Məhkəmə qərarları › İş №2(050)-23/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-23/2024

26.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-23/2024 26.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ona məxsus Masallı rayonu, Xıl kəndində yerləşən 0.2721 hektar zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə məhkəmədə iddia qaldıraraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, ona Masallı rayonu Xıl kəndində yerləşən və mərhum atası X6 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.2721 hektar torpaq sahəsi verilmişdir. Mərhum atası torpaq sahəsini uzun illər əkib-becərmişdir. Atası rəhmətə gedəndən sonra o, atasının qanun üzrə vərəsəsi kimi tanınmışdır. Atasından qalmış torpaq sahəsini əkib-becərmək istədikdə əmisi olan Cavabdeh həmin torpaq sahəsindən onun istifadə etməsinə imkan verməmişdir. Faktiki olaraq həmin ərazini cavabdeh zəbt edərək qanunsuz olaraq istifadə edir. Dəfələrlə cavabdehdən torpaq sahəsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyetsr nömrəsi **********18 olan Çıxarışın surətindən görünür ki, X3 xüsusi mülkiyyətində Masallı rayonu, Xıl kəndində 1.5423 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X7, X1, Cavabdeh, X2, X9, X8, X3 və X4 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7111 saylı rəyindən məlum olur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********18 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Masallı rayonu, Xıl kəndində tərəflərin paylı mülkiyyətində 1.5423 ha torpaq sahəsinin olmasını, lakin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə həmin torpaq sahiblərinin mülkiyyətinə 1.32 ha torpaq sahəsi göstərilməsini nəzərə alaraq, qeyd olunan 1.5423 ha torpaq sahəsindən 0.2721 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılması barədə tədqiqat aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 02 iyul 2024-cü il tarixli məktubundan məlum olur ki, məhkəmələrin müraciətləri əsasında mübahisə predmeti olan daşınmaz əmlaka rəy və sxemlərin verilməsi zamanı torpaqların elektron kadastr uçotu məlumat bazasından istifadə edilir. 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri Masallı rayonu, Xıl kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahəsinə 09 fevral 2024 cü il tarixdə müayinə ekspertiza işləri aparmışlar. Ekspertizanın nəticələri kameral şəkildə araşdırılmışdır. Kameral araşdırma zamanı bölgüsü tələb olunan JN-119 (**********18 reyestr) nömrəli Dövlət Aktının (Çıxarışın) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəmiyyət göstəricisi 1.54 ha ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının kəmiyyət göstəricisi 1.32 ha arasında uyğunsuzluqların olduğu, eləcə də pay bölgüsü tələb olunan sahənin hansı istiqamətdən, cəhətdən ayrılmasına münasibət bildirilmədiyi müəyyənləşdirildi. Qeyd olunan bu uyğunsuzluqlara görə məhkəmənin 13 dekabr 2023-cü il tarixli, 2(050)-553/2024 saylı qərardadında qoyduğu sualların cavablandırılması tərəflərindən mümkün deyildir. Məlumat üçün bildirilmişdir ki, bölgüsü nəzərdə tutulan torpaq sahəsinin pay hissələrinə uyğun məhkəmə qərarı əsasında pay bölgüsü müəyyənləşəndən, təyin ediləndən, DƏDKR-nin Ərazi İdarəsinin mütəxəssisinin tərtib etdiyi bölgü planlarındakı payçıların razılıqlarının notariat qaydasında təsdiqindən sonra yerinə yetirilir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1-9.3-cü maddələrinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 178.1.-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur: Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı –hazırkı iş üzrə iddiaçının iddia etdiyi Masallı rayonu, Xıl kəndində yerləşən 0.2721 ha torpaq sahəsi mərhum atası X3 adına daşınmaz əmlakın reyestrində qeydə alınmışdır. İddiaçı mərhum atasına münasibətdə hüquqi varis olsa da, hazırda torpaq sahəsinə münasibətdə MM-nin 178.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi hesab edilmir. Həmçinin Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli; Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli; Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı; -hazırki iş üzrə iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamaqla yanaşı, cavabdehin iddia edilən qanunsuz hərəkətlərə yol verib-verməməsi aydınlaşdırıla bilməmişdir. Belə ki, işin araşdırılması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə alınmış rəydə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 02 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Ekspertizanın nəticələrini kameral şəkildə araşdırılmışdır, Kameral araşdırma zamanı bölgüsü tələb olunan JN-119 (**********18 reyestr) nömrəli Dövlət Aktının (Çıxarışın) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəmiyyət göstəricisi 1.54 ha ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının kəmiyyət göstəricisi 1.32 ha arasında uyğunsuzluqların olduğu, eləcə də pay bölgüsü tələb olunan sahənin hansı istiqamətdən, cəhətdən ayrılmasına münasibət bildirilmədiyi müəyyənləşdirildi. Qeyd olunan bu uyğunsuzluqlara görə məhkəmənin 13 dekabr 2023-cü il tarixli, 2(050)-553/2024 saylı qərardadında qoyduğu sualların cavablandırılması tərəflərindən mümkün deyildir. Məlumat üçün bildirilmişdir ki, bölgüsü nəzərdə tutulan torpaq sahəsinin pay hissələrinə uyğun məhkəmə qərarı əsasında pay bölgüsü müəyyənləşəndən, təyin ediləndən, DƏDKR-nin Ərazi İdarəsinin mütəxəssisinin tərtib etdiyi bölgü planlarındakı payçıların razılıqlarının notariat qaydasında təsdiqindən sonra yerinə yetirilir. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi cavabdeh tərəfin iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları ilə bağlı hüquq və mənafelərini pozmaları hal sübuta yetmir, ona görə də iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. İddiaçı məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin naturada ayrılması tələbi barədə iddiası təmin olunmasın. İddiaçı məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar