Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2301/2023 24.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobillərin hərracda satılaraq dəyərinin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Həbibova X1 Mircəlal Arif oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(050)- 109/2023 saylı qətnaməsi ilə paylarının müəyyən edildiyi **-CF-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobilin və **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobilin açıq hərracdan satılaraq satış pulunun cavabdehlərlə onun arasında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 ilə ailə həyatı qurub, nikahlarını 17 mart 1977-ci ildə rəsmi qeyd etdirmilər. Birgə yaşadıqarı müddətdə Vüsalə, Şəlalə, Aynurə və Mircəlal adlı uşaqları doğulmuşdur. Arif Həbibov 16 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək mülkiyyətlərində “VAZ 21063” markalı **-BA-*** dövlət nömrə nişanlı və “VAZ 21074” markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobilləri olmuşdur. Avtomobillərin hər ikisi mərhum ərinin adına qeydiyyatda olsa da, onları birgə nikah dövründə əldə etmişlər. Bu səbəbdən də qeyd olunan avtomobillərin ½-i onun payına düşür. Qalan ½-i isə övladları ilə aralarında bölünməlidir. X4 ilə Vüsalə Seyfullayeva öz paylarından onun xeyrinə imtina etsələr də, qızı Cavabdeh2 özünün payını istəmiş, oğlu Cavabdeh1 isə ümumiyyətlə bu bölgü ilə razılaşmamış və payı ilə bağlı ərizə verməkdən də imtina etmişdir. Vərəsələr arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərək məhəkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Masallı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(050)-109/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, mərhum X2 miras qalmış **-CF-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobilin və **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobilin 8/10 hissəsinə onun, 1/10 hissəsinə Cavabdeh2 və 1/10 hissəsinə Cavabdeh1 pay hüququnun tanınması qət edilmişdir. Göründüyü kimi avtomobillərdə 8/10 payı olsa da, avtomobillərdə cavabdehlərin də payları olduğundan qeyd olunan avtomobillər üzərində sərəncam verə bilmir. Həmin avtomobillərin dəyərinin payına düşən hissəsinin ona verməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan avtomobillər onun həyətindədir. Onların satılaraq pulunun hərənin payına uyğun verilməsini istəyir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehlərə çatdırılması üçün onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA 453932 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BA-*** qeydiyyat nömrəli, “VAZ 21063” minik markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobil X3 adına xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır. AD 807620 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-CF-*** qeydiyyat nömrəli, “VAZ 21074” minik markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobil X3 adına xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 yanvar 2023-cü il tarixli 2(050)-109/2023 saylı qətnaməsindən görünür ki, mərhum X2 miras qalmış **-CF-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” minik markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobilin və **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” minik markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobilin 8/10 hissəsinə İddiaçı, 1/10 hissəsinə Cavabdeh1 və 1/10 hissəsinə Cavabdeh2 vərəsəsi kimi pay hüququnun tanınması qət edilmişdir. xx.xx.2023-cü il tarixli ərizələrdən və 2 ədəd xəbərnamələrdən görünür ki, Həbibova X1 Mircəlal Arif oğluna və Cavabdeh2 ərizə ilə müraciət edərək paylı mülkiyyətlərində olan “VAZ 21063” minik markalı avtomobilin 6500 manat və “VAZ 21074” minik markalı avtomobilin 6000 manat dəyərinin payına mütənasib hissəsinin ona ödənilməsini xahiş etmiş və ərizələr digər payçılar tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzə əsasən iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100.4 manat (0.4 mant xidmət haqqı ilə birlikdə) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil...Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **-CF- *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli və **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobillər tərəflərin paylı mülkiyyətindədir. İddiaçının həmin əmlaklara öz payının naturada ayrılması texniki cəhətdən mümkün deyil. İddiaçı cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsinə razılığını bildirsə də, cavabdehlər ümumiyyətlə iddiaçıya kompensasiyanın ödənilməsinə dair fikirlərini bildirməmişdilər. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan avtomobillərin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı (8/10 hissə), Cavabdeh1 (1/10 hissə) və Cavabdeh2 (1/10 hissə) paylı mülkiyyətində olan **-CF-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobil və **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobil açıq hərracda satılmalı və satış pulu iddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100.4 manat (0.4 manat xidmət haqqı ilə birlikdə) məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı (8/10 hissə), Cavabdeh1 (1/10 hissə) və Cavabdeh2 (1/10 hissə) paylı mülkiyyətində olan **-CF-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı, Sedan tipli, 2004-cü il buraxılışlı, ağ rəngli avtomobil və **-BA-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı, Sedan tipli, 1991-ci il buraxılışlı, göy rəngli avtomobil açıq hərracda satılsın və satış pulu iddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı tərəfindən ödənilmiş 100.4 manat (0.4 manat xidmət haqqı ilə birlikdə) məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2301/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2301/2023
24.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver