycan dilində sərbəst yazıb oxuya bilmədiyini, burada yazılanları ona oxumasını xahiş etdi. O, bildirdi ki, “sən mənim qardaşım gəlnisən, narahat olma, Mənsimin uşaqları ilə görüşünün rəsmi sənədidir.” Oxuya bilmədiyindən Mənsim və Xanhüseynə inanaraq sənədlərə imza etdi. Xanhüseyn müəllim ona heç bir sənədin surətini təqdim etmədi. Sonradan Mənsimlə normal şəraitdə barışacaqlarından sonrakı həyatlarını necə quracaqları barədə söhbət edə-edə evə gəlmişdir. Mənsim uşaqların gecə onda qalmasını, iki gündən sonra Rusiya Federasiyasına yük aparacağını, burada olmadığı müddətdə uşaqların onda qalacağını bildirdi. O da cavabdehə etiraz etmədi, uşaqlar Mənsimlə getdilər. Dayısı İlham haradan gəldiyini soruşduqda Mediasiya şurasında Mənsimlə sənədlərə imza etdiklərini bildirmişdir. İlham dayısı onunla birlikdə həmin idarəyə getdi, Xanhüseyn adlanan şəxslə mübahisə edərək onu aldatdıqlarını bildirdi. Hansı sənədə imza etdiyini soruşdu və həmin sənədin surətini nəyə görə ona verilməməsini soruşdu. Xanhüseyn suallara cavab verə bilmədi və mühafizəyə zəng vuraraq onları binadan zorla çölə atdırdı. Həmin gün o, Mənsimə zəng vuraraq nəyə görə bu hərəkəti etdiyini, hansı səbəbə görə onu aldatdığını soruşmuşdur. Onunla bu barədə uzun sürən telefon danışıqları var və o həmin danışıqları sübut kimi məhkəməyə təqdim edəcək. Həmin danılşıqlarda Mənsim ona bildirir ki, onu planlı şəkildə aldatmış, barışmaq niyyəti yoxdur, bağladıqları sazişi heç kim dəyişə bilməz. Təzədən onunla nikah bağlayarıq, 2019-cu ilin qətnaməsi və hazırki sazişləri qüvvədən düşəcəkdir. Cavabdeh onun savadsızlığından istifadə edərək, onu aldadaraq barışıq sazişinə imza etdirmişdir. X11 ədalətsizcəsinə heç bir araşdırma aparmadan, barışıq sazişini ona elan etmədən, formal olaraq ona imzalatdırmışdır. Barışıq sazişi onun iradəsinə zidd olaraq bağlanmış, aldatılmışdır, səbəb olaraq onu göstərir ki, o, latın qrafasında oxuyub-yaza bilmir. Yazmağı təzə-təzə öyrənmiş, onuda uşaqlarına dərs öyrədərkən öyrənmişdir. Axı nəyə görə uşaqları onun yanında ola-ola barışıq sazişi bağlayaraq uşaqlarını öz əli ilə cavabdehə versin. Mediator barışıq sazişi bağlanarkən qəyyumluq şöbəsinin nümayəndəsini cəlb etmədən, Cavabdeh psixi durumunu yoxlamadan uşaqların taleyini həll etmişdir. Məcəllədə Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Konkret olaraq onun bağladığı əqd məcəllədə qeyd olunduğu kimidir. Göründüyü kimi cavabdeh onu aldadaraq uşaqla ünsiyyətdə olması üçün görüşün rəsmiləşdirilməsindən ötrü mediasiya getməyini orada imza etdikdən sonra uşaqla ünsiyyətdə olacağını demiş, lakin mediasiya prosesi zamanı mediator tərəfindən keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə birgə nikahlarından olan 22 fevral 2014-cü il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsi və X3 cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(050)-1974/2025 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin Cavabdeh qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında tərəflər 21 iyul 2025-ci il tarixdə barışıq sazişi imzalayaraq, həmin barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. 21 iyul 2025-ci il tarixli barışıq sazişinin məzmunu: Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan Cavabdeh (şəxsiyyət vəsiqəsi AA*******) ilə bir tərəfdən və Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan İddiaçı (şəxsiyyət vəsiqəsi AA*******) digər tərəfdən aşağıdakılar barədə razılığa gəldilər:

1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış birgə nikahlarından olan uşaqlarının hansının yanında qalmasına dair barışıq sazişinin etibarsız hesab edilməsi və uşaq tələbinə dair mübahisə ilə bağlı Masallı Rayon Məhkəməsində olan mülki iş üzrə mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.

2. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh hazırkı sazişin 3-cü maddəsində digər tərəfin götürdüyü öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. Azyaşlı övladı 21 noyabr 2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasına razılıq vermək. 2.2. İddiaçı onun yanında qalan azyaşlı övlqdı 22 fevral 2014-cü il təvəllüdlü X8 ilə ünsiyyətinə heç bir məhdudiyyət qoymadan şərait yaratmaq. 2.3. Azyaşlı övladı 22 fevral 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı aliment tələb etməmək.

3. Hazırkı barışıq sazişinə əsasən İddiaçı hazırkı sazişin 2-ci maddəsində Cavabdeh tərəfindən götürülmüş öhdəliyin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 3.1. Azyaşlı övladı 22 fevral 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh yanında qalmasına razılıq vermək. 3.2. Cavabdeh onun yanında qalan azyaşlı övladı 21 noyabr 2018-ci il təvəllüdlü X9 ilə ünsiyyətinə heç bir məhdudiyyət qoymadan şərait yaratmaq. 3.3. Azyaşlı övladı 21 noyabr 2018-ci il təvəllüdlü X2 üçün Cavabdeh aliment tələb etməmək.

4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf 10 təqvim günündən sonra hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Masallı Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir.

6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər biri hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənasını və mahiyyətini dərk edirlər.

8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.

9. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Masallı Rayon Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, tərəflər qarşılıqlı razılaşmışlar və yeni barışıq sazişi imzalamışlar. 23 dekabr 2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsini və yeni barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, yeni barışıq sazişi imzalamışlar. 23 dekabr 2024-cü il tarixli barışıq sazişi əhəmiyyətini itirdiyindən onun etibarsız hesab edilməsinə etiraz etmirlər. Barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul edərək bildirdi ki, tərəflər yeni barışıq sazişi imzalamışlar. 23 dekabr 2024-cü il tarixli barışıq sazişi əhəmiyyətini itirdiyindən onun etibarsız hesab edilməsinə etiraz etmirlər. Barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. 23 iyun 2025-ci il tarixdə keçirilən məkhəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı bildirdi ki, etdiyi hərəkətlərə görə biyabır olmaq istəmir. Bu səbəbdən iddiaçıya bildirmiş ki, barışıq sazişi imzalasınlar. Mediatorun yanına gedib bildirmişlər ki, bu formada razılaşmışlar. Mediatorda heç bir şey soruşmadan barışıq sazişini təsdiq etmişdir. O, iddiaçıya bildirmişdir ki, onu məhkəməyə verərək, etdiklərini sübut edərək, uşaqları ondan alsın, iddiaçı bildirmişdir ki, məhkəməyə getmək və biyabır olmaq istəmir. 07 iyul 2025-ci il tarxidə keçirilən məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, 2024-cü ilin sentyabr ayına kimi iddiaçı ilə bir ailə kimi yaşamışlar. 2024-cü ilin sentyabr ayında iddiaçının telefona baxmış və orda olanlar barədə iddiaçıya sual vermişdir. İddiaçı telefonda olanların könüllü şəkildə olmasını bildirmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməli və yeni barışıq sazişi təsdiq edilməlidir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(050)-1799/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə ərazi nümayəndəliyi tərəfindən bağlanmış 16 yanvar 2014-cü il tarixli, 04 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 22 fevral 2014-cü il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X9 adlı uşaqlarının anaları İddiaçı yanında qalması qət edilmişdir. doğum haqqında arayışlardan görünür ki, 22 fevral 2014-cü il təvəllüdlü X5 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. 23 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-01073 saylı barışıq sazişindən görünür ki, İddiaçı uşaqları 22 fevral 2014-cü il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalmasına etiraz etmir. 22 fevral 2014-cü il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X9 ataları Cavabdeh yanında qalmaqla onun himayəsinə verilir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəsini almamış 13 iyun 2025-ci il tarixli, 2(050)-2172/2025 saylı qətnaməsi ilə ərizəçi Cavabdeh maraqlı şəxs İddiaçı qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinin təmin edilməsi, MŞM/MT036/2024-01073 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, 22 fevral 2014-cü il təvəllüdlü X8 və 21 noyabr 2018-ci il təvəllüdlü X9 ataları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Masallı 1 X7 27 iyun 2025-ci il tarixli, MMT/2025-023 saylı məktubundan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbə sakinləri ər-arvad münasibətində olan İddiaçı və Cavabdeh uşaqların atanın himayəsinə verilməsi mübahisəsinin həll edilməsi üçün könüllü olaraq birlikdə mediasiyaya müraciət etmişlər. 23 dekabr 2024-cü il tarixdə keçirilən mediasiya prosesi zamanı tərəflər uşaqların atanın himayəsinə verilməsi mübahisəsini həll edərək, uşaqların 1-ci tərəf Cavabdeh yanında qalmaqla onun himayəsinə verilməsi barədə razılığa gəlmişlər. Bu barədə xx.xx.2024-ci il tarixli, MŞM/MT036/2024010-01073 saylı barışıq sazişi tərtib edilmişdir. Uşaqlar qarşılıqlı razılıq əsasında könüllü olaraq atanın himayəsinə verildiyi üçün və yuxarıda qeyd edildiyi kimi, bu zaman uşaqların mənafeyinə toxunan hal olmadığı üçün, Masallı RİHB yanında Uşaqların Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının rəyi alınmamışdır. Lakin barışıq sazişi “Mediasiya haqqında Qanun”un 26.5-ci maddəsinə əsasən Masallı RİHB yanında Uşaqların Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına göndərilmişdir. Məhkəmə barışıq sazişinin etibarsız hesab edilməsinə münasibətdə ağıdakıları bildirir: Məhkəmə ilk növbədə - cavabdehin iddianı etitaf etməsinə münasibətdə aşağıdakıları bildirir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 52.3. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Cavabdeh iddianı etiraf edib, barışıq sazişinin etibarsız hesab edilməsinə etiraz etməsə də, məhkəmə həmin halın araşdırılmasını zəruri hesab edir. Belə ki, cavabdehin iddianı etiraf etməsi, hələ tərəflər arasında bağlanmış barışıq sazişinin etibarsız olması anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiyası:

17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.1.2. Ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. 5.3. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər. 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi. 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli, 607 saylı Fərmanı: 2.3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 26.3-cü, 26.4-cü və 26.5-ci maddələrində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 16 yanvar 2014-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan 22 fevral 2014-cü il təvəllüdlü X10 və 21 noyabr 2018-ci il təvəllüdlü X9 doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(050)-1799/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaqlar ananın yanında saxlanılmışlar. Sonradan tərəflər barışıb nikaha daxil olmadan birgə yaşamışlar. Sonradan ailədaxili münaqişələrə görə ayrılmışlar. Cavabdeh ayrılmağa səbəb kimi iddiaçının telefonunda olan yazışmaları, foto və videogörüntüləri əsas gətirir. Cavabdehin izahatından (O, iddiaçıya bildirmişdir ki, onu məhkəməyə verərək, etdiklərini sübut edərək, uşaqları ondan alsın, iddiaçı bildirmişdir ki, məhkəməyə getmək və biyabır olmaq istəmir.) görünür ki, iddiaçı onunla bağlı olan məlumatların yayılmasından qorxaraq, cavabdehə barışıq sazişi bağlamış və uşaqların atasının himayəsinə verilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli mediasiya prosesində tərəflər arasında bağlanmış MŞM/MT036/2024-01073 saylı barışıq sazişi etibarsız hesab edilməlidir. Belə ki, barışıq sazişi bağlanarkən iddiaçı təhdid altında olmuş, həmçinin bağlanmış barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olaraq bağlanmışdır. Mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 26.3cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almalı olduğu halda, heç bir şey araşdırmadan barışıq sazişini təsdiq etmişdir. Məhkəmə 21 iyul 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə münasibətdə ağıdakıları bildirir: Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını tədqiq edib hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.3. Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 23 dekabr 2024-cü il tarixli mediasiya prosesində bağladıqları MŞM/MT036/2024-01073 saylı barışıq sazişi etibarsız hesab edilsin. Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış 21 iyul 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış birgə nikahlarından olan uşaqlarının hansının yanında qalmasına dair barışıq sazişinin etibarsız hesab edilməsi və uşaq tələbinə dair mübahisə ilə bağlı Masallı Rayon Məhkəməsində olan mülki iş üzrə mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.

2. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh hazırkı sazişin 3-cü maddəsində digər tərəfin götürdüyü öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. Azyaşlı övladı 21 noyabr 2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasına razılıq vermək. 2.2. İddiaçı onun yanında qalan azyaşlı övlqdı 22 fevral 2014-cü il təvəllüdlü X8 ilə ünsiyyətinə heç bir məhdudiyyət qoymadan şərait yaratmaq. 2.3. Azyaşlı övladı 22 fevral 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı aliment tələb etməmək.

3. Hazırkı barışıq sazişinə əsasən İddiaçı hazırkı sazişin 2-ci maddəsində Cavabdeh tərəfindən götürülmüş öhdəliyin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 3.1. Azyaşlı övladı 22 fevral 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh yanında qalmasına razılıq vermək 3.2. Cavabdeh onun yanında qalan azyaşlı övladı 21 noyabr 2018-ci il təvəllüdlü X9 ilə ünsiyyətinə heç bir məhdudiyyət qoymadan şərait yaratmaq. 3.3. Azyaşlı övladı 21 noyabr 2018-ci il təvəllüdlü X2 üçün Cavabdeh aliment tələb etməmək.

4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq.

5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf 10 təqvim günündən sonra hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmir etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Masallı Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir.

6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər biri hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb.

7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər.

8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldulaı, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır.

9. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Masallı Rayon Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar