Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2770/2024 22.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Cavabdehlə 2011-ci ilin aprel ayında el adəti ilə toy edərək ailə həyatı qurmuş, xx.xx.2011-ci ildə nikahlarını Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Ailə qurduqdan sonra Xəzər rayonu Binə qəsəbəsində kirayə ev tutaraq bir müddət orada yaşamışlar. Sonra isə Binə qəsəbəsində həyətyanı torpaq sahəsi alaraq orada 2012-ci ildə 1 mərtəbəli, 3 otaq, mətbəx və dəhlizdən ibarət fərdi yaşayış evi tikərək, ora köçüb ayrılan günədək orada yaşamışlar. Cavabdehlə birgə yaşadıqları dövrdə 01 mart 2012-ci il təvəllüdlü Əliyev Hüccət, 21 iyun 2014-cü il təvəllüdlü Əliyev Hüseyn və 15 yanvar 2017-ci il təvəllüdlü Əliyeva Münəvvər adlı üç uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmışdır. Cavabdeh 10 may 2020-ci il tarixdə yaşadıqları evdə onu döyərək xəsarət yetirmişdir. Məcburiyyət qarşısında qalaraq evdən çıxmalı olmuşdur. Bu barədə polis orqanına olan müraciəti ilə bağlı araşdırma aparılmış və döyülərək xəsarət almağı öz təsdiqini tapdığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla, 1 il müddətə islah işləri cəzası təyin edilmişdir. Hadisə baş verən gündən azyaşlı uşaqları ilə valideynlərinin evində qalır. Masallı Rayon Məhkəmənin 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə nikah qeydi pozulmuş, azyaşlı uşaqlarının onun yanında qalması və həmin uşaqların saxlanması üçün cavabdehin aylıq qazancının yarısı məbləğində və əlavə olaraq hər uşaq üçün 30 manat sabit pul məbləğində onun xeyrinə aliment tutulması qət edilmişdir. Uşaqlarından biri olan Hüseyn (əvvəlki adı Ramiz) Əliyev kəskin bronxit xəstəliyindən əziyyət çəkir. Həmin uşağın müalicəsi üçün hər ay orta hesabla 200 manat pu xərcləyir. Lakin cavabdeh uşağın əlavə xərclərinə köməklik etmir. İddiaçının tələbi: Cavabdeh azyaşlı uşağı 21 iyun 2014-cü il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərə cəlb edilərək, ondan əlavə xərclərə görə ayda 200 manat pul tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı ona qarşı xəstə uşaqla bağlı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsində göstərilənlər yalan və cəfəngiyyat olduğuna görə və iddia ərizəsinə əlavə edilmiş sənədlər mötəbər sübut kimi qəbul edilib iddianın təmin olunmasına səbəb ola bilməz. Belə ki, iddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)-781/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə ondan əlavə xərclərə görə hər uşaq üçün 50 manat məbləğində tutulmasını göstərməyərək 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə əlavə olaraq hər uşaq üçün 30 manat sabit pul məbləğində onun xeyrinə tutulmasını göstərmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyyə vərəqəsində göstərilən dərman peraparatlarının qəbul edilməsi tövsiyyə xarakterlidir və həmin dərmanların alınması barədə təqdim olunan çeklər hansı aptekdən alınması və yaxud tibb müəssiəsindən alınması qeyri müəyyəndir. İddiaçı hər ay uşağı müayinə və müalicə üçün tibb müəssəsinə aparması və bunun nəticəsində müalicə həkiminin təyin etdiyi müalicəyə görə yazdığı resept əsasında hansı aptekdən həmin resetlərdə göstərilən dərmanların hansı qiymətə alınması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırda İİİ qrup əlildir. Qolunda vətər qırığı vardır. Bu səbəbdən işləyə bilmir. Oğlu Hüseynin müalicəsinə aylıq 400-500 manat məbləğində vəsait sərf edir. Bura həkim müayinələri və yazılmış dərmanların pulu daxildir. Davamlı olaraq aldığı dərmanlar “brequal”, “allerdes”, burun spreyi və dilaltı dərmandır. Bundan əlavə daimi dərman qəbulu ilə bağlı uşağın böyrəklərində qanaxmalar yaranmışdır. Həmçinin oğlu Hüseynə əvvəllər İİ dərəcəli əlilliyə görə 110 manat müavinət təyin edilmişdir, hazırda isə əlilliyi olmadığına görə müavinət almır. Sonda məhkəmədən uşağın dərmanlarını almağa çatacaq qədər vəsaitin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Həmçinin hazırda ailə qurduğunu və yoldaşının hamilə olduğunu qeyd etmiş, bundan əlavə özü ürək əməliyyatı keçirmiş və ürəyinə 2 ədəd stend qoyulmuşdur. Bununla bağlı özünün də həkim xərcləri artmışdır. Məhkəmədən qətnamə qəbul edilərkən, bu halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İ 355751 №-li Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Doğum haqqında şəhadətnamələrdən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X8 xx.xx.2014-cü ildə Bakı şəhərində, X9 xx.xx.2012-ci ildə Bakı şəhərində, X3 xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuşlar. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 310 №-li sərəncamından görünür ki, ərizəçilər Cavabdeh və İddiaçı qııznın birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X6 Ramiz adının Hüseyn adına dəyişdirilməsinə razılıq verilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-1610/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 27 aprel 2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 315 nömrə ilə qeydə alınmış nikahın pozulması, 01 mart 2012-ci il təvəllüdlü X9, 21 iyun 2014-cü il təvəllüdlü X11 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında və himayəsində saxlanılması, 01 mart 2012-ci il təvəllüdlü X4, 21 iyun 2014-cü il təvəllüdlü X6 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh onun aylıq qazancının (başqa gəlirinin) yarısı məbləğində və əlavə olaraq hər uşaq üçün 30 (otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının 28 iyul 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-781/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 01 mart 2012-ci il təvəllüdlü X9, 21 iyun 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-1610/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay aylıq qazancının (başqa gəlirinin) yarısı məbləğindən əlavə olaraq hər uşaq üçün 30 (otuz) manat sabit pul məbləğində tutulan aliment hissəsinin 30 manat miqdarı 20 manat artırılaraq hər ay bir uşaq üçün 50 manat sabit pul məbləğində müəyyən olunması, alimentin yeni miqdarda tutulmasının qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, X7 “Allergik komponentin üstünlüyü ilə müşayiət olunan astma diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 45,66 manat dəyərində olan Saretid rotadiks 50 2250 mg 60 doz adlı dərman preparatı "xxxx" MMC-dən əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, natriy xlor 0,9, sistem şlank filtrli, kepenek tibbi N23 üçün 11,60 manat dəyərində dərman preparatı "xxxx" MMC-dən əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Drineks 2,5 mq 7,56 manat dəyərində dərman preparatı "xxxx" MMC-dən əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, brequal adlı dərman preparatı üçün 29,18 manat dəyərində əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Brequal adlı dərman preparatı üçün 44,30 manat, dekontrol adlı dərman preparatı üçün 18,50 manat ümumilikdə 72,80 manat dəyərində dərman preparatları "xxxx" MMC-dən əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Brequal 50250 mkq N 60, dimedrol 1 1ml N10, amoksisillin 250 mg 5 ml, diprocortin 2ml N 1, dhpric 2 ml, enap 5 mq N20, spazmalgon N20 adlı dərman preparatları 60,01 manat dəyərində "xxxx" MMC-dən əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Allerdes 2,5 mq 150 ml, lukastin 5 mq N25, bronxolitin 125 ml, brequal 50250 mkq N 60 adlı dərman preparatları 63,06 manat dəyərində "xxxx" MMC-dən əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, ümumi dəyəri 75,39 manat olan Rolizol oral drops, Bamenol 400 mg, puroxsan syrup, vericort nasal adlı dərman preparatları "xxxx" MMC-dən əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, denk air adlı dərman preparatı 20,05 manat dəyərində əldə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Brequal 50250 mkq N 60 adlı dərman preparatı 46,58 manat dəyərində əldə edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 13-2/2-4695/2024 saylı arayışdan görünür ki, “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti X5 Baş idarəsi İ və STTl-nin quraşdırıcısı Cavabdeh 2024-cü ilin yeddi ay ərzində hesablanmış əmək haqqı 6289,13 (altı min iki yüz səksən doqquz manat, 13 qəp) manat təşkil edir. Həmçinin 2024-cü ilin aprel ayı üzrə əmək haqqından 467,53 manat aliment tutulmuş, 192,41 manat Cavabdeh ödənilmiş, may ayı üzrə əmək haqqından 579,07 manat aliment tutulmuş, 239,21 manat Cavabdeh ödənilmiş, iyun ayı üzrə əmək haqqından 567,85 manat aliment tutulmuş, 233,63 manat Cavabdeh ödənilmiş, iyul ayı üzrə əmək haqqından 515,87 manat aliment tutulmuş, 212,27 manat Cavabdeh ödənilmiş, avqust ayı üzrə əmək haqqından 779,64 manat aliment tutulmuş, 320,99 manat Cavabdeh ödənilmiş, sentyabr ayı üzrə əmək haqqından 258,82 manat aliment tutulmuş, 106,32 manat Cavabdeh ödənilmiş, oktyabr ayı üzrə əmək haqqından 515,87 manat aliment tutulmuş, 212,27 manat Cavabdeh ödənilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 xx.xx.2024-cü il tarixdə 626 sayla rəsmi nikah bağlamışlar. “Zəfəran Hospital”-ın epikrizindən görünür ki, Cavabdeh ÜİX, miokardın aşağı divarının kəskin transmural infaktı diaqnozu qoyulmuş, ona RCA-dakı darlığa 3.0x34 mm stent implantasiya edilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-60/3-1813/2024 saylı arayışından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X8 həqiqətən xx.xx.2024-cü il tarixdə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində müayinə edilmişdir, diaqnozu “Allergik komponentin üstünlüyü ilə gedən astma”dır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında iddiaçı cavabdehdən 3 uşağa görə ümumilikdə 500-590 manat aralığında aliment aldığını bildirmiş, hazırda oğlu Hüseynin astma xəstəsi olduğu üçün onun müalicə xərclərinə görə cavabdehdən əlavə olaraq ayda 200 manat tutulmasını tələb etmişdir. Cavabdeh isə ümumilikdə 700 manat əmək haqqı alır və həmin əmək haqqından tutulmalara dair təqdim etdiyi arayışa əsasən 2024-cü ilin aprel ayı üzrə əmək haqqından 467,53 manat alimentə çıxılmış 192,41 manat özünə ödənilmiş, may ayı üzrə əmək haqqından 579,07 manat alimentə çıxılmış 239,21 manat özünə ödənilmiş, iyun ayı üzrə əmək haqqından 567,85 manat alimentə çıxılmış 233,63 manat özünə ödənilmiş, iyul ayı üzrə əmək haqqından 515,87 manat alimentə çıxılmış 212,27 manat özünə ödənilmiş, avqust ayı üzrə əmək haqqından 779,64 manat alimentə çıxılmış 320,99 manat özünə ödənilmiş, sentyabr ayı üzrə əmək haqqından 258,82 manat alimentə çıxılmış, 106,32 manat özünə ödənilmiş, oktyabr ayı üzrə əmək haqqından 515,87 manat alimentə çıxılmış 212,27 manat özünə ödənilmişdir. Ümumiləşmə aparıldıqda cavabdeh tərəfindən 500-550 manat aralığında alimentin tutulması, şəxsi istifadəsi üçün 200-230 manat məbləğində vəsaitin qaldığı müəyyən edilir. Bundan əlavə cavabdeh ikinci dəfə ailə qurmuşdur və arvadı hamilədir. Həmçinin cavabdeh ürək əməliyyatı keçirmiş və bununla bağlı ürəyinə iki ədəd stend qoyulmuşdur. Buna dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddia ərizəsinə qarşı etirazlarda, həmçinin məhkəmə iclasında vermiş olduğu izahatında göstərmiş olduğu xüsusatlar onu yetkinlik yaşına çatmamış uşağının xəstəliyi ilə bağlı çəkilən xərclərdə iştirak etmək vəzifəsindən azad edə bilməz. Lakin məhkəmə nəzərə alır ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın müalicə xərclərinin qarşılanması üçün ayda 200 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, xərclərin ayda 200 manat təşkil etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən və onun məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, uşağın müalicəsi ilə bağlı davamlı olaraq aldığı dərmanlar “brequal”, “allerdes”, burun spreyi və dilaltı dərmandır. Ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, “brequal” adlı dərman preparatının dəyəri 44,30 manatdır və qeyd edilən dərman gündəlik istifadə üçün deyildir. Ümumilikdə 3 aylıq müddət üçün bir ədəd “brequal” adlı dərman preparatı kifayət edir. “Allerdes 2,5 mq 150 ml”-nin dəyəri 6,56 manatdır. Bundan əlavə ödəniş qəbzlərində uşağa aid olmayan bəzi dərman preparatları (enap) da aşkar edilmişdir ki, bunu da iddiaçı məhkəmə iclasında verdiyi izahatında özü də etiraf etmiş, yalnız bir dəfə istifadə etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatları ilə təqdim edilmiş ödəniş qəbləri əsasında hesablama aparmış və orta hesabla uşağın bir aylıq müalicə xərcləri üçün təxmini 40-60 manat aralığında xərc çəkildiyini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu, habelə əlavə xərclərdə hər bir valideynin iştirak etməli olduğunu, uşağın mənafeyini, tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla məhkəmə hesab edir ki, müalicə ilə bağlı xərclərin məbləği 25 manat və tutulma müddəti 1 il müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, uşağın müalicəsi göstərilən müddətdən sonra da davam edərsə bununla bağlı o, məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilmiş resept blanklarına əsasən alınmış dərman preparatlarının məbləğini və həmin dərmanların hansı müddətə istifadə edilməsinin mümkünlüyünü də nəzərə almışdır. Bunda əlavə məhkəmə iclasında iddiaçının uşağın astma xəstəliyindən əlavə böyrəyi ilə bağlı xəstəliyinin olması və buna görə davamlı müalicə alması iddiasına dair qeyd edir ki, məhkəməyə təqdim edilmiş müayinə aktları ilə uşağın böyrəyi ilə bağlı hər hansı xəstəlikdən əziyyət çəkməsi və buna görə müalicə alması sübuta yetmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21 iyun 2014-cü il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh 1 il müddətinə hər ay 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2770/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2770/2024
22.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver