Məhkəmə qərarları › İş №2(050)-2414/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2414/2023

17.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2414/2023 17.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əmlaklarının onun yaşadığı evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona məxsus olan cehiz əmlaklarının və ya onların dəyəri olan 5636 manatın, həmçinin dövlət rüsumuna görə 76.36 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası zamanı ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili-nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı gəlmədiyi üçün işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək mülki işin baxılmamış saxlanılmasına etirazının olmadığını, həmçinin, qarşıqlıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmaqla işin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkilinümayəndəsini dinləyib, iddia ərizələrini və mülki işin materiallarını araşdırıb hesab edir ki, ilk iddia və qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 259.0 və 259.0.7-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 259.0.7, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar