Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-215/2023 27.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə. İddiaçı cavabdeh X2 qarşı əmlakların evdən çıxarılması tələbinə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X2 məxsus cehiz əşyalarının yaşadığı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Ülviyyə Poladova 10 avqust 2015-ci ildə faktiki nikaha girmişlər, nikahlarını isə 22 fevral 2020-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlə 7 ildən artıq birgə yaşamalarına, hər ikisinin müalicə olunmasına baxmayaraq övladları olmamışdır. Bu səbəbdən də ailədə narazılıqlar yaranmışdır. Sonuncu dəfə cavabdeh Ülviyyə Poladova heç bir əsas olmadan evdə narazılıq salaraq DİN 102 zəng xidmətinə zəng edərək ailə üzvlərindən əsassız şikayətlər etmiş və evdən çıxıb getmişdir. Faktiki olaraq ayrıldıqlarından məcbur qalıb nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-2809/2022 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Cavabdehə onun cehiz əmlaklarının evdən çıxarılması barədə dəfələrlə şifahi xəbərdarlıq etmiş, həmçinin ilkin mediasiya sessiyasında da əmlaklarını çıxaracağıı bildirsə də, hazırki vaxtadaək həmin əmlaklar onun evindən çıxarılmamışdır. Odur ki, məcburiyyət qarşısında qalıb cavabdehə məxsus olan 1 ədəd şifoner, servant, taxt 2 ədəd tumbası ilə, 1 ədəd taxat, 1 ədəd kamot, 1 ədəd tək çarpayı, 1 ədəd abedni stol, 10 ədəd stul, 1 ədəd uqlavoy divan, 1 ədəd jurnalni stol, 1 ədəd televizor altlığı, 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd ütü altlığı, 1 ədəd ütü, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd sok çəkən, 1 ədəd elektrik samovar üstündə çaniki ilə, 1 ədəd ətçəkən, 2 dəst kasturka naboru, 1 ədəd çamadanlı qaşıq çəngəl naboru, 12 ədəd böyük qaşıq, 12 ədəd çəngəl, 12 ədəd balaca qaşıq, 12 ədəd yağ bıçağı, 2 ədəd bıçaq, 1 ədəd tava naboru, 1 ədəd qazan naboru, 1 ədəd böyük bak, 1 ədəd radiator, 1 ədəd sərinkeş, 1 ədəd sandıq içində əşyaları ilə, 1 ədəd qorapalan, 1 ədəd kəpkir su götürən, 1 ədəd kəpkir, 2 ədəd çuqun kruşka, 1 ədəd tabaqça qənd doğrayan, 1 ədəd meyvə yumaq üçün setka, 1 ədəd mikser, 2 ədəd qəfədan, 1 ədəd limon doğrayan, 1 ədəd çuqun vedrə, 1 ədəd dəmir vedrə, 1 ədəd pol silən vedrə, 12 ədəd duz qabı, 6 ədəd sous qabı, 2 ədəd külqabı, 2 ədəd qəndqabı, 1 ədəd mətbəx üçün lüstur, 1 ədəd mətbəx üçün pərdə, 1 ədəd mətbəx üçün krant, 6 ədəd çaşqa naboru, 12 ədəd sadə stəkan, 12 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 12 ədəd kabab üçün şiş, 1 ədəd aftafa ləyən, 4 ədəd çörək qabı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd armudu stəkan, 1 ədəd şüşəli çaynik, 1 ədəd bulud qabı, 1 ədəd kəpkir, 12 ədəd meyvə qabı, 1 ədəd abedni serviz dəsti, 1 ədəd dolça 6 ədəd balası ilə, 1 ədəd naçnik, 12 ədəd rumka, 2 ədəd şüşə meyvə qabı, 1 ədəd meyvə qabı 3 mərtəbə, 1 ədəd dolça 6 ədəd balası ilə, 1 ədəd şirniyyat qabı, 2 ədəd ləpə qabı, 1 ədəd tort qabı dəst, 2 ədəd qənd qabı şüşə, 3 ədəd güldan, 6 ədəd böyük boşqab, 3 dəst çaşqa naboru, 12 ədəd dərin boşqab, 12 ədəd böyük boşqab, 12 ədəd dolma qabı, 12 ədəd salat qabı, 1 ədəd lüstur, 4 ədəd yorğan, 8 ədəd balış, 4 ədəd döşək, 12 ədəd nalça, 3 ədəd adyal, 1 ədəd yay yorğanı, 4 ədəd xalça, 1 ədəd pərdə otaq üçün, 1 ədəd karniz, 1 ədəddivar saatı, 2 ədəd böyük güldan, geyimlər, 1 ədəd padnos, 12 ədəd razetka, 1 ədəd bıçaq naboru, 1 ədəd rajok, 1 ədəd oxlov və taxtası və 1 ədəd uzun çəkmədən ibarət olan əmlakların evdən çıxarılması xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddianı qəbul edərək bildirdi ki, hal-hazırda əmlaklarını götürməyə etirazı yoxdur. Ona görə də adları qeyd olunan əşyalarının götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin qızıl-zinət əşyalarının cavabdehdə qalmasını və bu barədə ayrıca iddia qaldıracağını bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-2908/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikah qeydi pozulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikahın pozulması Masallı rayon Qeydiyyat şöbəsində 21 noyabr 2022-ci il tarixdə 239 nömrə ilə qeydə alınmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X3 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək iddiaçı və cavabdeh tərəfindən təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb emək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidik də, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4.-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan maddi və prosessual normalarına əsasən və cavabdehin iddianı qəbul etməsini təsdiq edərək ki, məhkəmə qeyd edir edir ki, cavabdeh Ülviyyə Poladovaya məxsus əmlakların iddiaçının evində qalması, iddiaçının evədn sahiblik və istifadə hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bundan başqa cavabdeh əmlaklarını götürməsinə etiraz etmir. Ona görə də iddia əsaslı hesab olunmalı, həmçinin çıxarılan əşyalar Ülviyyə Poladovaya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 məxsus 1 ədəd şifoner, servant, taxt 2 ədəd tumbası ilə, 1 ədəd taxat, 1 ədəd kamot, 1 ədəd tək çarpayı, 1 ədəd abedni stol, 10 ədəd stul, 1 ədəd uqlavoy divan, 1 ədəd jurnalni stol, 1 ədəd televizor altlığı, 1 ədəd mətbəx mebeli, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd ütü altlığı, 1 ədəd ütü, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd sok çəkən, 1 ədəd elektrik samovar üstündə çaniki ilə, 1 ədəd ətçəkən, 2 dəst kasturka naboru, 1 ədəd çamadanlı qaşıq çəngəl naboru, 12 ədəd böyük qaşıq, 12 ədəd çəngəl, 12 ədəd balaca qaşıq, 12 ədəd yağ bıçağı, 2 ədəd bıçaq, 1 ədəd tava naboru, 1 ədəd qazan naboru, 1 ədəd böyük bak, 1 ədəd radiator, 1 ədəd sərinkeş, 1 ədəd sandıq içində əşyaları ilə, 1 ədəd qorapalan, 1 ədəd kəpkir su götürən, 1 ədəd kəpkir, 2 ədəd çuqun kruşka, 1 ədəd tabaqça qənd doğrayan, 1 ədəd meyvə yumaq üçün setka, 1 ədəd mikser, 2 ədəd qəfədan, 1 ədəd limon doğrayan, 1 ədəd çuqun vedrə, 1 ədəd dəmir vedrə, 1 ədəd pol silən vedrə, 12 ədəd duz qabı, 6 ədəd sous qabı, 2 ədəd külqabı, 2 ədəd qəndqabı, 1 ədəd mətbəx üçün lüstur, 1 ədəd mətbəx üçün pərdə, 1 ədəd mətbəx üçün krant, 6 ədəd çaşqa naboru, 12 ədəd sadə stəkan, 12 ədəd xrustal stəkan, 24 ədəd nəlbəki, 12 ədəd kabab üçün şiş, 1 ədəd aftafa ləyən, 4 ədəd çörək qabı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd armudu stəkan, 1 ədəd şüşəli çaynik, 1 ədəd bulud qabı, 1 ədəd kəpkir, 12 ədəd meyvə qabı, 1 ədəd abedni serviz dəsti, 1 ədəd dolça 6 ədəd balası ilə, 1 ədəd naçnik, 12 ədəd rumka, 2 ədəd şüşə meyvə qabı, 1 ədəd meyvə qabı 3 mərtəbə, 1 ədəd dolça 6 ədəd balası ilə, 1 ədəd şirniyyat qabı, 2 ədəd ləpə qabı, 1 ədəd tort qabı dəst, 2 ədəd qənd qabı şüşə, 3 ədəd güldan, 6 ədəd böyük boşqab, 3 dəst çaşqa naboru, 12 ədəd dərin boşqab, 12 ədəd böyük boşqab, 12 ədəd dolma qabı, 12 ədəd salat qabı, 1 ədəd lüstur, 4 ədəd yorğan, 8 ədəd balış, 4 ədəd döşək, 12 ədəd nalça, 3 ədəd adyal, 1 ədəd yay yorğanı, 4 ədəd xalça, 1 ədəd pərdə otaq üçün, 1 ədəd karniz, 1 ədəddivar saatı, 2 ədəd böyük güldan, geyimlər, 1 ədəd padnos, 12 ədəd razetka, 1 ədəd bıçaq naboru, 1 ədəd rajok, 1 ədəd oxlov və taxtası və 1 ədəd uzun çəkmədən ibarət olan əmlaklar İddiaçı məxsus Masallı rayonu Öncəqala kəndində tikilmiş yaşayış evindən çıxarılsın və X2 təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-215/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-215/2023
27.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver