Məhkəmə qərarları › İş №2(050)-24/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-24/2023

13.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-24/2023 13.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı payların naturada müəyyən edilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı paylı mülkiyyətdə olan 0,96 ha kənd təsərrüfatı təyinatlı sahəsindən onun payına düşən 1/8 hissənin naturada ayrılması barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum valideynləri, həmçinin adları qeyd edilən bacıları və qardaşları ilə onun birgə mülkiyyətlərinə Masallı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN 658 Kod 80518018 saylı Dövlət Aktında qeyd edilən Masallı rayonu Təzə Alvadı kəndində 0.96 ha payıbəlli torpaq sahəsi verilmişdir. Dövlət Aktı əsasında hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli **********70 reyestr nömrəli çıxarış verilmişdir. Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə yuxarıda göstərilən torpaq sahəsində ümumi birgə mülkiyyət hüququna xitam verilərək, həmin torpaq sahəsində hər bir mülkiyyətçinin 1/8 hissə payları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və bunun əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Çıxarış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdir ki, 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun və cavabdehlərin hər birinin 1/8 hissə payları vardır. Lakin o, öünə düşən payın ayrılmasını istəyir, bununla belə bu barədə cavabdehlərlə razılığıa gələ bilmir. Bu barədə ekspertiza təyin edilmiş və tərtib edilmiş plan-ölçü sənədlərinə uyğun bölgü aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddianı qəbul edərək İddiaçı payının naturada ayrılmasına etiraz etmədiklərini bildirdilər. Cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə yazaraq, məhkəmə iclasına gələ bilmədiyini, iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********70 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Masallı rayonu Təzə Alvadı kəndində 0.96 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsi üzərində İddiaçı, X1, X2, Cavabdeh2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və X4 hər birinin 1/8 hissə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı torpaq sahəsinin naturada bölünməsi barədə müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməsi barədə hüquqları izah edilmişdir. Ölüm haqqında arayışlardan görünür ki, X3 22 noyabr 2011-ci ildə, X5 01 mart 2013cü ildə ölmüşlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 17 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 10/7364 saylı rəyindən məlum olur ki; Naturada bölgüsü nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki (şimal və cənub) istiqamətdə gediş-gəliş yoluna çıxışı vardır. Payıların bölgü planı tərtib edilərək payçıların razılıqları əsasında notariat qaydasında təsdiqindən sonra bölgü mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki hallarına əsasən, Masallı rayonu Təzə Alvadı kəndində 0.96 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsi üzərində İddiaçı, X1, X2, Cavabdeh2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və X4 hər birinin 1/8 hissə payları müəyyən edilmiş, onlardan Mirzəbəy Məlkov və Bəstıqız Ağayeva vəfat etmişlər. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1., 220.2. və 220.3.-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, iddiaçı və cavabdehlərin hər birinin 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 1/8 hissə payları vardır. İddiaçı payına düşən 1/8 hissə torpaq sahəsinin ayrılmasını tələb etmək hüququ vardır. Lakin tərəflər bu barədə qarşılıqlı razılığa gələ bilməmişlər. Ona görə torpaq sahəsindən payına düşən hissə naturada ayrılmalıdır. Əks halda iddiaçının mülkiyyət hüququ pozulmuş olar. Məhkəmə tərəfindən mübashiə bağlı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi müəyyən edilmişdir ki, naturada bölgü mümkündür. Həmçinin cavabdehlərin münasibətindən göründüyü kimi, onlardan Cavabdeh1, Qürbət Məlikov və Cəmilə Məlikova torpaq sahəsinin ayrılmasına etiraz etmir. Belə olan halda torpaq sahəsi naturada ayrılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********70 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı, mərhum X1, mərhum X2, Cavabdeh2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və X4 hər birinin 1/8 hissə paylı mülkiyyətlərində olan və Masallı rayonu Təzə Alvadı kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsindən İddiaçı 1/8 hissə payı bölünərək naturada ayrılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar