Məhkəmə qərarları › İş №2(050)-2302/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2302/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2302/2024 20.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh törətdiyi cinayət əməli nəticəsində maddi ziyana görə 1987 manat, dəymiş mənəvi ziyan olaraq 2000 manat pulun və 60 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi X1 məxsus “VAZ 21074 minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran-Boradigah- Masallı avtomobil yolunun Masallı rayonu, Boradigah qəsəbəsi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 20 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci və 6-cı hissəslərinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, qövsvari yolun sağ hərəkət zolağından sol ehtiyat hissəsinə keçmək istəyərkən ehtiyatsızlıqdan həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan əvvələr tanıdığı Masallı rayonu, Mollaoba kənd sakini Nümayəndə idarə etdiyi “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol ehtiyat hissəsinin kənarında toqquşmuş və sonuncunun sol mil sümüyünün yerini dəyişmiş qapalı sınığı, alt çənə, sol said və diz nahiyəsinin əzilmiş yarası xəsarətləri alması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Bu əməlləri ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək Masallı Rayon Məhkəməsinin 1(050)- 180/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6500 (altı min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 1(050)- 180/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü Şirvan Apellyasiya Məhkəməsinin qərarı İlə dəyişdirilmədən saxlanılmışdır. Baş vermiş avtonəqliyyat qəzası zaman ona məxsus olan “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili nəvəsi Nümayəndə idarə etmişdir və qəza nəticəsində nəvəsi xəsarət almış, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Baş vermiş cinayət əməli nəticəsində ona məxsus olan “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir və bunun nəticəsində ona maddi ziyan dəymişdir. Həmçinin baş vermiş cinayət hadisəsi nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, cinayət əməli ilə əlaqədar olaraq həm nəvəsinə, həm də mülkiyyətinə görə güclü əsəb gərginliyi, stres, həyəcan, psixi sarsıntı keçirmiş və əsəblərində pozuntu yaranmış və bunun nəticəsində mənəvi ziyana məruz qalmışdır. Göründüyü kimi, cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona həm maddi, həm mənəvi, övladına da fiziki ziyan yetirmişdir. Odur ki, keçirdiyi əsəb gərginliklərinin, psixoloji sarsıntıların, stresin, həyəcanın bütün bu mənəvi sarsıntıların nəticəsi kimi cavabdehdən 2000 manat mənəvi ziyana görə pul məbləği alınıb ona verilməlidir. Cavabdeh ona vurduğu ziyanın ödənilməsi ilə bağlı bu günə kimi heç bir addım atmamışdır və belə bir addım atacağına da inanmır. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əslində ona dəymiş ziyan ziyanla arayışda qeyd olunandan qat-qat artıqdır. Odur ki, bununla bağlı ekspertiza təyin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədləri alsa da, iddia tələbinə etirazını yazılı və ya şifahi formada bildirməmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin 1(050)-180/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6500 (altı min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Hökm üzrə Nümayəndə zərərçəkmiş şəxs qismində tanınmışdır. Baş vermiş cinayət əməli nəticəsində İddiaçı məxsus olan “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir və bunun nəticəsində ona maddi ziyan dəymişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-279/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-180/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. “Avtoservis” Masallı tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli arayışdan görünür ki, “Mersedes Benz klass” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1987 manat ziyan hesablanmışdır. Bundan 650 manat bərpa qiymətləri, 1337 manat isə ehtiyyat hissələrinin dəyəri təşkil edir. AD № 449678 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyatına alınmışdır. Lənkəran rayon 1 saylı notariat ofisində 7E-12832 reyestr nömrəli, 21 noyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X5 “Mersedes Benz D minik” markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üzrə səlahiyyətlər üzrə etibar etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh idarə etdiyi avtomobillə İddiaçı məxsus olan Nümayəndə idarə etdiyi avtomobillə toqquşaraq Nümayəndə sağlamlığıma ağır zərər vurulmasına və İddiaçı mülkiyyətində olan avtomobilə maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus “Mersedes Benz D minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1987 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(050)-180/2023 nömrəli hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının avtomobilə vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi qənaətinə gəlmək mümkündür və iddiaçının tələbinin bu hissədə maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, yaranmış mübahisənin hüquqi əsası mülki hüquq pozuntusudur. İşin faktiki hallarına əsasən yaranmış maddi ziyanla cavabdehin qanunazidd təqsirli hərəkətləri arasında səbəbli əlaqə müəyyən olunur. Ona görə də cavabdeh yaranmış ziyanı ödəməlidir. Məhkəmə 2000 manat mənəvi ziyan tələbinə münasibətdə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin faktiki hallarına əsasən cavabdehin hüquqazidd hərəkəti mövcud olmuş, iddiaçının nəvəsinin sağlamlığına fiziki xəsarət yetirilmiş, lakin hadisə ehtiyasızlıqdan baş verdiyindən, yəni cavabdeh qeyd edilən hadisəni qəsdən törətmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi kimi başa düşülməlidir. İşin hallarından görünür ki, iddiaçı ümumiyyətlə qeyd edilən hadisənin iştirakçısı olmamış, nəvəsi ona məxsus olan avtomobillə hərəkətdə olarkən cavabdehin təqsiri ucbatından avotomobilinə zərər dəymişdir. Şəxsin əmlakına ziyan vurulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi halı baş verə bilməzdi. Qeyd edilən səbəblərdən iddiaçının iddia ərizəsində göstərdiyi mənəvi ziyanla bağlı tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1987 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin 39.78 manat məbləğində hissəsi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar